Bakı metrosu artıq əlil arabasından istifadə edənlərə əlçatandır

Cəmiyət / 30.04.2019 12:54

Artıq "Bakı Metropoliteni" QSC əlil arabasından istifadə edənlərə əlçatandır.

QSC-dən Trend-ə verilən məlumata görə, fiziki imkanları məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları yeni layihə ilə tam genişləndirilib. Bu məqsədlə 10 nəfərdən ibarət işçi qrupu yaradılıb. Onların qurğulardan istifadə və müvafiq təlimat qaydalarını mənimsəməsi istiqamətində nəzəri və praktiki təlimləri və treninqləri uğurla aparılıb. Bununla yanaşı, praktiki vərdişlərin artırılması üçün əlil arabası ilə sınaq xarakterli təlim və məşqlər müntəzəm qaydada davam etdirilir.

Qeyd edək ki, bu məqsədlə yaradılan iki mobil işçi qrupu sifarişi qəbul etdikdən sonra, sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Hər sifarişin icrasını ən azı iki işçi yerinə yetirir.

Sifarişlərin verilməsi də müasir texnologiyaların imkanları ilə aparılır. Bununla bağlı əhəmiyyətli işlər artıq yerinə yetirilib. İlk əvvəl mobil telefon nömrəsi (+994 50 268 00 65) müəyyən edilib. Həmçinin sifarişi internet resursları vasitəsilə vermək mümkündür. Xüsusi proqram təminatı "Google play market" elektron əlavələr proqram qovluğuna yüklənib (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro).
Eyni qayda ilə proqramı "Bakı Metropoliteni” QSC-nin "metro.gov.az" rəsmi internet saytından yükləmək mümkündür. Bunun üçün saytın "Sərnişinlər üçün" bölməsində yerləşdirilmiş "Əlçatan metro" yarımbölməsindən istifadə etmək olar. Sifariş ən azı 1, ən çoxu 24 saat əvvəldən verilməlidir.

Zənglər və ya elektron sifarişlər Bakı metropoliteninin qatar dispetçer mərkəzində qəbul edilərək mobil qrupun yerləşdiyi mərkəzə yönləndirilir. Hər bir sifarişə ediləcək dəyişiklik və ya onun ləğv edilməsi barədə məlumat eyni qayda ilə, ən azı, 20 dəqiqə əvvəl verilməlidir. Həm sifariş verən şəxslə əlaqə qurulması, həm də işçi qruplarının işinin tənzimlənməsi məqsədilə hər qrup mobil rabitə ilə təmin edilib.

İşçi qrupunun fəaliyyətini tənzimləyən əsas məsələlər də artıq həllini tapıb. Bununla yanaşı, işin bir çox spesifik tərəfləri də təkmilləşdirmə məqsədilə davamlı olaraq öyrənilir.

Müəyyən səbəblərdən sərbəst hərəkət məhdudiyyəti yaranaraq, əlil arabasından müvəqqəti istifadə edən sərnişinlərin də maraqları xüsusi nəzərə alınıb. Belə sərnişinlər üçün metropolitenin mobil qrupları 5 ehtiyat əlil arabası ilə təmin olunublar. Zərurət yarandıqda, ehtiyacı olan sərnişinlər metropoliten stansiyalırının hüdudlarında bu vasitədən faydalana bilərlər.

Xüsusi mobil işçi qrupları yaradıldığından "Bakı Metropoliteni" QSC rəhbərliyi onların müşayiət xidmətindən istifadə edə biləcək sərnişinlərin kateqoriyasını genişləndirmək qərarına gəlib. Bu sıraya əsa və qoltuqaltı ağaclardan istifadə edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar da daxil edilib.

Təhlükəsizliyin təmin edilməsi metropolitendə ən əsas vəzifə olduğundan, sərnişin axınının xüsusi gur saatlarında (07:00-dan 09:30-dək və 17:30-dan 19:30-dək) sifarişlər üzrə daşınma həyata keçirilməyəcək.

Hazırda metropolitenin bütün qatar tərkiblərində əlil arabaları üçün yerlərin quraşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Elan edildiyi kimi, əlil arabası üçün yerlər baş vaqonun maşinist kabinasına yaxın hissəsində quraşdırılır və vaqon konstruksiyasının təməl prinsiplərinə xələl gətirmir. 81-717/714 tipli 30 qatarın baş vaqonlarında belə yerlərin quraşdırılması yekunlaşdırılıb.



SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb