Prezident və birinci xanım “Yanardağ”ın açılışında - YENİLƏNİB

Gündəm / 12.06.2019 14:23

İyunun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı şəkildə təmir və bərpa olunan "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışında iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşdu. Dövlətimizin başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi. Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.

Dövlətbaşçısı qoruğun rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.

Bildirilib ki, qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib. Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli müvafiq qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. Dövlətimizin başçısının ötən ilin iyulunda imzaladığı Sərəncama əsasən "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Qoruğun bərpası Dövlət Turizm Agentliyinə həvalə olunub.

Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib. 2007-ci ildən qoruq statusuna malik olan Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb. Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək. Fiziki məhdudiyyətli şəxslərin Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi yol çəkilib. Bütövlükdə qoruq ərazisi abadlaşdırılaraq müxtəlif ağaclar əkilib.

Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə "Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

Ölkəmizdə mövcud olan tarixi, dini, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutur. Prezident İlham Əliyevin diqqəti sayəsində bu cür obyektlərin təmiri, bərpası, yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Azərbaycanda dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da sanballı töhfələr verir. Bu layihələrin icrası bir neçə mühüm amili birləşdirir. İlk növbədə, bu işlər tarixi, dini, mədəni abidələrə dövlətimiz tərəfindən nə qədər həssaslıqla yanaşıldığını göstərir, Azərbaycanın qədim, tarixi diyar olduğunu bir daha sübut edir. Bundan başqa, turistləri cəlb etmək baxımından da "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması mühüm rol oynayır.

"Yanardağ” qoruğunda görülən işlərlə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.




SON XƏBƏRLƏR

2019-09-20

18:09 Şuranın dəstəyilə ASGA sədri ATƏT-in illlik toplantısında ölkəmizi təmsil edəcək

17:52 Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

17:51 Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

17:43 Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

17:41 Prezident İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

17:31 Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

17:15 Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD

17:07 "Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

17:00 AMEA-nın hərbi məmulatları Müdafiə Nazirliyinin təlimlərində sınaqdan keçirildi

16:48 Azərbaycan və yaponiyalı seysmoloqlar Xəzərdə birgə tədqiqatlara başlaya bilər

16:39 Arxeologiya İnstitutu: Eradan əvvəl I minilliyin sonunda Basqalətrafı ərazilərdə intensiv həyat olub

15:15 Şuranın dəstəyilə professor Nəsiman Yaqublu Polşada keçirilən konfransda iştirak edib

13:12 Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

11:11 Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

11:00 Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

2019-09-19

17:16 İran təhdid etdi: Böyük müharibə başlayacaq

17:12 Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA

17:09 QHT sosial-psixoloji reabilitasiya işinin aparılması mövzusunda təlim proqramı reallaşdırıb

17:05 “Portfellərini yığıb getsinlər” - Lukaşenko məmurları hədələdi

16:56 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

16:54 UNEC rektoru Ədalət Muradov: Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır

16:44 Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

16:38 Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

16:31 Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

16:28 Siyavuş Novruzov: Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi”

16:08 “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

16:04 Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

15:55 Qobustana gələn turistlərin sayı artıb

14:37 “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlayıb

14:14 Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

14:08 Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması sual altındadır - Komitə rəsmisi

13:42 Şuranın dəstəyilə növbəti təlim Qubanın Afurca kəndində keçirilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

17:43 Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

Product image

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

Maraqlı Product image

10:40 Maksimum 3 foto ilə...

Product image

15:23 Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasına daxil oldu