ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Cəmiyət / 12.06.2019 17:05

Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədi ilə mediatur təşkil olunub.

Universitetdən verilən məlumata görə, mediaturda iştirak edən millət vəkili, yazıçı Aqil Abbas, təhsil ekspertləri – professor Şahlar Əsgərov, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov, "525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, "Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə və digər qonaqlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumatlandırılıblar. İmtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla qonaqlarla görüşüb, onları universitetdə görməkdən məmnun olduğunu deyib. İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan universitet rəhbəri imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil olunması, hər bir imtahan otağında tələbələrə yardım məqsədi ilə lüğət və proqramın qoyulduğunu diqqətə çatdırıb.

Rektor əlavə edib ki, universitetin tələbə və müəllimləri Azərbaycanın müxtəlif rayon və şəhərlərində, qaçqın məktəblərində pedaqoji təcrübədə yaxından iştirak edir və bu, ənənə şəklini alıb. ADU-nun rəhbəri tələbələrin təcrübəsinin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu deyib.

Universitetin beynəlxalq əlaqələrin qurulmasında rolundan danışan Xalq yazıçısı Kamal Abdulla son vaxtlar təhsilin keyfiyyətinin yüksəldiyini və yeni təhsil proqramlarının uğurla həyata keçirildiyini vurğulayıb. O, bu işdə ölkə rəhbərliyinin – Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi əməyinin olduğu bildirilib.

Universitetdə tələbə və müəllimlər üçün yaradılan şəraitdən danışan rektor yeni təhsil planlarından, tədrisin keyfiyyətinin daha da artırılması üçün atılan addımlardan da bəhs edib. O qeyd edib ki, hər bir tələbə universiteti öz doğma evi hesab etməli və burada müəllim-tələbə əlaqələri düzgün şəkildə qurulmalıdır. Azərbaycan Dillər Universitetində müəllim tələbə münasibətləri səmimi körpü üzərində qurulub, bu da təhsilin daha da inkişaf etməsi üçün əlverişli şəraitdir.

Millət vəkili, yazıçı Aqil Abbas, professor Şahlar Əsgərov, təhsil ekspertləri Etibar Əliyev, Kamran Əsədov, universitetin Valideynlər Şurasının üzvləri və başqaları imtahan prosesi, müəllim-tələbə münasibətləri haqqında fikirlərini bildirib, ADU-nun uğurlarından danışıb, dərsliklər və dərs vəsaitləri, imtahan prosesi haqqında fikir və təklifərini səsləndiriblər.

Bildirilib ki, Azərbaycan Dillər Universiteti ali təhsil ocaqları arasında xüsusi nüfuza malikdir. Bu nüfuz tələbə və müəllim heyətinin yüksək səviyyədə öz işlərinin öhdəsindən gəldiyindən xəbər verir.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyasına iyunun 3-də start verilib. İmtahanlar iyulun 5-dək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat müəyyənləşdirilib.

ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı fəaliyyət göstərir.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və[email protected]ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib.




SON XƏBƏRLƏR

2019-09-20

18:09 Şuranın dəstəyilə ASGA sədri ATƏT-in illlik toplantısında ölkəmizi təmsil edəcək

17:52 Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

17:51 Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

17:43 Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

17:41 Prezident İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

17:31 Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

17:15 Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD

17:07 "Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

17:00 AMEA-nın hərbi məmulatları Müdafiə Nazirliyinin təlimlərində sınaqdan keçirildi

16:48 Azərbaycan və yaponiyalı seysmoloqlar Xəzərdə birgə tədqiqatlara başlaya bilər

16:39 Arxeologiya İnstitutu: Eradan əvvəl I minilliyin sonunda Basqalətrafı ərazilərdə intensiv həyat olub

15:15 Şuranın dəstəyilə professor Nəsiman Yaqublu Polşada keçirilən konfransda iştirak edib

13:12 Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

11:11 Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

11:00 Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

2019-09-19

17:16 İran təhdid etdi: Böyük müharibə başlayacaq

17:12 Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA

17:09 QHT sosial-psixoloji reabilitasiya işinin aparılması mövzusunda təlim proqramı reallaşdırıb

17:05 “Portfellərini yığıb getsinlər” - Lukaşenko məmurları hədələdi

16:56 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

16:54 UNEC rektoru Ədalət Muradov: Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır

16:44 Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

16:38 Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

16:31 Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

16:28 Siyavuş Novruzov: Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi”

16:08 “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

16:04 Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

15:55 Qobustana gələn turistlərin sayı artıb

14:37 “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlayıb

14:14 Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

14:08 Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması sual altındadır - Komitə rəsmisi

13:42 Şuranın dəstəyilə növbəti təlim Qubanın Afurca kəndində keçirilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

17:43 Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

Product image

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

Maraqlı Product image

10:40 Maksimum 3 foto ilə...

Product image

15:23 Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasına daxil oldu