"Novo Nordisk" “Changing Hemophilia®” layihəsinə start verib

Cəmiyət / 30.04.2019 19:54

Azərbaycan dövləti hemofiliyalı pasiyentlərə, nəinki ödənişsiz dərman vasitələri ilə təmin etməklə, həmçinin sağlam həyat tərzi və həyat keyfiyyətinin yüksəldilməsini dəstəkləməklə yüksək qayğı göstərir.

Trend-in məlumatına görə, "Novo Nordisk” şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə "Changing Haemophilia®” layihəsini başlatdığı 17 aprel tarixində keçirilən və millət vəkilləri, Səhiyyə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, Hemofiliya Mərkəzi və səhiyyə işçiləri, Hemofiliyalı Pasiyentlərin Respublika Assosiasiyası və hemofiliyalı şəxslərin də iştirak etdiyi Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbirdə bu məsələ işıqlandırılıb.

Dünya miqyaslı dərman istehsalçısı olan "Novo Nordisk” A/S RIO şirkətinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Araş Nosrati Heravi tədbirdəki çıxışında şirkətin hemofiliya ilə bağlı icra etdiyi layihələrdən söz açıb. O, qeyd edib ki, "Novo Nordisk” şirkəti apardığı son kliniki tədqiqatlar və novator araşdırmaları nəticəsində yeni nəsil hemofiliya preparatları ixtira edib. Səhiyyə Nazirliyi və Novo Nordisk şirkətinin əməkdaşlığı nəticəsində bu dərmanların ölkəyə gətirilməsi və pasiyentlər tərəfindən istifadə olunması mümkün olmuşdur.

"Dərman təminatı bu pasiyentlər üçün yeganə ehtiyac deyil. Biz ümidvarıq ki, bütün müvafiq yerli və beynəlxalq qurumların əməkdaşlığı üçün "Changing Hemophilia®” layihəsi bir platforma kimi işləyəcəkdir”, deyə "Novo Nordisk” A/S RIO şirkətinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Araş Nosrati Heravi bildirib.

Naxçıvanda yeni Hemofiliya Mərkəzinin yaradılması və Bakı, Şirvan və Naxçıvanda yeni fizioterapiya mərkəzlərinin əsasının qoyulması hemofiliyalı pasiyentlərə kömək və fizioterapiya xidmətinin yaxşılaşdırılması məqsədilə, "Novo Nordisk” şirkətinin müstəqil təşkilatı olan Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə həyata keçirilən layihələrdir.

"Səhiyyə Nazirliyi hal-hazırda nəinki hemofiliyalı pasiyentləri prioritet hesab edir, həmçinin diaqnostikanın yaxşılaşdırılması, oynaq sağlamlığına nəzarət və gələcəkdə yeni müalicə növlərinin əlçatan olmasına diqqəti yönəltmişdir”, deyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Anar İsrafilov verilən suala cavabında bildirib`

Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova ölkəyə müasir dərman preparatlarının gətirildiyinə görə Səhiyyə Nazirliyinə təşəkkürünü bildirərək, bunun pasiyentlərə olunan müalicədə verdiyi nətiəcələr haqqında məlumat verdi.

Tədbirin sonunda, səhiyyə orqanlarının, millət vəkilləri və hemofiliya mütəxəssislərinin iştirakı ilə keçirilən panel müzakirəsindən sonra hemofiliyaya daha yaxşı nəzarət üçün müəyyən planlar hazırlandı və gələn il keçiriləcək tədbirdə nəticələrin hesabatının verilməsi barədə bütün tərəflər razılığa gəldi.

95 ildən artıq tarixi olan Danimarka şirkəti "Novo Nordisk” şəkərli diabetin və hemofiliyanın müalicəsi üçün dərmanların hazırlanması və istehsalında dünya lideridir. Şirkətin qərargahı Danimarkada yerləşir. Təşkilatın dünya üzrə 80 filialında 43 mindən çox əməkdaş çalışır və Azərbaycanda 19 ildən artıqdır ki, fəaliyyət göstərir.




SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb