Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmiş tədbir keçirilib

Gündəm / 12.06.2019 09:30
qhtxeber.az Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi ötən illərdə olduğu kimi, bu il də 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə maarifləndirmə tədbiri keçirib.

Qala qəsəbəsindəki Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzində təşkil edilmiş "Sağlam ətraf mühit naminə çalışaq” adlı tədbir uşaqların ekologiyanın qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, həmçinin bioloji müxtəlifliyin mühafizəsinə yönəlib.

Tədbirdə Ombudsmanın Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova, Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev, ARDNŞ-in nümayəndələri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbinin üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində uşaqların plastik məişət tullatılarından hazırlanan əl işlərindən ibarət maraqlı sərgi təşkil edilib.

Ombudsman Aparatının əməkdaşı, Müvəkkilin Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi və Ümumdünya Ətraf Mühitin Mühafizəsi günləri, Ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları, vətəndaşların ekoloji hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, ekoloji mədəniyyətin təbliği və formalaşdırılması istiqamətində keçirdiyi tədbirlər, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın qurulduğu, birgə tədbirlərin təşkil olunduğu haqqında ətraflı məlumat verib.
Qeyd edilib ki, bu qəbildən olan tədbirlər Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın ötən illərdən start verilmiş "Ətraf mühitin mühafizəsinə dair beynəlxalq dialoq” (IDEA) global gənclik ekoloji kampaniyasına qoşulmaq, uşaqların ekoloji məsələlər ətrafında birləşdirilməsi, dünyanın qarşılaşdığı ən vacib qlobal məsələlərdən biri olan ekoloji tarazlığın pozulması və ekologiyanın çirklənməsi probleminə inteqrasiyası məqsədini daşıyır.

Vurğulanıb ki, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları ilə müvafiq sahədə mühüm işlər aparılır, ekoloji tarazlıq balansının gözlənilməsi üzrə tədbirlər görülür, əhalinin ekoloji hüquq və vəzifələrinin həyata keçirilməsi, həmin istiqamətdə maarifləndirmə təmin edilir.

Eko Parkın Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev tədbirin keçirilməsi üçün təşəbbüsə, habelə ekoloji hüquqların təmin olunması sahəsində çoxşaxəli fəaliyyətinə, uşaqların ekoloji siyasət layihələrinə cəlb olunmasının təmininə və bu sahədə maarifləndirilmələrinə görə Ombudsmana təşəkkürünü bildirib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin yetirmələrinin ekoloji hüquqların həyata keçirilməsi sahəsində apardıqları işlər barədə məlumatlar və prezentasiyalar dinlənilib. Onlar bu mövzuda bir-birindən maraqlı ədəbi təqdimatlar, eləcə də maraqlı solo musiqi ifaları ilə çıxış ediblər.

Tədbirin sonunda Liderlik məktəbinin üzvləri Park ərazisində xatirə ağacı əkiblər.


SON XƏBƏRLƏR

2019-09-20

18:09 Şuranın dəstəyilə ASGA sədri ATƏT-in illlik toplantısında ölkəmizi təmsil edəcək

17:52 Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

17:51 Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

17:43 Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

17:41 Prezident İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

17:31 Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

17:15 Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD

17:07 "Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

17:00 AMEA-nın hərbi məmulatları Müdafiə Nazirliyinin təlimlərində sınaqdan keçirildi

16:48 Azərbaycan və yaponiyalı seysmoloqlar Xəzərdə birgə tədqiqatlara başlaya bilər

16:39 Arxeologiya İnstitutu: Eradan əvvəl I minilliyin sonunda Basqalətrafı ərazilərdə intensiv həyat olub

15:15 Şuranın dəstəyilə professor Nəsiman Yaqublu Polşada keçirilən konfransda iştirak edib

13:12 Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

11:11 Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

11:00 Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

2019-09-19

17:16 İran təhdid etdi: Böyük müharibə başlayacaq

17:12 Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA

17:09 QHT sosial-psixoloji reabilitasiya işinin aparılması mövzusunda təlim proqramı reallaşdırıb

17:05 “Portfellərini yığıb getsinlər” - Lukaşenko məmurları hədələdi

16:56 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

16:54 UNEC rektoru Ədalət Muradov: Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır

16:44 Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

16:38 Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

16:31 Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

16:28 Siyavuş Novruzov: Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi”

16:08 “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

16:04 Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

15:55 Qobustana gələn turistlərin sayı artıb

14:37 “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlayıb

14:14 Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

14:08 Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması sual altındadır - Komitə rəsmisi

13:42 Şuranın dəstəyilə növbəti təlim Qubanın Afurca kəndində keçirilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

17:43 Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

Product image

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

Maraqlı Product image

10:40 Maksimum 3 foto ilə...

Product image

15:23 Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasına daxil oldu