Ramal qardaşının saxlanıldığı qalmaqallı videodan danışdı: “Cəzasını alacaq”

Şou biznes / 02.04.2019 10:52
Müğənni Ramal İsrafilov çılpaq qızların videosuna görə saxlanılan qardaşı Valeh İsrafilov haqda açıqlama yayıb.

Adalet.azxəbər verir ki, o, "İnstagram" hesabında yazıb: "Mənim üçün çox əziz, dəyərli Azərbaycan xalqı. Məni sevən həm də sevməyən və bəlkə də qəzəbli olan hər kəsə dərin hörmət və sevgi ilə yazıram bu düşüncələrimi. Hər kəsin lənətlədiyi, lakin hər kəs tərəfindən də dayanmadan, bəh-bəhlə paylaşılan, bu videonu reytinq və izləyici toplamaq naminə guya qınamaq üçün tirajlayan "insanlar" və "xəbər saytlar"ı... Məlum 3 qız videosunun yayıldığı ilk gün mən də elə sizin kimi dost-tanışda gördüm. Hələ bu hadisənin kimlər tərəfindən və necə törədildiyi haqqında araşdırmalar başlamamışdı. Yəni bu video məsələsində mənim də qardaşımın adının hallanacağını heç təsəvvürümə belə gətirməyəcəyim bu hadisəyə reaksiyam sizin indiki reaksiyanız kimi oldu. Bu hadisəni qınadım, bu hadisəni nə Azərbaycan kişisinə, nə də Azərbatcan qadınına yaraşdırmadım. Bu videoda çılpaq qızlar haqqında düşündüklərinizin eynisini videonu çəkən və paylaşanlar haqqında düşündüm.Bir kişi yetişdirsən o bir fərd olar, Bir qadın yetişdirə bilsən, o ulus olar, millət olar. Bu baxımdan qadınlar mənim üçün çox dəyərlidir. Azərbaycan xanımları mənim analarımdır... Azərbaycan xanımları mənim bacılarımdır... Elə həm də o kişiləri böyüdəndir... Eyni zamanda bu və ya bu kimi videolarda qızların həyatını puç edən hər uğurlu və zəngin kişinin arxasındakı dəyərli varlıqdır. Bu toplumu yetişdirən, "Kişiyə olar, amma qadına olmaz" deyib qadını kişiyə əzdirəndir. Qızı olanda dünyaya gətirməkdən imtina edib, oğlu oldu deyə başqa qadınlara acıq verəndir... Qaynanadır, baldızdır, xaladır, bibidir... Bu çəmiyyətdə nə qədər ki qadınlar qadınlara hörmət etməyəcək, həmcinsi ilə həmrəy olmayacaq, sevməyəcəksə kişilərdən də qadınlara qarşı yüksək dəyərlər gözləməsin. Qadın qadını dəyərləndirsəydi, bu gün qadınlar əzilməz, nə də öldürülməzdi... Lakin, bir müddət sonra, qınadığım bu video haqqında yayılan xəbərlərdə qardaşım Valehin adını gördüm və hadisəni yenə də sizin kimi saytlardan oxudum. Və artıq Valehi Ramal İsrafilovun qardaşı kimi təqdim edirdilər. Beləcə istəməyərək məsələdə adı hallanan birinə cevrildim. Bəli, məsələdə adı hallanan Valeh, eyni zamanda hər şeydən xəbərsiz olan Vüsal və mən qardaşıq. Doğruları və yalnışları ilə onlar mənim qardaşlarımdır. Qardaşın, bacının, oğulun, qızın, ananın və atanın səhvlərinə görə onları kəsib ata bilmərik. Axı ət dırnaqdan ayrılmaz. Ayrılanda da acısı betər olur... Qardaş olsaq da, ayrı fərdlərik və hər fərd öz əməllərinə cavabdehdir. 5 barmağın beşinin də eyni olmadığı kimi hər ailədə də insanlar eyni deyil və bir birinin səhvlərinə cavabdeh deyil. İnsan səhvsiz olmur və biz səhvlərimiz üzərində öyrənirik. Səhvlərimiz bizə doğru yolu tapmağımıza kömək edir".

Müğənni qardaşının qanun qarşısında cavab verməli olduğunu qeyd edib: "Əgər səhvlərinə və günahlarına görə insanları linç etsək, Orta əsrlərdəki kimi inkvizisiya məhkəməsi qurub onları cəzalandırsaq o zaman bu cəmiyyətin qanunları, hüquq və məhkəmə sistemi nəyə lazımdır? Ya da Hz.İsanın təklif etdiyi cəzalandırma sistemini tətbiq etsək yəni ilk daşı səhvi olmayan atsın desək, kim birinci daş atar? Var mı belə biri aramızda? Bu ölkənin qanunlarından üstün şərh və düşüncə yoxdur mənim üçün. Əgər insanlar səhv edirsə onlar qanun qarşısında hesab verib cəzalarını alacaqlar. Qanun və hüquq heç kəsə üstünlük vermir və hər kəs bərabərdir. Qanun nəyi deyirsə biz də ailə olaraq bunu deyirik. Bu məsələdə hər kəsi biraz səbirli və o videoda olan xanımlara qarşı da həssas olmağa dəvət edirəm. Biz nə qədər insanları alçaltsaq gələcəkdə namus adı ilə törədiləcək cinayətlər ehtimalını artıyacağıq. Alova əlimizdə benzinlə getməyək, su ilə gedək. O qızlarımızın həyati təhlükəsini düşünək və etdikləri səhvləri düzəktməyə fürsət verək. İnsanlara düzəlmə imkanı yaradaq. Axı ən pozğun insanın belə düz yola, haqq yoluna gəldiyi nümunələr də var. Allah bizə sonsuz səbr göstərib, sonsuz əvf fürsəti verib, tövbə qapısını həmişə üzümüzə açıq qoyduğu halda biz niyə bu qapıları bu gənclərin üzünə bağlayırıq? Bu qəzəbin, kinin qaynağı nədir, nədəndir? Gənclərin adəti səhv etmək, böyüklərin də adəti onları başa salıb düz yola çağırmaqdır, bağışlamaqdır.

Bu hadisə əminəm ki, hər kəsə bir dərs verdi. Mən də öyrəndim ki, qohum da olsa ən çətin anlarda hər kəs ilk növbədə özünü düşünür və bəlkə də düşünməlidir. Bildiyim odur ki, ətrafımda baş verən hadisələri anlamayacaq qədər körpə, unudacaq qədər də yaşlanmamışam. Hər kəsə kənarda durub hadisələri şərh etmək ya da dərhal hakim kürsüsünə çıxıb mühakimə etmək çox asan gəlir. Bu sözüm isə ünvanlıdır. Bu gün keçmişinə dönüb baxmağa utanan, hətta hekayəsi qarmaqarışıq və bulanlıq olanlar indi "namus keşikçiləri" olub əxlaq dərsi keçir. Bu dərsinizi özünüz də yaxşı öyrənsəniz daha təsirli danışarsınız".

Qeyd edək ki, çılpaq qızların videosuna görə saxlanılan Valeh İsrafilov xalq artisti Mələkxanınm Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun isə qardaşıdır.


SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb