Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

Gündəm / 25.06.2019 16:17

Görkəmli alim, Əməkdar jurnalist Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb.

Nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasına ağır itki üz vermişdir. Görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, Bakı Dövlət Universiteti Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Ağaməmməd oğlu Hüseynov 2019-cu il iyunun 24-də ömrünün 95-ci ilində vəfat etmişdir.

Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olmuşdur. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundov adına 2 saylı orta məktəbi bitirmiş, 1940-1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxumuşdur. O, 1945-1950-ci illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində ali təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə başa vuran Şirməmməd Hüseynov Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin aspiranturasına daxil olmuş, 1954-cü ildə təhsilini tamamlayıb dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1954-cü ildən indiki Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayan Şirməmməd Hüseynov həyatını universitetə bağlayaraq ömrünün sonunadək burada baş müəllim, dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olmuş, 1988-ci ildən ömrünün sonunadək həmin kafedranın professoru vəzifəsində çalışmışdır.

Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır.

Şirməmməd Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəltmişdir. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də böyük əməyi olmuşdur. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Bu gün də onun tələbələri Bakı Dövlət Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlara layiq görülmüş, Azərbaycan Respublikasının "Şərəf” ordeni ilə təltif olunmuşdur.

Görkəmli alim, pedaqoq və publisist, əsl ziyalı Şirməmməd Ağaməmməd oğlu Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Əli Həsənov, Eldar Əzizov, Ceyhun Bayramov, Akif Əlizadə, Aslan Aslanov, Elçin Babayev, Əflatun Amaşov, Cahangir Məmmədli imzalayıblar.





SON XƏBƏRLƏR

2019-10-21

21:08 Azərbaycanla Meksika gömrük sahəsində yeni saziş imzalayacq

17:27 Qənirə Paşayeva: Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır

17:21 Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Sofiyada ağacəkmə kampaniyası keçirilib (FOTO)

17:05 Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək

17:00 Prezident İlham Əliyev bir neçə estrada ifaçısına “Xalq artisti” fəxri adı verib (SİYAHI)

16:33 Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib

16:31 Əli Həsənov Baş Nazirinin müavini vəzifəsindən azad edilib

16:18 Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə əlavə 3,5 milyon manat ayrıldı - SƏRƏNCAM

16:15 Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb

16:12 Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək

15:47 Türkiyə səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir

15:43 Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO)

15:29 Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

15:25 Baş Prokurorluq: Əli Kərimli iki nəfər polis əməkdaşına xəsarət yetirib

15:16 Tərtər rayonunda maarifləndirmə tədbiri keçirilib (FOTO)

14:57 “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Cocuq Mərcanlı kəndinə səfər edib (FOTO)

12:16 Aqil Abbas: “Millət vəkili, ziyalı kimi onlara dəstək olmağa hazıram...”

10:05 Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

2019-10-18

18:39 Azərbaycan Prezidenti: Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır

16:08 Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)

14:54 QHT sədrinin məqaləsi Türkiyənin rəsmi xəbər agentliyinin saytında yayınlanıb

14:53 “Yol Polisinə dəstək” qrupları yaradılıb

14:27 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

14:19 Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi

14:17 Azərbaycan Milli Kitabxanası ilə Berlin Universiteti əməkdaşlıq Memorandumu imzalayıb

12:57 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir (FOTO)

12:37 Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik edib

12:27 Pakistan prezidenti Azərbaycana gələcək

12:18 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır”

12:14 Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılmış uşağın vəziyyəti ağırdır

11:37 Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

11:16 Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

11:09 AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:29 Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Product image

17:30 Messinin İngiltərəyə girişi qadağan oluna bilər

Maraqlı Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları

Product image

12:12 Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb