Azərbaycanlı deputat “Liverpul”un baş məşqçisinə cavab verdi: “İdmanın sərhəddi olmur”

İdman / 13.05.2019 14:42

İngiltərənin "Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakı şəhərində təşkil edilməsindən narazı qalıb.

Yurgen Klopp deyib ki, matçların harda keçiriləcəyi barədə qərar çıxaran UEFA rəsmiləri azarkeşlər barədə qətiyyən düşünməyiblər. "Liverpul”un baş məşqçisi Bakının Avropadan xeyli uzaq olduğunu qeyd edib:


"Bakı…Mən heç bilmirəm ora necə getmək olar, ora birbaşa uçuşlar varmı? Bu qərarları bir az ağılla qəbul etmək lazımdır. Amma bu məsuliyyətsizlik kimi görünür. Mən bilmirəm onlar işlərini necə görürlər?”.


Məlumat üçün bildirək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal” və "Çelsi” klubları arasında keçiriləcək.
Çempionlar Liqasının "Liverpul” – "Tottenhem” finalı isə iyunun 1-i Madridin "Vando Metropolitano" stadionunda təşkil olunacaq.

Azərbaycan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi QuliyevModern.az-a açıqlamasında Yurgen Kloppun fikirlərinə münasibət bildirib.

Ülvi Quliyev Yurgen Klopp kimi tanınmış bir futbol mütəxəssisinin bu cür açıqlama verməsindən təssüfləndiyini vurğulayıb:

"Yurgen Klopp kimi futbol mütəxəssisinin sözləri məni həm təəccübləndirdi, həm də bu açıqlamadan təssüfləndim .
Çünki idman sərhəd tanımır. Bu baxımdan onun futbolun coğrafi cəhətdən məhdudlaşdırılması ilə bağlı fikirləri ilə razı deyiləm. Bu gün UEFA və FİFA-nın da əsas dəyərlərindən biri futbolun sərhədlərinin genişlənməsi, onun qloballaşmasıdır.
Bir də ki, Avropa çoxdan bu qitənin qərb hissəsi ölkələrinin sərhədlərindən kənara çıxıb və Yurgen Klopp da bunu bilməmiş olmaz. Digər tərəfdən də əsl futbol azarkeşləri üçün məsafə heç vaxt maneə ola bilməz”.

Ü.Quliyevin sözlərinə görə, Azərbaycanda futbol digər idman növləri ilə müqayisədə geridə qalsa da, bu, AvroLiqanın finalının Bakıda keçirilməməsi üçün əsas deyil:

"Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan idman ölkəsidir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.Biz futbolda uğurlu nəticələrə nail olmasaq da, digər idman növlərində öz sözümüzü demişik. Bizim güləş, boks, cüdo, karate və digər idman növlərində Olimpiya, Dünya və Avropa çempionu olmuş çoxlu idmançılarımız var.
Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Bundan başqa, son illər ölkəmizdə beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi də Bakının təsadüfi seçim olmadığını deməyə əsas verir. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula 1 qran-pri yarışlarının Bakıda keçirilməsi dünyanın bütün idman təşkilatları tərəfindən çox yüksək səviyyədə dəyərləndirilib. Həmin yarışlara qatılan idmançılar, onları izləməyə gələn əcnəbi azarkeşlər, xarici turistlər, dövlət rəsmiləri də təşkilatçılıq işlərindən, azərbaycanlıların münasibətindən və digər məsələlərdən həmişə razılıq ediblər.
İnanıram ki, Avropa Liqasının finalının təşkili də həmin yarışlardan geri qalmayacaq və Bakının bir daha idman paytaxtı olduğu sübuta yetiriləcək.
Şübhəsiz ki, vaxt gələcək, bütün sahələrdə olduğu kimi, futbolumuzda da böyük irəliləyişlər olacaq. Biz bunu son illər Avropa miqyaslı yarışların qrup mərhələsində inamlı oyunlar göstərən "Qarabağ”ın timsalında da görürük.
Eyni zamanda, onu da qeyd etməliyəm ki, Avropa kuboku finalının iki qitənin qovuşduğu məkanda – Azərbaycanda keçirilməsi ölkəmizdə futbolun inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, gənc nəsil arasında onun daha da populyarlaşmasına və gənclərin futbola cəlb edilməsinə xidmət edir. Və bu baxımdan UEFA-nın qərarını alqışlamaq lazımdır”.


Komitə sədri onu da qeyd edib ki, Avropa Liqasının finalının Bakıda keçirilməsi üçün heç bir təhlükə və ciddi problem yoxdur:

"Azərbaycan finala çox yaxşı hazırlaşıb. Bakıda müxtəlif büdcələrə cavab verən beynəlxalq və yerli markalı otellərin olması tədbir zamanı xarici qonaqların rahatlığını təmin edəcək. Restoran və digər iaşə obyektləri də idmançıları, turistləri qarşılamağa hazırdır.
Bakıya viza məsələsi də asanlaşdırılıb. Final ərəfəsində"AZAL” aviaşirkəti tərəfindən həyata keçiriləcək London-Bakı-London birbaşa uçuşları ilə yanaşı, xarici azarkeşlər üçün 40-dan çox çarter reysi təşkil olunacaq.

Təhlükəsizlik baxımından da hansısa maneələrin olmadığını vurğulaya bilərik. Belə olmasaydı, Bakı beynəlxalq səviyyəli siyasi, iqtisadi, sosial, dini tədbirlərə də ev sahibliyi edə bilməzdi. Qonaqların yerləşməsi və ölkədə qalmasının təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət tərəfindən diqqətlə nəzərdən keçirilib.

Bir daha qeyd edim ki, Bakı müdəmadi olaraq dünya ölkələri liderlərinin gəlib-getdiyi paytaxt şəhəridir. Ötən il keçirilən VI Qlobal Bakı Forumun, bu ilin əvvəlində təşkil olunan "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərinVtoplantısına müxtəlif ölkələrdən prezidentlər, nazirlər qatılmışdı. Bu ilin noyabrında "Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək.
Yəni, Bakının hansısa beynəlxalq tədbirə ev sahibliyi etməsində problem yoxdur. Qoy bundan narahat olanlar Azərbaycanın beynəlxalq tədbirlər üçün böyük təcrübəyə malik olduğunu bilsinlər”.




SON XƏBƏRLƏR

2020-04-06

18:00 Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq

17:36 “Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

17:25 Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək

17:24 İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında - YENİLƏNİB + VİDEO

16:48 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

15:35 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah

15:26 Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

14:55 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib

14:50 Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)

14:43 Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir

14:39 Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi

14:30 Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı

14:24 Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib

14:05 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

13:53 Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər

13:00 Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir

12:35 Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq

11:57 Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəksiniz

11:40 Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib

11:13 Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür

10:01 Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb