Cavid Qurbanovun yorulmaz fəaliyyəti ictimaiyyətimiz üçün hər zaman açıqdır

Xəbər / 04.06.2019 15:19

Hər bir ölkənin nəqliyyat şəbəkəsi onun milli iqtisadiyyatının şah damarı hesab olunur. Nəqliyyat sisteminin ağır "artielleriya”sı isə, sözsüz, dəmiryol şəbəkəsi sayılır. Odlar yurdu Azərbaycan hələ qədim dövrlərdən etibarən ümumdünya ticarət qovşağı kimi inkişaf etmiş nəqliyyat şəbəkəsi, dəvə karvanlarının, at arabalarının, süvarilərin, carçıların, yüz minlərlə qoşunun hərəkət etdiyi yolları ilə tanınıb. Yerüstü quru yollar, körpülər, qalalar, karvansaralar, dəniz, çay, göllərdəki su nəqliyyatı, qayıqlar, bərələr, gəmilər, mayaklar, limanlar, eləcə də sonrakı dövrlərdə meydana çıxan hava nəqliyyatı, neft və qaz boru kəmərləri, yeraltı - metro xətləri, funikulyor, kanat tipli növlər, bir sözlə, ölkədaxili və xarici iqtisadi-ticari, geosiyasi, hərbi əhəmiyyət kəsb edir. Bütün bu nəqliyyat növləri arasında dəmiryol şəbəkəsinin mövqeyi əvəzolunmazdır və ölkələrin inkişafına bariz nümunə kimi qəbul edilir.

Respublikamızın dəmiryol sistemi özünəməxsus inkişaf mərhələləri ilə tariximizdə pozulmaz səhifələr açab. Hələ XIX əsrdə sənaye üsulu ilə neft çıxarılanda sonra onu məhz dəmir yolu ilə daşımağa başlayıblar. Daha sonralar Birinci və İkinci Dünya müharibələri zamanı, yaxud sənayemizin və kənd təsərrüfatımızın çiçəklənməsi də məhz dəmir yolu ilə daşınmalara görə baş tutub. İyirminci yüzillikdə Ümummilli Lider Heydər Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda genişləndirilmiş dəmiryol nəqliyyat sistemi sonralar, müstəqilliyimizi növbəti dəfə bərpa edəndən bu yana daha da inkişaf etdirilmişdir.

Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır: uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət idi. O dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük və sərnişin daşınmasına olan tələbatın artdığını nəzərə alaraq, inkişaf etdirilmiş, daha da təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu 2132 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilmiş, 837,9 km-i, yəni 40,3%-i teplovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” milli dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Milli Məclisin Kəlbəcərdən olan deputatı Cavid Qurbanov gətiriləndən sonra bu sahədə xüsusi bir canlanma baş verdi. Nəqliyyat və yollar peşəkarı kimi tanınan C.Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri kimi Beynəlxalq transXəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsində dövlət başçısının onun öhdəsinə qoyduğu bütün tapşırıqları, vəzifələri layiqincə yerinə yetirir.

Demək olar ki, hər həftə dəmir yolu ilə bağlı yeni xəbərlər yayılır: Sumqayıt və Gəncə istiqamətinə sürətli qatarların hərəkətə başlamasından tutmuş ta qardaş Türkiyənin paytaxtı Ankara şəhərinə açılan yeni qatar reysinə qədər yeniliklər vətəndaşlarımızı sevindirməyə bilməz.

Prezident İlham Əliyevin böyük dəstəyi nəticəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yeni təkan verəcək "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan hökuməti arasında 450 milyon ABŞ dolları məbləğində layihə üzrə tender komissiyası tərəfindən irəli sürülmüş texniki və maliyyə təkliflərinin açılışı proseduru başa çatdırılıb. Ayrılacaq bu mühum vəsaitə yol təsərrüfatının daha da inkişaf etdirilməsi, 317 kilometr yolun əsaslı təmir olunması və yeni yol-təmir maşınlarının alınması, lokomotiv, yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidənqurulması, təzə lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiqinin planlaşdırılması haqqında məlumatlar bir daha sübut edir ki, bu istiqamətdə ardıcıl, sistemli və elmi yanaşma mövcuddur.

Bu il mayın 6-da qardaş Türkiyədə - Ankara şəhərində "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, "Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti və "Türkiyə Dövlət Dəmir Yolları” arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Cavid Qurbanovun aylarla sürən gərgin fəaliyyəti nəticəsində baş tutmuş dövlətlərarası rəsmi mərasimdə hər üç ölkəni təmsil edən hökumət üzvləri, səfirlər və digər məsul şəxslər iştirak ediblər...

Cavid Qurbanovun yorulmaz fəaliyyəti ictimaiyyətimiz üçün hər zaman açıqdır, onun şüurlu ömrü ölkəmizin iqtisadi dirçəlişinə yönəlib. Ölkə rəhbərliyinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən dövlət adamı, peşəkar məmur olaraq hər zaman geniş ictimaiyyət üçün açıq iş prinsipləri ilə fərqləndiyinə görə tanınan, yaradıcı və ziyalı nəslin nümayəndəsi sayılan Cavid Qurbanov Kəlbəcər həsrəti, Qarabağ dərdi ilə yanan millət vəkili kimi hər zaman doğma yurdundan didərgin düşmüş, məcbruri köçkün həyatının ağrıları ilə gələcəyə ümidli kəlbəcərlilərin yanındadır. Həm Cavid Qurbanovun, həm də Kəlbəcər sakinlərinin bir arzusu var ki, hər kəs yaxın gələcəkdə Ali Baş Komandanın rəhbərliyi altında onun reallaşdırılacağına əmindirlər. Ermənilərin və onların havadarlarının işğal altında saxladıqları Dağlıq Qarabağ, düşmən tapdağı altında inləyən ətraf rayonlar və Kəlbəcər torpağı azad olunacaq, o yerlərə yeni dəmir yolları salınacaq!

Peşəkar elm adamı kimi tanınan, texniki elmləri namizədi C.Qurbanovun 18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmasına daha çox sevinən də onun yerliləri, sadiq seçiciləridir.

Belə şərəfli fəaliyyət hər kəsə qismət olmur: Cavid Qurbanov nəinkiseçicilərinindeputatıdır, həm də xalqımızın sayğıyla yanaşdığı ictimai xadim, nəqliyyat peşəkarı, cəmiyyətimizin yetişdirdiyi məhsuldar şəxsiyyətdir!

Cəmilə (Çiçək) İsbəndiyarova,

filologiya üzrə fəlsəfə doktoru,

AYB və AJB-nin üzvü,

Prezident təqaüdçüsü




SON XƏBƏRLƏR

2019-06-25

19:01 Nazir: Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb

18:55 İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

18:51 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ

17:46 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı

17:34 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO

16:52 Rövşən Rzayev köçkünlərin şikayətlərini dinlədi

16:42 Şura regionlarda sahibkarlıq fəaliyyətini inkişaf etdirir

16:25 İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

16:17 Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

16:07 Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi

16:06 Neftçalada sonuncu məlumatlandırma tədbiri təşkil olunub – Şuranın dəstəyilə

15:52 Prezident Ramil Usubovla görüşdü - Foto

14:53 Zakir Həsənov tapşırıq verib

14:47 Şuranın dəstəyilə “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

13:09 Qüdsdə Suriyanın taleyi həll olunur

12:16 Şura “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”ni dəstəkləyir

12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib

2019-06-24

18:06 Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

17:22 “Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz”

17:21 “Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

17:18 Dilqəmlə Şahbazın işində yeni XƏBƏR

16:56 Şuranın dəstəyilə QHT üzvləri müharibə veteranları və sağlamlıq imkanları məhdud şəxslərin problemi ilə tanış olublar

16:45 Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı

16:39 “Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı - YENİLƏNİB

16:17 Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi

16:14 Birinci vitse-prezident Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib

15:50 Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”

15:44 Şuranın dəstəyilə Dəyirmi masa keçirilib

15:13 QHT-də görüş keçirilib

14:33 Yeni nazir əməliyyat müşavirəsi keçirdi

14:12 "İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib

12:58 Nazir: “İlk dəfə minimum əmək haqqı yaşayış minimumunu üstələyir”

12:40 Məleykə Abbaszadə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

İdman Product image

17:53 "Neftçi" və "Səbail" Avropa Liqasında bu klublarla qarşılaşacaq

Product image

11:40 AFFA-da təcili iclas - Rövnəq Abdullayev baş məşqçidən hesabat İSTƏDİ - RƏSMİ

Maraqlı Product image

13:16 Çernobıl faciəsinin sağ qalmış şahidi: Sağ olsun bu faciənin qarşısını alanlar ki, onu yayılmağa qoymadılar

Product image

14:46 Trampın xüsusi diplomla təltif etdiyi azərbaycanlı yeniyetmə: Azərbaycanda müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam