Ombudsmanın nümayəndəsi beynəlxalq konfransda çıxış edib

Gündəm / 22.04.2019 10:51
"Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyi tərəfindən "Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

Həmin tədbirdə Milli Məclisin deputatı Elman Nəsirov, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, aidiyyəti dövlət orqanlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının əməkdaşı tədbirdəki çıxışında qeyd edib ki, bütün tarix boyu bəşəriyyəti düşündürən ən ümdə məsələlərdən biri də sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusudur. Ombudsman Elmira Süleymanovanın Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il Beynəlxalq Sülh Günü ərəfəsində, yəni avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə "Sülh aylığı”nın elan edilməsi və bu aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə konfransların, dəyirmi masaların keçirilməsi, müsabiqələrin və sərgilərin təşkil edilməsi əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir.
Eyni zamanda Müvəkkilin azərbaycanlı əsir və girovların məsələsini daim diqqətdə saxladığı, onların hüquqlarının müdafiəsində səylər göstərdiyi, əsir və girovluqdan azad olunmaları ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə rəsmi müraciətlər etdiyi və həmin təşkilatın mandatı çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq, bir neçə hərbi əsirin Azərbaycan tərəfinə qaytarılmasının sürətləndirilməsində yardımçı olduğu diqqətə çatdırılıb.

Müvəkkilin ölkəmizin işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan hərbçiləri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda olduqları müddətdə işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya məruz qalmamaları, onlarla beynəlxalq hüquq normalarına uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün BQXK-nın Azərbaycandakı nümayəndəliyinə müraciət ünvanladığı, həmin məsələni Komitənin Cenevrə şəhərində yerləşən baş iqamətgahında bu qurumun vitse-prezidenti ilə müzakirə etdiyi, həmçinin girovların ailə üzvləri ilə görüşdüyü, problemləri və qayğıları ilə tanış olduğu vurğulanıb.

Habelə Azərbaycan Ombudsmanının Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) D.Əsgərov və Ş. Quliyevin məhkəmə işinə ədalətli baxılması və bu prosesin sürətləndirilməsinin prioritet məsələ kimi nəzərə alması, onların qanunsuz girovluqdan tezliklə azad edilərək, Azərbaycan tərəfinə qaytarılmasına yönəlmiş tədbirlərin görülməsi ilə bağlı qərar qəbul olunması məqsədilə AİHM-nin prezidentinə rəsmi qaydada müraciət etdiyi diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, bu ilin mart ayının 15-də Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanmış və hazırda girov saxlanılan Elvin İbrahimovla bağlı Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Gəncə Regional Mərkəzinin nümayəndələri girovun anası ilə görüşmüş, məsələ araşdırılmışdır.

Girovun anasının Azərbaycan Ombudsmanına ünvanladığı xahiş məktubu da nəzərə alınaraq, Müvəkkilin Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Ajmone Sesseraya ünvanladığı müraciətində Komitənin mandatı çərçivəsində Elvin İbrahimovun girovluqda olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, girov saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun səhhətinin və ümumi vəziyyətinin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmaları xahiş olunmuşdur.



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb