Birillik fəaliyyətin yeni fəlsəfəsi...

Xəbər / 13.05.2019 14:34

Son illər Prezident İlham Əliyevin uğurlu daxili siyasətinin əsas istiqamətlərindən biri də doğma - tarixi torpaqlarından didərgin salınmış bir milyondan artıq qaçqın və məcburi köçkünlərlə bağlı aparılan ardıcıl işlərlə əlaqədardır. Doğma torpaqlarından qovulanda sayları bir milyona yaxın olan bu kateqoriyalı insanlar 30 ilə yaxındır ki, ölkəmizin müxtəlif rayon və şəhərlərində məskünlaşmış, ailə quraraq say baxımından artmışlar. Buna uyğun olaraq da bu kateqoriyadan olan vətəndaşlarımızın sosial-məişət problemləri, iqtisadi vəziyyətləri ölkə başçısının və dövlətimizin hər zaman diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsininyaradılmasından sonra həssas kateqoriyaya aid edilənlərlə bağlı illərlə aparılan dövlət siyasətinin fəlsəfəsi yeniləndi. Ölkə başçısı tərəfindən bu rəsmi quruma bir il bundan əvvəl Rövşən Rzayevin sədr təyin olunması bu fəaliyyətin mahiyyətcə dəyişdirilməsi ilə nəticələndi. Milli Məclisin sabiq deputatı, peşəkar siyasətçi, fəal ictimai xadim və beynəlxalq hüquqların mükəmməl biliçisi sayılan, əslən Qarabağdan – Şuşadan olan Rövşən Rzayev, nümayəndəsi olduğu nəslin ənənələrinə sadiq qalaraq, doğma qohumlarından ayırmadığı qaçqın və məcburi köçkünlərin əsl dostu, arxalandıqları dövlət adamı kimi tanındı.

Rövşən Rzayev komitəyə rəhbərlik etdiyi son bir il ərzində bəzi iriranqlı məmurlartək kabinet adamına bənzəmədi, özünü əsl ictimaiyyətçi kimi göstərməyi bacardı. Vaxtilə ümummilli lider Heydər Əliyev, bu gün isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi, iş gününün çox hissəsini cavabdeh olduğu sahənin əhatə etdiyi vətəndaşlar arasında keçirməklə, ona tapşırılan məsul vəzifəni layiqincə yerinə yetirir. Bu əzmkarlığı isə dövlət məmuru olaraq Rövşən müəllimə ictimaiyyətin dərin hörmətini qazandırır.


İnternet portalları, telekanallar, sosial şəbəkələrin səhifələrində son bir ildə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı xoş rəyləri, müsbət fikirləri, bu dövlət qurumunun işindən, qayğısından bəhrələnən insanların xeyir-duaları, minnətdarlıq dolu sözləri oxumaq artıq adi hala çevrilib. Cəmiyyətimizdə tez-tez belə bir fikir səsləndirilir ki, kaş, işində axsımalar olan bəzi dövlət təşkilatları da beləcə vətəndaş razılığına səbəb olan güclü, məhsuldar fəaliyyətlərlə məşğul olsunlar.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin son ildəki fəaliyyəti, hardasa, ölkəmizin qlobal brendinə - xarici dövlətlər üçün nümunəyə çevrilən "ASAN xidmət”in iş prinsiplərini xatırladır.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkə ictimaiyyəti üçün şəffaflıq simvoluna çevrilmiş, Bakı və bölgə sakinləri üçün yaradılan, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdindəki "ASAN xidmət” mərkəzləri dövlətimizin işlək mexanizmlərinin sadələşdirilmiş, alternativ variantı olaraq insanlar tərəfindən razılıqla qarşılanır. Son bir ildə ölkə başçısının nəzarəti altında və onun tapşırıqları əsasında Rövşən Rzayev tərəfindən aparılan islahatlar Komitənin çoxistiqamətli fəaliyyəti insanlar üçün tam "ASAN”laşdırıldı.

Məxsusi olaraq bu kateqoriyadan olan vətəndaşlarımız üçün salınan bir sıra "qaçqın şəhərçikləri”, tikilən yaşayış və sosial-məişət binaları, yaradılan yeni iş yerləri də məhz onların ümumi iştirakı ilə məskünlaşdırılır. Qaçqın və məcburi köçkünlər üçün ancaq yaşayış binaları ucaldılmır, mənzillər paylanılmır, eyni zamanda, kiçik iş yerləri yaradılır, məktəb-bağça kimi sosial-məişət obyektləri tikilirş Bütün bunlar isə milyondan çox vətəndaşı birləşdirən, bu həssas kateqoriyaya aid edilən vətəndaşlarımıza göstərilməkdə olan dövlət qayğısının bariz nümunəsidir.

Dövlət Komitəsi olaraq dillər əzbəri olan bir zərbi-məsəldə vurğulandığı kimi, qaçqın və məcburi köçkün kateqoriyalı vətəndaşlarımıza "ovlanmış hazır balıq bağışlamaq yox, balıq tutmağı öyrətməyin” vacibliyini zamanın sosial fəlsəfəsi kimi irəli sürən Komitə sədri Rövşən Rzayev bu istiqamətdə müxtəlif maarifləndirici fəaliyyətləri də unutmur. Qaçqın və məcburi köçkün övladlarının orta və ali təhsili, təlim-tərbiyəsi, peşəkar inkişafları son bir ildə Komitənin xüsusilə diqqət mərkəzindədir ki, bu da cəmiyyət tərəfindən maraqla qarşılanır.

Sözsüz ki, bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsinin vacib olduğunu cəmiyyətimiz də yaxşı anlayır. Əvvəl-axır tarixi ədalət zəfər çalacağına, erməni işğalçılarının geri çəkiləcəyinə, ya sülhlə, ya da müharibə yolu ilə doğma torpaqlarımızın geri qaytarılacağına, qaçqın və məcburi köçkünlərin doğma el-obalarına qayıdacağına xalqımız əminliklə inanır. O zaman isə işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların iqtisadi inkişafı on qat sürətlə getməlidir ki, bərpa işlərindən sonra ölkəmizin digər bölgələrinə oxşasın. Bu məsələdə isə ixtisalı, peşəkar, intellektual, kreativ yerli kadırlara daha böyük ehtiyac duyulacaq!

Rövşən Rzayevin rəhbərlik etdiyi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, söz yox ki, ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyiilə hazırlanan "Böyük Qayıdış” proqramına o kateqoriyadan olan vətəndaşlarımızı indidən hazırlamaq əzmindədirlər. Sabah işğaldan azadlığını gözləyən Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, eləcə də Qərbi Azərbaycan torpaqlarımızın yenidən qurulması, dirçəlişi, iqtisadi inkişafı məhz bu gün müxtəlif peşə və bacarıq vərdişləri aşılanan, müxtəlif sahələr üzrə peşəkarlaşdırılan, əsl vətənpərvər kimi yetişdirilən o yerlərin gənclərindən asılı olacaq.

Vurğulanan bütün bu sahələr üzrə aparılan ardıcıl və güclü işlər bir daha göstərir ki, Rövşən Rzayevin rəhbəri olduğu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində inamla irəliləməkdədir! Bu dövlət qurumu ona həvalə edilən sahənin növbəti mərhələsinin başlanğıcını uğurla yerinə yetirməkdədir ki, bu işlərdə ictimaiyyətimiz və o kateqoriyadan olan milyondan çox vətəndaşın adından arxalandıqları Komitəyə və onun rəhbərinə minnətdarlığımızı çatdırırıq...

Cəmilə (Çiçək) İsbəndiyarova,

"Milli Zəka” jurnalının, "Zəka işığında” saytının təsisçisi

və baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru,

AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü




SON XƏBƏRLƏR

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

10:30 Azərbaycanda koronavirusdan sağalan daha 4 nəfər evə buraxıldı

09:31 Azərbaycanda övladlığa götürülən uşaqların həyat şəraiti barədə yarım ildən bir hesabat təqdim olunacaq

09:00 Vitse-spiker: Hazırkı həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı

2020-03-17

17:25 Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib

17:01 QHT Şurasının iclasları onlayn keçiriləcək

16:47 Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır - Operativ Qərargah

16:39 Avro-2020 təxirə salındı

15:59 Akif Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:39 Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib (FOTO)

13:00 Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

12:42 Rəşad Mahmudov: Koronovirusla mübarizədə təkcə dövlət deyil, vətəndaşlar da məsuliyyət daşıyır

12:38 İtaliyada bir gündə 349 nəfər öldü

12:34 Ekspert: Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir

12:24 Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

12:23 Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

12:05 Milli Məclisin sədri: Komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır

12:04 Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

11:49 Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı

11:27 Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı yeni informasiya sistemi yaradılacaq - SƏRƏNCAM

11:14 YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

10:36 Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb

10:21 Tahir Mirkişili: Əhalinin maddi rifahını qorumaq üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur

10:00 ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub (FOTO)

09:44 Zakir Həsənov və Məhərrəm Əliyev ön xətdə (FOTO/VİDEO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:39 Avro-2020 təxirə salındı

Product image

10:39 Formula 1 mövsümü Bakıda başlaya bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb