Deputat: “Biz çox yaxşı bilirik ki, belə qarayaxmaların arxasında…”

Gündəm / 13.05.2019 15:02

"Bir çox beynəlxalq tədbirlərin, idman yarışlarının Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Dünya dövlətləri bu kimi tədbirlərə ev sahibliyi üçün bizi seçməkdə yanılmırlar. Ölkəmizə gələn turistlər, əcnəbilərin hər biri məmnunluqla dövlətlərinə qayıdırlar".

Bu barədəModern.az-a deputat Cavid Osmanov danışıb. O, növbəti böyük beynəlxalq tədbir ərəfəsində anti-Azərbaycan qüvvələrin qarayaxma, şər və böhtanlarla çıxış etməsindən təəssüf duyduğunu dilə gətirib:

" Bu dəfə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi başda olmaqla digər instansiyalar qarayaxma kampaniyasına başlayıblar ki, azarkeşləri Azərbaycana gəlməsinlər. Onların iddia etdiklərinə görə, guya ölkəmizdə təhlükəsizlik problemləri, soyğunçuluq, insan hüquqlarının pozulması halları baş verir. Amma biz çox yaxşı bilirik ki, belə qarayaxmaların arxasında erməni lobbisi, Azərbaycan prezidentinin yürütdüyü müstəqil xarici siyasətə qarşı çıxanlar dayanır. Anti-Azərbaycan qüvvələr deyirlər ki, guya ölkəmizə gəlib-getmək çox çətindir. Halbuki AZAL turnir ərəfəsində beynəlxalq uçuşlar üçün ən ucuz qiymətlər təklif etdi. Azarkeşlərin və idmançıların həm ölkəmizə gəlməsi, həm də Böyük Britaniyaya qayıtması üçün əlverişli şərait var. Otellərin baha olması ilə bağlı söz-söhbət yayılır. Amma Azərbaycanda 20-30 dollardan başlayaraq otellər təklif edilir. Bu otellərin hər biri xarici vətəndaşları qəbul etməyə hazırdır. Eyni zamanda, Azərbaycan əminamanlığına, sabitliyinə görə ön sıralardadır. Bəzi Qərb dövlətlərində belə insan hüquqları pozulur, Azərbaycanda isə belə hallar yoxdur. AvroLiqanın final məshələsinin Bakıda keçirilməsi turnir başlamazdan əvvəl məlum idi. Heç kim bilmirdi ki, Bakıda iki ingilis komandası üz-üzə gələcək".

Ötən il Avropa Liqasında Azərbaycanın "Qarabağ" klubu ilə eyni qrupda İngiltərənin "Çelsi" komandasının olduğunu xatırladan deputat diqqətə çatdırıb ki, həmin komanda üzvləri və azarkeşlər ölkəmizdən məmnunluq hissi ilə qayıtdılar:

"Azərbaycan 2012-ci ildə "Avroviziya" mahnı müsabiqəsinə, 2015-ci ildə Avropa Oyunlarına, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarına və son bir neçə ildir, "Formula 1" yarışlarına ev sahibliyi edib. Bütün bu beynəlxalq idman yarışları yüksək səviyyədə keçirilib, Bakıda heç bir əcnəbiyə qarşı soyğunçuluq, qarət olmayıb. Ölkəyə gələn azarkeşlər tam sərbəst şəkildə Bakını və regionları gəziblər və məmnunluqla ölkələrinə qayıdıblar. Maraqlısı odur ki, heç ölkəmizə finala gəlməyən ingilis klubu "Liverpul"un baş məşqçisi də məsələyə reaksiya verib. Bu göstərir ki, ona da hansısa qüvvələr diktə ediblər. Azərbaycan Avropa Liqasının final mərhələsini yüksək səviyyədə keçirəcək. Buna dövlətimiz tam təminat verir ki, heç bir insident baş verməyəcək. Hər kəs yaxşı bilir ki, ən çılğın azarkeşlər məhz ingilis azarkeşləridir. Heç bir ölkə ingilis azarkeşləri qəbul etmək istəmir. Azərbaycan isə bu məsələlərdə heç bir problem yaranmaması üçün əlindən gələni edib və əminəm ki, final mərhələsi yüksək səviyyədə keçiriləcək".




SON XƏBƏRLƏR

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

10:30 Azərbaycanda koronavirusdan sağalan daha 4 nəfər evə buraxıldı

09:31 Azərbaycanda övladlığa götürülən uşaqların həyat şəraiti barədə yarım ildən bir hesabat təqdim olunacaq

09:00 Vitse-spiker: Hazırkı həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı

2020-03-17

17:25 Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib

17:01 QHT Şurasının iclasları onlayn keçiriləcək

16:47 Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır - Operativ Qərargah

16:39 Avro-2020 təxirə salındı

15:59 Akif Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:39 Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib (FOTO)

13:00 Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

12:42 Rəşad Mahmudov: Koronovirusla mübarizədə təkcə dövlət deyil, vətəndaşlar da məsuliyyət daşıyır

12:38 İtaliyada bir gündə 349 nəfər öldü

12:34 Ekspert: Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir

12:24 Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

12:23 Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

12:05 Milli Məclisin sədri: Komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır

12:04 Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

11:49 Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı

11:27 Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı yeni informasiya sistemi yaradılacaq - SƏRƏNCAM

11:14 YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

10:36 Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb

10:21 Tahir Mirkişili: Əhalinin maddi rifahını qorumaq üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur

10:00 ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub (FOTO)

09:44 Zakir Həsənov və Məhərrəm Əliyev ön xətdə (FOTO/VİDEO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:39 Avro-2020 təxirə salındı

Product image

10:39 Formula 1 mövsümü Bakıda başlaya bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb