Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı məlumat yayıb

Gündəm / 14.05.2019 17:44

Mətbuat Şurası "Təzadlar” qəzeti ilə bağlı məlumat yayıb.

Şuradan Trend-ə verilən məlumata görə, qurumun "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının və MŞ-nin Apellyasiya komissiyasının 1 mart 2019-cu il tarixdə keçirilmiş birgə iclasının rəyinə əsasən "Təzadlar” qəzetinin adı Şuranın "qara siyahı”sına daxil edilib.

Bunun səbəbi "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə izah olunub:

"Eyni zamanda, ona "qara siyahı”dan çıxmağın prosedurları barədə də məlumat verilib. Təəssüflər olsun ki, A.Mərzili "Təzadlar” qəzetinin "qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçib. O, Azərbaycan Mətbuat Şurasına və MŞ-nin İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmaqla məşğuldur. Maraqlıdır ki, A.Mərzili MŞ İdarə Heyətinin bəzi üzvlərini sərt tənqidə məruz qoyduğu halda, qurumun digər üzvlərinə belə demək mümkünsə, "separat danışıqlar” təklif edir, bir növ, ikitirəlik yaratmağa köklənir.

Peşəkarlar, o cümlədən, diqqətli oxucular MŞ-nin fəaliyyəti, onun ictimai qınaq forması kimi seçdiyi "qara siyahı” barədə məlumatlıdırlar. Hər kəs bilir ki, Şura medianın özünütənzimləmə qurumu qismində jurnalistlərin "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) nə dərəcədə riayət etmələrinə nəzarəti həyata keçirir, peşə prinsiplərini pozan KİV-lərə yol verdikləri yanlışlıqları xatırladır, nöqsanların aradan qaldırılması üçün tövsiyələr ünvanlayır. Qurumun AJPDQ-nın prinsiplərini düşünülmüş şəkildə, hansısa maraqlar naminə pozmuş KİV-lərə qarşı ictimai qınaq tədbiri - "xəbərdarlıq”, "ciddi xəbərdarlıq” və nəhayət "qara siyahı”ya daxil etməkdir. "Təzadlar” ilə bağlı hər 3 prosedur tətbiq olunub: müxtəlif vaxtlarda yayımladığı və AJPDQ-nın prinsiplərini kəskin şəkildə pozulduğu məqalələrinə görə nəşrə xəbərdarlıqlar edilib. Əlbəttə, nəticə çıxarmadığı üçün onun adı "qara siyahı”dadır.

Tövsiyələri, xəbərdarlıqları saya salmayan A.Mərzili yalnız adının "qara siyahı”ya düşməsindən sonra prosesi ciddiyə alıb. Lakin yenidən yanlış addımlar atmaqda davam edir. Hazırda "Təzadlar” qəzetinin səhifələrində AJPDQ-nın prinsiplərini ciddi şəkildə pozan, paralel olaraq, MŞ-nin rəylərini şübhə altına alan məqalələr yayımlanır, oxucuları çaşdırmağa cəhd göstərilir. Ancaq cənab Mərzili istəsəydi, durum bu qədər kəskin həddə çatmazdı.

MŞ monitorinq qrupu "Təzadlar” qəzeti və A.Mərzili barədə vətəndaşlardan, ayrı-ayrı idarələrdən daxil olmuş şikayətlər üzrə təqribən 30-a yaxın məqaləni təhlil edib. Bəlli olub ki, bu yazılarda ayrı-ayrılıqda ən yaxşı halda 30-a qədər səhv var və bu səhvlərin hər biri narazılıq üçün əsas verir. Yanlış, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib əndazədən çıxarmaq, şər və böhtan atmaq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə çalışmaq Asif Mərzilinin ənənəvi iş üslubudir. Belə yanaşma AJPDQ-ya, ümumilikdə jurnalistika prinsiplərinə ziddir.

Cənab Mərzilinin bu yanaşma tərzi "Təzadlar”ı dəfələrlə çətin duruma salıb. Bəzən belə dəst-xətt ölkəmizin maraqlarına zidd olub. Diqqət yetirək, "Təzadlar” qəzeti 2009-cu ildə Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıç barədə məqalə dərc etmişdi. Məqalə Mərzilinin həsəd və qısqanclıq hissləri zəminində yazılmışdı. Reallıq bu idi ki, keçmiş səfir həmin vaxtlarda redaksiyalara baş çəkir və kiçik xatirə hədiyyələri təqdim edirdi. "Təzadlar” isə bunu Səfirliyin guya mətbuatı ələ alması kimi göstərmişdi. Halbuki səfir "Təzadlar”ın redaksiyasını ziyarət etsəydi, bu bəsit motivə əsaslanmış iddia ortaya çıxmazdı. Başqa cür düşünmək üçün əsas yoxdur. Buna və digər məsələlərə görə MŞ qəzetin adını "qara siyahı”ya daxil etmişdi. Lakin beş illik fasilədən sonra Mətbuat Şurası A.Mərzilinin xahişini nəzərə alaraq "Təzadlar”ın adını "qara siyahı”dan çıxartdı. Həmin andan baş redaktor yenidən öz neqativ əməllərinə qayıtdı".




SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb