Trampın xüsusi diplomla təltif etdiyi azərbaycanlı yeniyetmə: Azərbaycanda müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam

Maraqlı / 11.06.2019 14:46
Deyir ki,- "Mən Amerikaya gələnədək bu qədər layihəni rellaşdıra biləcəyimə inanmırdım. Buraya gələndən sonra özümdə müxtəlif bacarıqlar kəşf etdim. İndi anlayıram ki, mən heç də aciz insan deyiləm”.

Haqqında söhbət açdığım Fatimə Məlikli 2002-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinfin birinci yarsınadək 138 saylı tam orta məktəbdə oxuyub. 2016-cı ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır.
Atası Rüfət Məlikov Azərbaycan Dillər Universitetini bitirib, tərcüməçidir. Anası Jalə Əliyeva şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mailin qardaşı qızıdır. O da Azərbaycan Dillər Universitetinin məzunudur, ixtisaca ingilis dili müəllimidir. Fatimənin Ağakərim adında on bir yaşlı bir qardaşı da var.

Hazırda on birinci sinfi bitirən Fatimə səkkizinci sinfin ikinci yarsını "Auburndale Middle School”da davam etdirsə də doqquzuncu sinifdən Tastin şəhərinin "Magnolia Science Academy Santa Ana” tədris ocağında oxuyur. Onuncu sinifdən "Santa Ana” Kollecində də təhsil alır.

Cəmi on yeddi yaşın içində olsa da çox bacarıqlıdır. Los Ancelesdəki "Redondo Beach” kitabxanasında Azərbaycan dili bölməsinin açılmasına nail olub. Həmin bölməyə "Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti”nin icraçı direktoru Kimiya Məmmədova ilə birlikdə azərbaycan-ingilis dillərində xeyli kitab da hədiyyə ediblər. Sizə zarafat gəlməsin, ötən il oxuduğu məktəbin ictimai əsaslarla vitse prezidenti seçilsə də, növbəti dərs ilində prezident vəzifəsini icra edəcək. Bu ictimai səlahiyyət ona geniş imkanlar yaradıb. Şagirdlər üçün nəzərdə tutulan müxtəlif layihələrin, festivalların təşkilati işləri ona həvalə olunub.

Bundan əlavə o, 2018-ci ildə təsis etdiyi "WE” adlı klubun rəhbəridir. Həmin klubun xətti ilə imkansız amerikalılar üçün şagirdlərdən beş yüz əlli qutu ərzaq toplayaraq "Orange County Food Bank” təşkilatına təqdim edib. Eyni zamanda "WE ARE SILENT” layihəsinə əsasən oxuduğu tədris ocağının idman zalında Floridanın məktəblərindən birində baş verən silahlı insidentlə bağlı tədbir həyata keçirib. Həmin tədbirdə şagirdlərə özlərini azad şəkildə ifadə etmək hüquqları haqqında mühazirə oxuyub. Gələn il Afrikada açılacaq məktəbin sinif otaqlarından birinin mebellə təhciz olunması üçün min dollar ianə toplayıb. Üç ildir ki, qan xərçəngindən əziyyət çəkən insanlar üçün pul toplayıb "Qırmızı Xaç Cəmiyyəti”nə təhvil verir. Bu arada azərbaycanlı olduğunu da unutmur. Və Azərbaycanın təbliği üçün əlindən gələni etməyə çalışır. Yeni dərs ilində Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirməyi qərara alıb. Bu münasibətlə video klip hazırlamağı planlaşdırır. Həmin klipdə amerikalı müəllim və şagirdlər ölməz şairin əsərlərindən birini azərbaycan dilində əzbərdən söyləyəcəklər.

Ana dili ilə yanaşı ingilis, rus, türk dillərində sərbəst danışır. Üstəlik ispan, koreya, vyetnam dillərini də orta səviyyədə bilir. 2017-ci ildə doqquzuncu sinfi yüksək balla bitirdiyinə görə ona ABŞ prezidenti Trampın imzası ilə xüsusi diplom təqdim edilib. Ötən il dəqiq elmlər üzrə keçirilən "STEAM EXPO” müsabiqəsində riyaziyyat fənnindən birinci yerə layiq görülüb. Bu il isə tarix fənni üzrə olimpiadada qızıl medal alıb. Və qiymətləri əla olduğuna görə ona yaşadığı şəhərin yerləşdiyi "Orange County”-nin rəhbərliyi tərəfindən iki nailiyyət sertifikatı təqdim olunub.

Bütün yeniyetmələr kimi onun da arzuları çoxdur. Gələcəkdə kompüter elmləri üzrə ali təhsil almaq istəyir. Artıq bu sahədə müəyyən uğurlara imza da atıb. İndiyədək dörd yeni kompüter oyunu proqramlaşdırıb və bu oyunlar həm şagird dostları, həm də müəllimləri arasında çox məşhurdur. Bütün bunlarla yanaşı anasına ev işlərində kömək etməyi xoşlayır. Musiqi dinləməkdən, bədii kitab oxumaqdan zövq alır.

Qısa müddətdə xeyli uğur qazanmış bu təvazökar, bacarıqlı, özünə güvənən xanımı dinlədikcə Azərbaycan yeniyetmələrinin amerikalı həmyaşıdlarından heç də geri qalmadıqlarına sevinirsən.(azvision)

Deyir ki,- "Vətənimi çox sevirəm. İstəyirəm ki, orada təhsil alan uşaqlar üçün də geniş imkanlar yaradılsın. Özümü təsdiq edəndən sonra Azərbaycana gedib müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam”.


SON XƏBƏRLƏR

2020-07-08

19:44 Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

19:14 190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı

19:06 Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib

17:54 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

17:51 AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı

15:00 İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb

14:29 QHT sədri: Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər

14:11 6 ayda pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

13:04 Bakı Metropolitenində pandemiya dövründə sərnişin sayı kəskin azalıb

12:44 Şuranın dəstəyilə icbari tibbi sığorta internet mediada təbliğ ediləcək

11:33 “Vətənimizə virtual səyahət”də növbəti tur Lerik rayonuna təşkil olunub

11:18 Şura üzvü: Ermənistan rəhbərləri faşist ideologiyasına xidmət edir

11:01 KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

10:49 Yeni virtual layihəyə start verir

10:17 Xüsusi istedadlı qruplar yaradılacaq

10:00 Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

09:55 Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

09:37 Şuranın dəstəyilə işğal altında olan mədəniyyət və tarixi abidələr haqqında Azərbaycan və ingilis dilində kitab çap olunacaq

09:18 50 peşə və ixtisas üzrə tanıdıcı videoçarxlar hazırlanıb

2020-07-07

18:25 Vüqar Rəhimzadə: Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

18:07 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib

17:06 Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub

16:54 ÜST: Təmasın izlənilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur

16:39 Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik təsdiqləndi

16:13 Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

15:45 Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib

15:44 Gəncədə könüllülər təltif olundu

15:36 Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

15:30 QHT müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

14:51 Şura "Əlilliyi olan uşaqların sosial reabilitasiyası"nı dəstəkləyir

14:34 Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

13:33 AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb