Şuranın dəstəyilə lənkəranlı fermerlər ekoloji təmiz məhsulların istehsalı mövzusunda maarifləniblər

Cəmiyət / 10.06.2019 10:50
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən icra olunan"Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində

Lənkəranda yerli fermer və sahibkarlar üçün maarifləndirici seminar keçirilib. Tədbirdə Lənkəran RİH-nin nümayəndələri, rayonun müxtəlif kəndlərindən olan 30-dan artıq fermer və kiçik sahibkarlar iştirak ediblər.
Ərazisində ekoloji təmiz torpaqların payına görə Azərbaycanın dünyanın aparıcı 10 ölkəsi sırasına daxil olduğunu qeyd edən layihə rəhbəri Səlim Balayev bildirib ki, əlverişli təbii iqlim qurşağında yerləşməsi, sutkanın təqribən 10 saatının günəşli olması Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün geniş imkanlar yaradır. Digər tərəfdən isə dövlətin də bu istiqamətdə marağı və dəstəyi ortadadır. Belə ki, 2008-ci ildə"Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunuqəbul olunub, bunun ardınca bir sıra normativ-hüquqi və informasiya-məlumat bazası formalaşdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Made in Azerbaijan” brendinin dünyada tanıdılması məqsədilə 10-dan artıq ölkədə "Azərbaycan Ticarət Evi” yaradılıb. Həmin ticarət evlərində daimi sərgilər fəaliyyət göstərir ki, burada da ölkəmizdə istehsal olunan 150 çeşiddən artıq ekoloji təmiz məhsullar sərgilənməkdədir.

Tədbirin məqsədinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı üzrə zəruri aqrotexniki tədbirlər barədə fermer və kiçik sahibkarların bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olduğunu deyən ekspert Zəfər Miriyev bildirib ki, layihənin icrası üçün respublikanın cənub bölgəsi (Lənkəran, Lerik və Astara rayonları) əbəs yerə seçilməyib. Belə ki, hələ sovet dönəmində bu bölgə keçmiş İttifaqın faraş tərəvəz və bostan bitkiləri ilə əsas təminatçısı olub. Müstəqillik illərində Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsinin də inkişaf etdirilməsini qarşıya məqsəd qoyub və bu istiqamətdə lazımı tədbirlər görülməkdədir. O, çıxışında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanundan irəli gələn tələblər, eləcə də məhsul istehsalının daha da genişləndirilməsinin zəruriliyi, satış bazarlarının müəyyən edilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Seminarda qonaq qismində iştirak edən 1 saylı Ərazi üzrə Ekalogiya və Təbii Sərvətlər Şöbəsənin məsləhətçi- mütəxəssisi Ramin Quliyev ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı zamanı fermer və kiçik sahibkarların əsas diqqət yetirməli olduqları vacib məqamlar, eləcə də yol verilən nöqsanlar zamanı qanunvericilikdə təsbit olunmuş cərimələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Diskusiya şəraitində davam etdirilən seminarda fermerlərin mövzu ilə bağlı bağlı sualları cavablandırılıb, tövsiyyələr verilib. Suallardan belə aydın olub ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının daha da genişləndirilməsinə fermerləri əsas narahat edən məsələ kənd əhalisinin suvarma suyuna birbaşa çıxışın olmasıdır. Suvarma suyunun azlığından sahələr aqrotexniki qaydalara müvafiq olaraq vaxtında suvarılmır, bu isə nəticə etibarilə məhsulun həm keyfiyyət, həm də kəmiyyət göstəricilərini çox ciddi şəkildə aşağı salır. Məsələyə münasibət bildirən layihənin eksperti Zəfər Miriyev tarlaların suvarma suyu ilə lazımi qaydada təchiz edilməsi üçün əlaqədar təşkilatlara-yerli bələdiyyə və icra nümayəndələrinə vaxtında müraciət edilməsinin zəruriliyini bildirib. Eyni zamanda, yaxın gələcəkdə xidmət təchizatçıları ilə kooperasiya əsasında müqavilə bağlamaqla aqrotexniki tədbirlərə dair problemləri kompleks şəkildə həll etməyin mümkün olacağını vurğulayıb. O, həmçinin, fermerlərə istehsal edəcəkləri məhsulun ən azından 50%-nin potensial alıcısını müəyyən edərək müqavilə bağladıqdan sonra işə başlamağı və eyni zamanda davamlı bazar araşdırmaları aparmaqla tələbə üyğun olaraq təsərrüfat fəaliyyətlərini tənzimləməyi məsləhət bilib.
Fermerlər seminarın onlar üçün çox faydalı olduğunu, analoji tədbirlərin keçirilməsinə rayonun digər təsərrüfatlarda da ehtiyac duyulduğunu bildiriblər.


SON XƏBƏRLƏR

2019-06-25

19:01 Nazir: Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb

18:55 İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

18:51 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ

17:46 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı

17:34 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO

16:52 Rövşən Rzayev köçkünlərin şikayətlərini dinlədi

16:42 Şura regionlarda sahibkarlıq fəaliyyətini inkişaf etdirir

16:25 İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

16:17 Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

16:07 Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi

16:06 Neftçalada sonuncu məlumatlandırma tədbiri təşkil olunub – Şuranın dəstəyilə

15:52 Prezident Ramil Usubovla görüşdü - Foto

14:53 Zakir Həsənov tapşırıq verib

14:47 Şuranın dəstəyilə “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

13:09 Qüdsdə Suriyanın taleyi həll olunur

12:16 Şura “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”ni dəstəkləyir

12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib

2019-06-24

18:06 Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

17:22 “Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz”

17:21 “Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

17:18 Dilqəmlə Şahbazın işində yeni XƏBƏR

16:56 Şuranın dəstəyilə QHT üzvləri müharibə veteranları və sağlamlıq imkanları məhdud şəxslərin problemi ilə tanış olublar

16:45 Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı

16:39 “Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı - YENİLƏNİB

16:17 Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi

16:14 Birinci vitse-prezident Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib

15:50 Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”

15:44 Şuranın dəstəyilə Dəyirmi masa keçirilib

15:13 QHT-də görüş keçirilib

14:33 Yeni nazir əməliyyat müşavirəsi keçirdi

14:12 "İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib

12:58 Nazir: “İlk dəfə minimum əmək haqqı yaşayış minimumunu üstələyir”

12:40 Məleykə Abbaszadə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

İdman Product image

17:53 "Neftçi" və "Səbail" Avropa Liqasında bu klublarla qarşılaşacaq

Product image

11:40 AFFA-da təcili iclas - Rövnəq Abdullayev baş məşqçidən hesabat İSTƏDİ - RƏSMİ

Maraqlı Product image

13:16 Çernobıl faciəsinin sağ qalmış şahidi: Sağ olsun bu faciənin qarşısını alanlar ki, onu yayılmağa qoymadılar

Product image

14:46 Trampın xüsusi diplomla təltif etdiyi azərbaycanlı yeniyetmə: Azərbaycanda müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam