Generallar “Samur” postunda - FOTO

Xəbər / 07.06.2019 14:47
Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur” gömrük-sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, eyni zamanda, ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və müvafiq dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi öyrənilib.

"Samur” gömrük-sərhəd buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması, həmçinin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük və sərhəd nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələr verilib.

Sonra Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur” gömrük-sərhəd buraxılış məntəqəsində aparılan yenidənqurma işlərinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib.

Tikintidə mövcud vəziyyət və görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, yeni körpünün inşasının yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.

Yeni körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən daha tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bu körpü həm də Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılan addımlardır.



SON XƏBƏRLƏR

2019-06-25

19:01 Nazir: Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb

18:55 İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

18:51 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ

17:46 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı

17:34 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO

16:52 Rövşən Rzayev köçkünlərin şikayətlərini dinlədi

16:42 Şura regionlarda sahibkarlıq fəaliyyətini inkişaf etdirir

16:25 İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

16:17 Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

16:07 Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi

16:06 Neftçalada sonuncu məlumatlandırma tədbiri təşkil olunub – Şuranın dəstəyilə

15:52 Prezident Ramil Usubovla görüşdü - Foto

14:53 Zakir Həsənov tapşırıq verib

14:47 Şuranın dəstəyilə “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

13:09 Qüdsdə Suriyanın taleyi həll olunur

12:16 Şura “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”ni dəstəkləyir

12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib

2019-06-24

18:06 Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

17:22 “Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz”

17:21 “Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

17:18 Dilqəmlə Şahbazın işində yeni XƏBƏR

16:56 Şuranın dəstəyilə QHT üzvləri müharibə veteranları və sağlamlıq imkanları məhdud şəxslərin problemi ilə tanış olublar

16:45 Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı

16:39 “Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı - YENİLƏNİB

16:17 Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi

16:14 Birinci vitse-prezident Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib

15:50 Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”

15:44 Şuranın dəstəyilə Dəyirmi masa keçirilib

15:13 QHT-də görüş keçirilib

14:33 Yeni nazir əməliyyat müşavirəsi keçirdi

14:12 "İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib

12:58 Nazir: “İlk dəfə minimum əmək haqqı yaşayış minimumunu üstələyir”

12:40 Məleykə Abbaszadə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

İdman Product image

17:53 "Neftçi" və "Səbail" Avropa Liqasında bu klublarla qarşılaşacaq

Product image

11:40 AFFA-da təcili iclas - Rövnəq Abdullayev baş məşqçidən hesabat İSTƏDİ - RƏSMİ

Maraqlı Product image

13:16 Çernobıl faciəsinin sağ qalmış şahidi: Sağ olsun bu faciənin qarşısını alanlar ki, onu yayılmağa qoymadılar

Product image

14:46 Trampın xüsusi diplomla təltif etdiyi azərbaycanlı yeniyetmə: Azərbaycanda müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam