Daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib

Xəbər / 03.06.2019 16:51
qhtxeber.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.
Onlardan 49 nəfəri Qarabağ müharibəsi əlili, 1 nəfəri 20 Yanvar əlilidir.

Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplara, şəhid ailələrinə, müharibə və 20 Yanvar əlillərinə xüsusi qayğısından razılıq hissi ilə bəhs edərək, bu gün onlara yeni avtomobillərin verilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində cari ildə də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.

O, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının fəaliyyətində prioritet istiqamətlərdən olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb. Müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) də təsis edilib.

Şəhid ailələrinin birdəfəlik ödəmə (11 min AZN) ilə təminatı proqramının artıq 80% icra olunduğunu deyən V. Nəsirli şəhid ailələrinin və müharibə əlillərinin digər sahələrdə də dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. O qeyd edib ki, ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil təqdim edilib. Bu vaxtadək isə həmin vətəndaşlara 6654 mənzil verilib. 2019-cu ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil verilməsi nəzərdə tutulub.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin 18 mart 2019-cu il tarixli Sərəncamına əsasən ayrılan vəsait cari ildə əlavə olaraq 400-dən artıq avtomobil alınmasına və nəticədə bu il nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan 28 may 2019-cu il tarixdə 50 ədəd, bu gün daha 50 avtomobil, beləliklə, artıq 100 avtomobil təqdim olunub. Bununla da indiyədək 6250-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.

V. Nəsirli müharibə əlillərinin reabilitasiya imkanlarının da ildən-ilə artırıldığını deyib. O, nazirliyin həm Bakıda, həm də bölgələrdəki bir sıra reabilitasaiya müəssisələrində ən müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılması işlərinin aparıldığını, digər tərəfdən, cari ildə yeni bərpa müəssisələrinin inşasına başlanacağını diqqətə çatdırıb.
Qeyd edilib ki, şəhid ailələri və müharibə əlilləri üçün icra olunan bütün sosial proqramlar, eyni zamanda, 20 Yanvar şəhidlərinin ailələrini və 20 Yanvar əlillərini də əhatə edir.

Nazirlik yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri Azərbaycanda dayanıqlı xarakter alan inkişaf proseslərinin sosialyönümlü olduğunu, Prezident İlham Əliyevin siyasətinin vətəndaş rifahının təminatı prinsipinə əsaslandığını vurğulayıblar. Onlar aparılan bu siyasətə uyğun olaraq, iqtisadi islahatların uğurlu nəticələrinin məhz əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupların, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsinə yönəldildiyini vurğulayıblar.


SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb