Yevlaxda konfrans: “Azərbaycan ailəsi”

Cəmiyət / 12.06.2019 10:47
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Yevlax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yevlaxda "Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.

qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Yevlax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Zeynalov, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tədbirin məqsədi haqqında məlumat verib: "Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir”.

Fondun icraçı direktorunun müavini C. Əliyev qeyd edib ki, Azərbaycan ailəsi həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib: "Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir”.

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva bildirib ki, bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır və bu problemlər boşanma hallarının artmasına səbəb olur: "Boşanma zamanı daha çox uşaqlar zərər çəkir və psixoloji sarsıntılara məruz qalırlar. "Ailə psixoloqu” institutunun yaradılması, mövcud "məktəb psixoloqu”, "ağsaqqallıq institutları”nın fəaliyyətinin gücləndirilməsi bu istiqamətdə yaranmış problemlərin qarşısının alınmasında mühüm vəzifələrdəndir”.
Yevlax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Zeynalov sağlam təməllər üzərində qurulan ailənin cəmiyyətin mənəvi inkişafında mühüm rola malik olduğunu vurğulayıb.
Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.


SON XƏBƏRLƏR

2019-06-25

19:01 Nazir: Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb

18:55 İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

18:51 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ

17:46 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı

17:34 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO

16:52 Rövşən Rzayev köçkünlərin şikayətlərini dinlədi

16:42 Şura regionlarda sahibkarlıq fəaliyyətini inkişaf etdirir

16:25 İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

16:17 Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

16:07 Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi

16:06 Neftçalada sonuncu məlumatlandırma tədbiri təşkil olunub – Şuranın dəstəyilə

15:52 Prezident Ramil Usubovla görüşdü - Foto

14:53 Zakir Həsənov tapşırıq verib

14:47 Şuranın dəstəyilə “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

13:09 Qüdsdə Suriyanın taleyi həll olunur

12:16 Şura “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”ni dəstəkləyir

12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib

2019-06-24

18:06 Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

17:22 “Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz”

17:21 “Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov

17:18 Dilqəmlə Şahbazın işində yeni XƏBƏR

16:56 Şuranın dəstəyilə QHT üzvləri müharibə veteranları və sağlamlıq imkanları məhdud şəxslərin problemi ilə tanış olublar

16:45 Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı

16:39 “Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı - YENİLƏNİB

16:17 Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi

16:14 Birinci vitse-prezident Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib

15:50 Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”

15:44 Şuranın dəstəyilə Dəyirmi masa keçirilib

15:13 QHT-də görüş keçirilib

14:33 Yeni nazir əməliyyat müşavirəsi keçirdi

14:12 "İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib

12:58 Nazir: “İlk dəfə minimum əmək haqqı yaşayış minimumunu üstələyir”

12:40 Məleykə Abbaszadə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Prezident təqaüdçüsünün ürək sızladan naləsi...

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

İdman Product image

17:53 "Neftçi" və "Səbail" Avropa Liqasında bu klublarla qarşılaşacaq

Product image

11:40 AFFA-da təcili iclas - Rövnəq Abdullayev baş məşqçidən hesabat İSTƏDİ - RƏSMİ

Maraqlı Product image

13:16 Çernobıl faciəsinin sağ qalmış şahidi: Sağ olsun bu faciənin qarşısını alanlar ki, onu yayılmağa qoymadılar

Product image

14:46 Trampın xüsusi diplomla təltif etdiyi azərbaycanlı yeniyetmə: Azərbaycanda müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam