Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər

Gündəm / 07.05.2019 12:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxananın laboratoriyaları da müasir səviyyədədir. Burada laborator müayinələri yüksək dəqiqliklə və qısa müddətdə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşdülər.

Xəstəxananın kollektivini təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm. Şadam ki, Qobustan rayonunda da müasir tibb ocağı yaradılıb və ən yüksək standartlara cavab verir.

Ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir. Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün 70-dən çox iş yeri yaradılıb. Yəni, bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir.

Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır.

Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır.

Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.

Tibb işçiləri: Təşəkkür edirik. Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.




SON XƏBƏRLƏR

2019-07-10

16:23 Birinci vitse-prezident Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb

15:42 Prezident İlham Əliyev: Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir

15:40 Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib

15:07 BDU-nun professoru beynəlxalq konfransda iştirak edib (FOTO)

14:29 Əbülfəs Qarayev: 43-cü sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edildi

14:24 Goranboyda “Marş İrəli” başa çatdı

14:22 Ceyhun Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat

14:12 Diaspor Düşərgəsi gənclərin şəbəkələşməsinə SƏBƏB OLACAQ

13:30 Yunus Oğuzun 5 cildliyinin birinci cildi - "Nadir şah" çapdan çıxıb

13:14 Mübariz Qurbanlı: Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir

12:17 Deputat: Prezident İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamı alimin fəaliyyətinə verilən yüksək qiymətdir

11:02 Daha 881 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

10:27 Təmas xəttində növbəti monitorinq keçiriləcək

10:20 Xanlar Fətiyev: O çətin anlarda gəncəlilər bir daha sübut etdilər ki, müstəqilliyimizin qorunması üçün bütün fədəkarlıqlara hazırdırlar

10:15 ABŞ-ın 5 universitetinə qəbul olmuş BANM məzunu İlqar Bağışov: Ən böyük arzum professor olmaqdır

10:05 İcra Hakimiyyəti: Güclü külək Cəlilabadda iki kəndin elektrik xətlərini qırıb

09:59 Bakıda ŞOK: Qayınanası ilə dalaşan 30 yaşlı kişi qaşıq və mismar uddu

09:46 Nazirlik: Qaz təchizatı sahəsində 51 layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib

2019-07-09

16:50 Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

16:45 Gənclər narkomaniya və narkobiznesə qarşı mübarizə aparmağın yolları haqqında maarifləniblər

16:42 Nazir müavini: Bu ilin ötən dövründə sahibkarlara 50,1 milyon manat güzəştli kredit verilib

16:40 İŞİD niyə tam məhv edilmir? - Politoloq böyük dövlətlərin marağından DANIŞDI

16:12 Dünya İrs Komitəsinin 43-cü sessiyasının son işçi iclası keçirilib

15:49 Akademik: Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi qələbədir

15:46 Prezident İlham Əliyev: Əminəm ki, qarşıdakı illərdə Aİ ilə tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir

14:28 Elmar Məmmədyarov: Torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir

14:19 Deputat: Leyla Əliyevanın yorulmaz ictimai-siyasi fəaliyyəti Azərbaycan gəncliyinə örnəkdir

14:14 Oqtay Əsədov jurnalistləri tənqid etdi: “Şou yaratmaq istəyirlər”

14:00 Nazirlik: Uşaq əməyinin istismarı uşağın fiziki-mənəvi inkişafına zərbə vurur

12:54 Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik olundu

12:53 Azərbaycanda nehrə yağı adı altında satılan yağlar saxtadır - RƏSMİ

12:10 Prezident İlham Əliyev: Azərbaycan dövləti heç vaxt indiki kimi güclü olmamışdır

12:04 Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun görüşü olub (YENİLƏNİB)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

16:56 Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Product image

10:11 "PSJ" Neymarı "Barselona"ya satmaqdan imtina edib

Maraqlı Product image

17:04 Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var

Product image

12:55 Bakıda çəkisi 950 qram olan körpə doğuldu