Azərbaycan və Gürcüstan xarici işlər nazirləri müavinləri görüşüb - Sərhədlərin delimitasiyası müzakirə olunub

Siyasət / 14.05.2019 17:46

Bakıda Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, eyni zamanda müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşün nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb.

Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər. Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil olub. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.

Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyasının qısa müddət ərzində yekunlaşdırılacağı gözlənilir.




SON XƏBƏRLƏR

2019-05-20

17:22 Kral Salman Azərbaycan Prezidentini təbrik edib

17:18 Britaniya Kraliçası Prezident İlham Əliyevi təbrik edib

17:15 Kürdəmirdə "ASAN Xidmət" mərkəzinin tikintisi üçün 20 milyon manat ayrılıb - SƏRƏNCAM

17:08 Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir

16:44 Dövlətə xəyanətdə ittiham edilən şəxsə 16 il cəza verilib

16:43 Fədayə Laçının məhkəməsi təxirə salınıb - SƏBƏB?

16:33 Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib

15:56 Dövlət Reklam Agentliyində Apellyasiya Şurası yaradılıb

15:35 Nazir “Eurovision 2019”da Azərbaycana qarşı təxribatdan danışdı

15:16 Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

14:52 İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub

14:38 Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir

14:04 Azərbaycanda yaşlı valideynlərin övladlarından maliyyə asılılığını azaltmaq təklif edilir

13:59 Nazir müavini: KOBİA nəzdində ictimai şuranın yaradılması biznes sahəsində koordinasiyanı gücləndirəcək

13:53 “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb

13:37 Azərbaycan və Fransa arasında coğrafi göstəricilərin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

13:25 Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün nə qədər vəsait ayrılıb?

13:19 "Baku Fashion Expo 2019"un ilk mövsümü Bakıda baş tutacaq

13:15 Kamal Abdulla Hindistan səfiri ilə görüşüb

13:05 Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

12:42 Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır

11:39 Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi

11:38 Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

11:36 Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək

2019-05-17

17:32 İlham Əliyev Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul etdi

17:01 “Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı

16:57 Prezident və birinci xanım İrina Viner-Usmanova ilə görüşdülər - YENİLƏNİB

16:51 Təbiətə ziyan vuranlara cinayət işi açıldı

16:28 Yeni QHT yaradıldı - “Yaşıl Dünya”ya jurnalist rəhbərlik edəcək - FOTO

16:26 AvroLiqanın finalgecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

15:20 Saatlı və Sabirabad rayonlarına yeni icra başçıları təyin edilib (YENİLƏNİB)

15:11 Milli Məclisdə “Keşikçidağ”la bağlı məsələ qaldırılıb

14:33 Deputat radarlardan ŞİKAYƏTLƏNDİ – “Lazım olmayan yerlərdə...”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

13:53 “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb

Product image

16:26 AvroLiqanın finalgecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

Maraqlı Product image

13:05 Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

Product image

12:18 Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?