David Qaraca mağara-monastrları və Gürcüstan ərazisində Azərbaycan kilsələri - TARİX...

Mədəniyyət / 14.05.2019 10:19
David Qaraca 20-yə qədər mağara-monastrdan ibarətdir. Eranın V-VI əsrlərində Suriyadan gələn xristian keşişlər mağaraları oyaraq genişləndirmiş, burada ilk monastrları tikərək yerli əhali arasında xristianlığı yaymışlar.

Suriyalı David Albaniya ilə İberiya arasına gələndə mağaraların yerləşdiyi ərazi və Kür çayı boyunca otlaqlar Qara yazı adlanırdı, çünki orada Qaraca adlı Alban tayfası yaşayırdı. David gələndən sonra burada yerli əhaliyə hörmət əlaməti olaraq Qaraca ləqəbini qəbul etdi. Gürcü tarixçiləri sonralar həmin adı Qareci kimi yazdılar (Акад. Мари Броссе. Разборь двух грузинских иконных надписей. ФП № 708, s.3-17; Христофор Вермишев. Материалы для истории грузинско-армянских отношений. Спб, 1904, s.6, 9, 29 və s.).

Hələ XIX əsrin əvvəllərində fransız akademiki Mari Brosse və baron Brambaus ləqəbli Senkovski sübuta yetirmişlər ki, XI əsrə qədər indiki Gürcüstanın Kür çayı boyunca cənub torpaqlarında gürcülər yaşamamışlar, albanlar və türklər yaşamışlar. Bu fikirləri gürcülərin öz alimlərindən Platon İoselyani də təsdiq edir. O, 1843-cü ildə Sankt-Peterburqda çap olunan "Краткая история грузинской церкви” və 1866-cı ildə Tiflisdə çap olunan "Род князей Чолакаевых” əsərlərində yazır ki, şərqi İberiya ərazisindəki ilk kilsələri Albaniyadan Tiflis və Qazax arasına köçən türk nəsilləri inşa etmişdir.
Albaniyadan İberiyaya köçən nəsillər Tiflislə Qırmızıkörpü arasında Ucar, Bərdə, Səfər, Şuşa, Alaverdi şəhərlərini salmış, burada İberiyanın gürcülərə qədərki mədəniyyətini yaratmışlar. Həmin xristian mədəniyyətinin varisləri indiki gürcülər deyil, Azərbaycan xalqıdır.



Gürcülərin Kaxeti və Ereti adlandırdıqları Aran torpaqlarının ilk salnamələri gürcü dilində yox, alban, uyğur, türk, yevrey(yəhudi yox, yevrey. Karaimlər kimi, yevreylərin də dili qədim türk dilləri ailəsindəndir. Bu başqa bir söhbətin mövzusudur.) əlifbaları ilə türk dilinə qohum olan dillərdə yaranmışdır. David Qaraca mağara-moanstrlarında həmin əlifba ilə yazılan dua mətnləri 1937-ci ilə qədər qalırdı. Gürcülər Şah Abbas məscidini yerlə-yeksan edəndə həmin yazıları pozdular.
Şükürlər olsun ki, həmin yazıların bəzi nümunələri yevrey alimləri tərəfindən XIX əsrin ortalarında toplanmış və Peterburq, Odessa şəhərlərində çap olunmuşdur.

Həmin dua mətnlərinin bir neçəsini əlavə edirik.




David Qaraca qaya divarındakı dualardan birinin mətni: Ari Tanqri, ari yuca, ari acalsez, İsa ki xaça çəktənk, rahmat qılgil biza (Təmiz, uca, ölümsüz Tanrı, İsa peyğəmbəri ki xaça çəkiblər, bizə rəhm elə). Yevrey, uyğur, türk əlifbaları ilə yazılmış bu duanın sözləri təmiz türk sözləridir.
Ərəblərə və Baqrationlara qədər İberiyanı Albaniyanın elitar nəsilləri idarə edirdilər. Onların ən qüdrətlisi Qorq Aslan totem adı daşıyırdı. Qorq Aslanın anası Bərdə hakiminin qızı idi. Özü isə iber deyildi.



Mari Brossenin Senkovskinin yazdığına görə, o, kimmer mənşəli olub, hansısa türk tayfasının başçısı idi. Qorq Aslanın zamanında dövlətin dili türk dilinə qohum olan qəbilə dillərindən biri idi. Kilsələrdə salnamələr terk dilinə qohum olan ləhcələrdə yazılırdı.
Qorq Aslandan əvvəl eranın I əsrində bir müddət İberiyanı əslən Albaniyadan olan Kərəm şah idarə etmişdir. Həmin Kərəm Əsli və Kərəm dastanındakı aşiqin çox arxaik əcdadıdır.
Həmin Kərəm şah Lori dərəsi yaxınlığında Kərəm şəhərini saldırmış, sonra həmin şəhərdə Kərəm kilsəsi tikilmişdir. Kərəm kilsəsi Ucar, Səfər, Bərdə kilsələri ilə birlikdə Şuşa kilsə kafedrasına tabe idi (İlhami Cəfərsoy. İber və H’Ayfolklorunda türk mifik təfəkkürünün izləri. Bakı, 2014, s.77-85, 130, 175 və s.).



Gürcülər Kərəm şəhərini sonralar Qremi, Kərəm çayını isə daha sonra Xrami adlandırdılar. Şuşa şəhərini və kilsəsini isə əvvəlcə Şuşeti, sonra Şavşeti formasında saxtalaşdırdılar. Ancaq tarixi mənbələrdə belə adlar yoxdur.


İberiyanın ilk kilsələrini xristianlıq dövründə alban nəsillərinin tikdiyini Mari Brossedən, Senkovskidən, İoselyanidən başqa, Çolakaşvili, Əluqulaşvili, Saracişvili, Bakuradzi və b. tarixçilərdə də təsdiq edir. XIX əsrdə yaşamış həmin tarixçilər gürcü deyildilər. Nadir şahın zamanında məcburi qaydada xristianlığı qəbul edən Azərbaycan ziyalıları idilər. Onlar xristian olsalar da, öz əsərlərində Azərbaycan tarixinin ən qiymətli nümunələrini nəşr etdirmişdilər. Ancaq indi həmin əsərlərin çoxunu Gürcüstanın kitabxanalrında tapmaq mümkün deyil. Biz onların kitablarının bir hissəsini Rusiyanın Peterburq, Polşanın Krakov kitabxanalarının nadir nüsxələr fondundan əldə etmişik.



Gürcülərlə ermənilər həmin mənbələrin elektron variantını hazırlamış, öz saytlarında yerləşdirmişlər, ancaq həmin saytlar saxtalaşdırılmışdır. Bizim ilkin mənbələrdə gördüyümüz surətini çıxardığımız məlumatların çoxu elektron variantlarda yoxdur.(moderator.az)

Prof. İlhami Cəfərsoy
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri



SON XƏBƏRLƏR

2019-05-20

17:22 Kral Salman Azərbaycan Prezidentini təbrik edib

17:18 Britaniya Kraliçası Prezident İlham Əliyevi təbrik edib

17:15 Kürdəmirdə "ASAN Xidmət" mərkəzinin tikintisi üçün 20 milyon manat ayrılıb - SƏRƏNCAM

17:08 Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir

16:44 Dövlətə xəyanətdə ittiham edilən şəxsə 16 il cəza verilib

16:43 Fədayə Laçının məhkəməsi təxirə salınıb - SƏBƏB?

16:33 Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib

15:56 Dövlət Reklam Agentliyində Apellyasiya Şurası yaradılıb

15:35 Nazir “Eurovision 2019”da Azərbaycana qarşı təxribatdan danışdı

15:16 Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

14:52 İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub

14:38 Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir

14:04 Azərbaycanda yaşlı valideynlərin övladlarından maliyyə asılılığını azaltmaq təklif edilir

13:59 Nazir müavini: KOBİA nəzdində ictimai şuranın yaradılması biznes sahəsində koordinasiyanı gücləndirəcək

13:53 “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb

13:37 Azərbaycan və Fransa arasında coğrafi göstəricilərin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

13:25 Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün nə qədər vəsait ayrılıb?

13:19 "Baku Fashion Expo 2019"un ilk mövsümü Bakıda baş tutacaq

13:15 Kamal Abdulla Hindistan səfiri ilə görüşüb

13:05 Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

12:42 Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır

11:39 Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi

11:38 Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

11:36 Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək

2019-05-17

17:32 İlham Əliyev Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul etdi

17:01 “Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı

16:57 Prezident və birinci xanım İrina Viner-Usmanova ilə görüşdülər - YENİLƏNİB

16:51 Təbiətə ziyan vuranlara cinayət işi açıldı

16:28 Yeni QHT yaradıldı - “Yaşıl Dünya”ya jurnalist rəhbərlik edəcək - FOTO

16:26 AvroLiqanın finalgecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

15:20 Saatlı və Sabirabad rayonlarına yeni icra başçıları təyin edilib (YENİLƏNİB)

15:11 Milli Məclisdə “Keşikçidağ”la bağlı məsələ qaldırılıb

14:33 Deputat radarlardan ŞİKAYƏTLƏNDİ – “Lazım olmayan yerlərdə...”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

13:53 “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb

Product image

16:26 AvroLiqanın finalgecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

Maraqlı Product image

13:05 Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

Product image

12:18 Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?