Şuranın dəstəyilə "Xızıda Cəfər Cabbarlı günü" adlı tədbir keçirilib

Mədəniyyət / 11.06.2019 11:14
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "C. Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi tərəfindən "Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə C. Cabbarlının yaradıcılığının təbliği” layihəsi həyata keçirilir.

Birlikdən qhtxeber.az-a verilən məlumata görə, layihə çərçivəsində Xızı şəhərində "Xızıda Cəfər Cabbarlı günü" adlı tədbir keçirilib.

Təşkilatın sədri Qəmər Bağırova bildirib ki, tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği istiqamətində klassik ədəbiyyat nümayəndələrimizin həyat və yaradıcılığının öyrənilməsi, bu baxımdan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük maarifçi, görkəmli dramaturq C. Cabbarlının yaradıcılığının təbliğ olunmasıdır.

Tədbirdə ziyalılar, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər Mədəniyyət və Sumqayıt regional Mədəniyyət İdarələrinin nümayəndələri, Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı Ev Muzeylərinin əməkdaşları, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Füzuli adına Əlyazmaları İnstitutunun alimləri, müxtəlif ali məkltəb və təhsil ocaqlarının müəllim və tələbələri, teatr və kino xadimləri iştirak ediblər.

Proqrama uyğun olaraq, əvvəl ədibin doğulduğu Xızı şəhərinə qonaqların gəzintisi təşkil olunub. C. Cabbarlı Parkında böyük dramaturqun abidəsi önünə çiçəklər qoyularaq xatirəsi anılıb.
Sonra qonaqların Ev Muzeyini ziyarət ediblər. Layihə çərçivəsində tədbir iştirakçıları muzeyin ekspozisiyası, eləcə də "C. Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin hazırladığı, böyük dramaturqun zəngin həyat və yaradıcılığını əks etdirən maraqlı səyyar sərgi ilə tanış oldular.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun alimləri öz çıxışlarında C. Cabbarlı bədii irsi ilə bağlı yeni tədqiqatları haqqında qonaqlara maraqlı məlumatlar veriblər. Böyük yazıçının 120 illiyi ilə bağlı respublikanın müxtəlif sənət və təhsil ocaqlarında təşkil olunan yubiley tədbirləri haqqında öz fikirlərini bölüşüblər. C. Cabbarlı ocağının qonaqları, tanınmış incəsənət xadimləri, eləcə də gənc istedadlar dramaturqun müxtəlif janrlarda yazdığı bədii nümunələrdən parçalar ifa ediblər, sənətkarın şeirlərinə yazılan mahnıları səsləndiriblər. Eləcə də tədbir ədəbi-bədii proqramla davam etdirilib.
Sonda qonaqlara yazıçının həyat və yaradıcılığından bəhs edən bukletlər paylanıb.

Qeyd edək ki, tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı üzrə nümayəndəsi Mövsüm Bağırov, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, Tahirə Məmməd, Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Rasim Nəbioğlu, sənətşünaslıq üzrə fələsəfə doktoru Zülfiyyə Eldarqızı, Xalq artisti Şəfiqə Eyvazova, Əməkdar artist Rəşad İlyasov, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri çıxış ediblər.


SON XƏBƏRLƏR

2019-06-25

19:01 Nazir: Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb

18:55 İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

18:51 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ

17:46 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı

17:34 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO

16:52 Rövşən Rzayev köçkünlərin şikayətlərini dinlədi

16:42 Şura regionlarda sahibkarlıq fəaliyyətini inkişaf etdirir

16:25 İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

16:17 Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

16:07 Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi

16:06 Neftçalada sonuncu məlumatlandırma tədbiri təşkil olunub – Şuranın dəstəyilə

15:52 Prezident Ramil Usubovla görüşdü - Foto

14:53 Zakir Həsənov tapşırıq verib

14:47 Şuranın dəstəyilə “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

13:09 Qüdsdə Suriyanın taleyi həll olunur

12:16 Şura “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”ni dəstəkləyir

12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib

2019-06-24

18:06 Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

17:22 “Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz”

17:21 “Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

17:18 Dilqəmlə Şahbazın işində yeni XƏBƏR

16:56 Şuranın dəstəyilə QHT üzvləri müharibə veteranları və sağlamlıq imkanları məhdud şəxslərin problemi ilə tanış olublar

16:45 Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı

16:39 “Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı - YENİLƏNİB

16:17 Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi

16:14 Birinci vitse-prezident Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib

15:50 Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”

15:44 Şuranın dəstəyilə Dəyirmi masa keçirilib

15:13 QHT-də görüş keçirilib

14:33 Yeni nazir əməliyyat müşavirəsi keçirdi

14:12 "İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib

12:58 Nazir: “İlk dəfə minimum əmək haqqı yaşayış minimumunu üstələyir”

12:40 Məleykə Abbaszadə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

İdman Product image

17:53 "Neftçi" və "Səbail" Avropa Liqasında bu klublarla qarşılaşacaq

Product image

11:40 AFFA-da təcili iclas - Rövnəq Abdullayev baş məşqçidən hesabat İSTƏDİ - RƏSMİ

Maraqlı Product image

13:16 Çernobıl faciəsinin sağ qalmış şahidi: Sağ olsun bu faciənin qarşısını alanlar ki, onu yayılmağa qoymadılar

Product image

14:46 Trampın xüsusi diplomla təltif etdiyi azərbaycanlı yeniyetmə: Azərbaycanda müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam