Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Cəmiyət / 31.07.2018 23:28


İyulun 31-də Azərbaycan Qaçqınlar Cəmiyyəti (AQC)Azərbaycan Milli QHT Forumunun (MQF)Bakı QHT Resurs və Təlim Mərkəzində Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il soyqırımının 30-cu və 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümlərinə həsr olunmuş tədbir keçirmişdir. Tədbirin gündəliyinə iki məsələ daxil edilmişdir:

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "1988-1992-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan qaçqınlarına dəyən maddi və mənəvi ziyanın hesablanması (3-cü mərhələ: maddi mədəniyyət abidələrinə dəyən ziyanın hesablanması)” layihəsinin yekun hesabatı;

- Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il soyqırımının 30-cu və 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümləri ilə bağlı qarşıda duran vəzifələr.

Birinci məsələ ilə bağlı Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli məlumat vermiş, 1988-1992-ci illərdə Qərbi Azərbaycan qaçqınlarına dəyən ziyanın hesablanması ilə bağlı son üç ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində görülən işlərdən danışmışdır. Məruzəçi bildirmişdir ki, həmin dövrdə soydaşlarımıza ictimai təsərrüfatlar üzrə dəyən ziyan 17,5 milyard ABŞ dolları, fərdi təsərrüfatlarda dəyən ziyan isə 2,5 milyard ABŞ dolları təşkil etmişdir. Bu da cəmi 20 milyard ABŞ dolları təşkil edir. Beynəlxalq hesablamalara görə isə ümumi məbləğ (20 milyard ABŞ dolları) işğalın hökm sürdüyü sonrakı 29 ilə vurulur və bu müddətdə təkcə ictimai və fərdi təsərrüfatlara görə Qərbi Azər­baycan qaçqınlarına bu 30 ildə dəyən ziyan 580 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Yearaltı və yerüstü təbii sərvətlərə və maddi mədəniyyət abidələrinə görə dəyən ziyan isə daha böyük məbləğ təşkil edir ki, gələcəkdə bu da hesablanmalıdır. Soydaşlarımıza dəyən mənəvi ziyan isə ölçüyə gəlməz.

Sonra Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il soyqırımının 30-cu və 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümləri ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunmuş, qaçqınların problemlərinin mövcud vəziyyəti barədə məlumat verilmişdir.

Dövlət, QHT vəKİV təmsilçilərinin, ictimaiyyət nümayəndələri­niniştirak etdiyi tədbirdə hər iki məsələ ilə bağlı geniş müzakirələr aparılmışdır.

Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Firdovsi Kazımov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, QHT rəhbərləri İradə Rzazadə, Səməndər Çaxmaqlı, Samir Adığözəlli, Nərmin Kərimova, Gülnəarə Vəlixanlı, Cəmilə (Çiçək) İsbəndiyarova, Cəmşid İrzaquliyev və başqaları çıxış etdilər.

Tədbirin sonunda Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il soyqırımının 30-cu və 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümlərinin Respublika səviyyəsində keçirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılmış, məsələ ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul olunmuşdur.

Əlirza İsbəndiyarov




SON XƏBƏRLƏR

2019-05-20

17:22 Kral Salman Azərbaycan Prezidentini təbrik edib

17:18 Britaniya Kraliçası Prezident İlham Əliyevi təbrik edib

17:15 Kürdəmirdə "ASAN Xidmət" mərkəzinin tikintisi üçün 20 milyon manat ayrılıb - SƏRƏNCAM

17:08 Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir

16:44 Dövlətə xəyanətdə ittiham edilən şəxsə 16 il cəza verilib

16:43 Fədayə Laçının məhkəməsi təxirə salınıb - SƏBƏB?

16:33 Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib

15:56 Dövlət Reklam Agentliyində Apellyasiya Şurası yaradılıb

15:35 Nazir “Eurovision 2019”da Azərbaycana qarşı təxribatdan danışdı

15:16 Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

14:52 İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub

14:38 Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir

14:04 Azərbaycanda yaşlı valideynlərin övladlarından maliyyə asılılığını azaltmaq təklif edilir

13:59 Nazir müavini: KOBİA nəzdində ictimai şuranın yaradılması biznes sahəsində koordinasiyanı gücləndirəcək

13:53 “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb

13:37 Azərbaycan və Fransa arasında coğrafi göstəricilərin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

13:25 Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün nə qədər vəsait ayrılıb?

13:19 "Baku Fashion Expo 2019"un ilk mövsümü Bakıda baş tutacaq

13:15 Kamal Abdulla Hindistan səfiri ilə görüşüb

13:05 Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

12:42 Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır

11:39 Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi

11:38 Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

11:36 Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək

2019-05-17

17:32 İlham Əliyev Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul etdi

17:01 “Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı

16:57 Prezident və birinci xanım İrina Viner-Usmanova ilə görüşdülər - YENİLƏNİB

16:51 Təbiətə ziyan vuranlara cinayət işi açıldı

16:28 Yeni QHT yaradıldı - “Yaşıl Dünya”ya jurnalist rəhbərlik edəcək - FOTO

16:26 AvroLiqanın finalgecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

15:20 Saatlı və Sabirabad rayonlarına yeni icra başçıları təyin edilib (YENİLƏNİB)

15:11 Milli Məclisdə “Keşikçidağ”la bağlı məsələ qaldırılıb

14:33 Deputat radarlardan ŞİKAYƏTLƏNDİ – “Lazım olmayan yerlərdə...”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

13:53 “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb

Product image

16:26 AvroLiqanın finalgecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

Maraqlı Product image

13:05 Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

Product image

12:18 Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?