Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının 5 illiyinə həsr edilmiş tədbirdə iştirak edib

Siyasət / 06.05.2019 17:17

Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan multikulturalizminin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasının 5 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva iştirak edib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra BBMM-in icraçı direktoru Rəvan Həsənov çıxış edərək deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, Azərbaycanın sahib olduğu multikulturalizm dəyərləri, mədəniyyətlərarası və xalqlararası dostluq təbliğ olunsun. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dünyada multikulturalizm ünvanlarından biri kimi tanınır. Bu, dövlətimizin başçısının siyasətidir. BBMM də bu siyasətə öz töhfəsini verir.

Sonra BBMM-in 5 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ötən 5 il ərzində görülən işlərdən danışıb. Bildirib ki, multikulturalizmin mənəvi, qürurverici istiqamətini Prezident İlham Əliyev müəyyən edib. Dövlətimizin başçısı 5 il bundan əvvəl deyib ki, Azərbaycan xalqının qanındakı multikulturalizm əhval-ruhiyyəsini bütün dünya daha yaxşı bilməlidir.

Kamal Abdullayev deyib ki, Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, multikulturalizmin şərəfli və nikbin bir qütbü də var. BBMM yarananda dövlətimizin başçısı qarşıya vəzifə qoymuşdu ki, Azərbaycan multikulturalizmi hərəkatı bütün dünyanın nəzərinə çatdırılsın. Hesab edirəm ki, BBMM bu vəzifənin öhdəsindən gəldi. Dünyanın 20-yə yaxın universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur, dərsliklər çap edilir. Bu fənni keçən gənclər qış və yay məktəblərində iştirak edirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib ki, BBMM müasir dövrdə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Bu siyasətin əsasında ölkənin etnik, dini, dil, mədəni müxtəlifliyinin qorunması durur. Bu siyasət ölkədəki inteqrasiya siyasətini möhkəmləndirir. Mərkəz Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Multikulturalizm siyasəti həm daxili, həm xarici siyasətdə özünü açıq büruzə verir. BBMM ölkəmizin əhalisinə Azərbaycan multikulturalizmi siyasətinin əsaslarını çatdırır. Bu istiqamətdə mərkəzin layihələrindən biri də ali məktəblərdə tədris olunan "Multikulturalizmə giriş” və "Azərbaycan multikulturalizmi” fənləridir. Bu layihə 2015-ci ildən həyata keçirilir. Bu fənn seçmə fənn idi. Ötən 4 il ərzində onun əhəmiyyəti özünü büruzə verdi və qərara alındı ki, bu fənn məcburi fənn kimi tədris olunsun. Bu fənn gənclərdə Azərbaycanın multikulturalizm siyasəti, ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunması istiqamətində aparılan işlər haqqında bilikləri artırır.

Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti var. Bu mədəniyyət qorunub saxlanılır və nəsildən-nəslə ötürülür. Azərbaycan xalqı digər mədəniyyətlərə, dinlərə hörmətlə yanaşıb. Bu, bizim qanımızdadır. Ölkəmizdə bu gün bir çox mədəniyyət nümunələri qorunub saxlanılır və onlara hörmətlə yanaşılır. Bu, Azərbaycan xalqının böyüklüyünü göstərir. Əcdadlarımız bu ənənəni qoruyub saxlayırlar.

Nazir müavini qeyd edib ki, Azərbaycanda multikulturalizm siyasəti dövlət siyasəti səviyyəsinə qaldırılıb. BBMM-in 7 ölkədə filialı fəaliyyət göstərir. Ölkəmizdə multikulturalizm fənninə böyük diqqət göstərilir. "Multikulturalizmə giriş” fənni bakalavr, "Azərbaycan multikulturalizmi” fənni isə magistr pilləsində tədris olunacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, Dövlət Komitəsi ötən 5 ildə BBMM-lə yaxından əməkdaşlıq edib. Multikulturalizm Azərbaycan xalqının yüzilliklər ərzində yığdığı böyük mənəvi sərmayədir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində BBMM Azərbaycan həqiqətlərini, ölkəmizin imicinin daha da yaxşılaşdırılması baxımından önəmli bazaya çevrilib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində mənəvi sərmayə cəmiyyətimizin, dövlətimizin milli təhlükəsizliyi baxımından da önəmli amilə çevrilib. BBMM-in fəaliyyəti, həmçinin Azərbaycan xalqının mənəvi zənginliyinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına kömək edir.

BBMM-in Himayəçilik Şurasının üzvü Aleksandr Şarovski, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycandaki multikultural, tolerant mühitin üstünlüklərindən danışıblar. Onlar Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini bildiriblər. Azərbaycanda multikulturalizmin həyat tərzi olduğu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyi qeyd edilib. Azərbaycanın multikultural dəyərlərinin dünyada tanıdılması baxımından BBMM-in fəaliyyəti yüksək qiymətləndirilib.

BBMM-in ABŞ nümayəndəliyinin rəhbəri Janna Skot multikulturalizmin etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini və bunun təqdirəlayiq olduğunu deyib. J.Skot BBMM-in fəaliyyətindən danışaraq bildirib ki, Mərkəzin sayəsində Azərbaycanda baş verən hadisələr, buradakı multikultural mühit barədə məlumat almaq mümkündür.

BBMM-in Moldova nümayəndəliyinin rəhbəri Aurelia Qriqoriu multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu qeyd edib. O deyib ki, indi dünya təhlükə ilə üzləşib, ekstremizm yaşanır. Bu siyasətin sonu yoxdur. Bu siyasətə alternativi Azərbaycan Prezidenti İlham Əliyev özünün uzaqgörən, müdrik siyasəti ilə göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev göstərdi ki, çıxış yolu multikulturalizm siyasətidir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bu, bir fenomendir. Azərbaycanın 20 faiz torpaqları işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Buna baxmayaraq Azərbaycan sülh, hörmət insansevərlik ab-havasını təmin edir. Azərbaycan dünyanın 5 ən tolerant ölkəsi siyahısındadır və dini tolerantlığın nümunəsi sayılır.

BBMM-in Almaniya nümayəndəliyinin rəhbəri Birgit Vaysgerber deyib ki, o, Azərbaycana olan sevgisini Almaniya xalqına aşılamaq istəyir. O, Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanını əldə etdiyi üçün BBMM-ə təşəkkürünü bildirib.

Yubiley tədbiri bədii hissə ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin gənc rəssamların multikulturalizm mövzusuna həsr edilən rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.




SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb