Əli Əhmədov: “Onlar özünü Azərbaycan cəmiyyətinin üzvü kimi dərk edə bilmir”

Xəbər / 13.05.2019 16:45

"İnsanın özgələşməsi, yəni sosial yadlaşması təkcə şəxsi faciə deyil, eyni zamanda ictimai təhlükəli hadisədir. Cəmiyyətdə qəbul olunmuş dəyərlərə və birgəyaşayış normalarına məhəl qoymayanlar ictimai mühitdə yad ünsürə çevrilərək, özgələşərək ictimai normaların və dəyərlərin daşıyıcısı mahiyyətini itirmiş olurlar. Eyni zamanda ictimai maraqlar onlar üçün mənasızlaşır, şəxsi maraqlar və ya ambisiyalar dominant rol oynamağa başlayır".

ONA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, sosial yadlaşma Azərbaycanın bəzi müxalifət nümayəndələrinin timsalında özünü aydın surətdə göstərir: "Siyasi davranış və normalardan, siyasi əxlaq tələblərindən üz döndərməklə onlar əslində cəmiyyətin siyasi sisteminin vacib ünsürü olmaq şanslarını itirir. Bu isə şəxsi (qrup) maraqlarlamilli maraqların toqquşması, birincinin ikinci üzərində dominantlığı ilə müşayiət olunur. Nəticə etibarilə antimilli ünsürün formalaşması prosesi baş verir. Müxtəlif milli şüarlar altında, əslində isə milli maraqlara zərbə vuran davranışın sərgilənməsi antimilli fəaliyyətin növ müxtəlifliyidir. Həm də bu, daha təhlükəli olması ilə fərqlənir. Onun təhlükəsi ondadır ki, cəmiyyətin özünümüdafiə immunitetini çaşdırmaqla milli maraqlara daha ağır zərbə vurmaq imkanına malikdir. Hər bir cəmiyyətin yad təsirlərə, təhdidlərə qarşı immuniteti var və onun sayəsində milli birlik, həmrəylik, milli iradə kimi özünümüdafiə mexanizmi formalaşıb fəaliyyət göstərir. Bu mexanizm zəiflədikdə və ya zəiflədildikdə, avtomatik olaraq cəmiyyətin özünümüdafiə immuniteti zəifləmiş olur. Dövlətlərarası müasir kəskin rəqabət şəraitində ayrı-ayrı cəmiyyətlərin özünümühafizə immunitetinin zəiflədilməsi ölkələrə qarşı təzyiq və təhdid vasitələri sırasında xüsusi əhəmiyyət kəsb edir”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan müxalifətinin müəyyən kəsiminə aid olan azsaylı qrupların və konkret fərdlərin sərgilədiyi siyasi davranış milli maraqlara qarşı çevrilmiş antimilli fəaliyyətə ən xarakterik nümunədir: "Əvvəla, bu davranış formaları milli maraqlara münasibət baxımından cəmiyyətin birliyi və həmrəyliyini zədələmək kimi çirkin və təhlükəli məqsədə xidmət edir. İkincisi, həmin qrupların hədəfində Azərbaycanın imicinin pisləşməsi, ölkəmiz haqqında mənfi rəyin formalaşmasından ibarət məkrli niyyət dayanır. Üçüncüsü isə, onlar Azərbaycana qarşı fəaliyyət göstərən qatı anti-Azərbaycan qüvvələrlə işbirliyi qurur, sonuncuların əlində çirkli bir vasitəyə çevrilirlər.

Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Azərbaycan müxalifətinin həm Azərbaycanda, həm də Azərbaycandan kənarda olan nümayəndələri tərəfindən yorulmadan yalan, böhtan, ləkələmə və təhqir kampaniyasının aparılması antimilliliyin "parlaq” nümunəsidir. Onlar özünü nəinki Azərbaycan cəmiyyətinin üzvü kimi dərk edə bilmir (yaxud istəmir), habelə bütün gücünü ölkəyə qarşı təbliğat aparmağa sərf edir.Təbii ki, öz vətəninə qarşı bu cür satqınlıq maraqlı qüvvələr tərəfindən "qiymətləndirilməyə” bilməz. Onlar dərhal qanadlar altına alınır, sığınacaq verilir, yaşayışları təmin edilir, övladları bahalı universitetlərdə təhsil alır. Ancaq heç nə əvəzsiz olmur. Həmin insanlar aldıqlarının əvəzini şərəfsiz satqınlıqla, antimilli ünsürə çevrilməklə qaytarmağa məcburdur. Beləcə, iradəsi zəif, ambisiyası yüksək adamlar sırasından antimilli qüvvə yaratmaq texnologiyası işə düşür.

Yaxşı haldır ki, Azərbaycanda milli iradəsi zəif, dövlətimizin maraqlarını satmaq hesabına "yaxşı” yaşamaq kimi rəzil və təhlükəli yola düşmək istəyənlərin sayı çox azdır. Həyat göstərir ki, milli satqınlıq hesabına qazanılan "yaxşı həyat” heç kimi xalqın nifrətindən xilas etmir və edə bilməz. Xoşbəxt o insandır ki, hansı vəzifədə və statusda olmasından asılı olmayaraq, öz xalqına və dövlətinə xidmət edir”.




SON XƏBƏRLƏR

2020-03-18

14:59 Azərbaycan Prezidenti: Hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

13:27 Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır

12:28 Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

12:07 Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT

12:03 Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

11:07 Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

10:59 Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın

10:57 Bakıda yol tikintisinə 850 min manat ayrıldı - SƏRƏNCAM

10:55 Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

10:30 Azərbaycanda koronavirusdan sağalan daha 4 nəfər evə buraxıldı

09:31 Azərbaycanda övladlığa götürülən uşaqların həyat şəraiti barədə yarım ildən bir hesabat təqdim olunacaq

09:00 Vitse-spiker: Hazırkı həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı

2020-03-17

17:25 Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibi təsdiq edilib

17:01 QHT Şurasının iclasları onlayn keçiriləcək

16:47 Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır - Operativ Qərargah

16:39 Avro-2020 təxirə salındı

15:59 Akif Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

15:39 Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib (FOTO)

13:00 Adil Əliyev: Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır

12:42 Rəşad Mahmudov: Koronovirusla mübarizədə təkcə dövlət deyil, vətəndaşlar da məsuliyyət daşıyır

12:38 İtaliyada bir gündə 349 nəfər öldü

12:34 Ekspert: Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir

12:24 Təhsil Nazirliyi evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

12:23 Əhliman Əmiraslanov: Azərbaycan koronavirusla mübarizədə ÜST-lə sıx əlaqədə işləyir

12:05 Milli Məclisin sədri: Komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır

12:04 Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

11:49 Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı

11:27 Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı yeni informasiya sistemi yaradılacaq - SƏRƏNCAM

11:14 YENİLİK: Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər artıq bir tədris ili ərzində istifadə olunacaq

10:36 Türkiyədə koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb

10:21 Tahir Mirkişili: Əhalinin maddi rifahını qorumaq üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur

10:00 ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub (FOTO)

09:44 Zakir Həsənov və Məhərrəm Əliyev ön xətdə (FOTO/VİDEO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:39 Avro-2020 təxirə salındı

Product image

10:39 Formula 1 mövsümü Bakıda başlaya bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb