Birinci vitse-prezident Mehriban Əliyeva: Tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır

Mədəniyyət / 01.07.2019 18:06

Tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.

Trend-in məlumatına görə, bunu Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Birinci vitse-prezident Mehriban Əliyeva çıxışı zamanı deyib.

Birinci vitse-prezident bildirib: "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində bu gün sizinlə burada olmaqdan çox şadam. Sizin hamınızı Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam. Bizim üçün bu cür mühüm toplantını qəbul etmək böyük şərəfdir və mən sessiyaya uğurlar arzulayıram.

Mən UNESKO-nun Baş direktoru xanım Odre Azuleyə xüsusi olaraq minnətdaram və əminəm ki, onun burada olması bu tədbirə xüsusi dəyər qatacaq. UNESKO-nun xoşməramlı səfiri kimi, mən bu gün burada bütün UNESKO ailəsinin üzvlərini salamlamaqdan çox şadam.

Bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.

Mehriban Əliyeva qeyd edib ki, 2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilib:

"Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd etmək istərdim ki, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında "Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə açılmışdır. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması – bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir".

Birinci vitse-prezident vurğulayıb ki, UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib:

"Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur".

Mehriban Əliyeva deyib ki, bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olub:

"Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır.

Əziz dostlar, mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər. Mən burada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş və Azərbaycanın başladığı "Bakı Prosesi”ni xatırlatmaq istəyirəm. 2008-ci ildə Bakıda ilk dəfə başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv dövlətlərinin mədəniyyət nazirlərini ümumi narahatlıq doğuran məsələlər ətrafında dialoqa başlamaq üçün İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir masa arxasında topladı. Ötən ay biz "Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Məmnunuq ki, UNESKO həmin mühüm təşəbbüsdə bizim əsas tərəfdaşımızdır. Xanım Baş direktor, verdiyiniz mühüm şəxsi dəstəyinizə görə sizə minnətdaram.

Bu toplantının işinə böyük uğurlar arzulayaraq, yekunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözlərinə istinad edərək demək istərdim : "Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.



SON XƏBƏRLƏR

2019-07-10

16:23 Birinci vitse-prezident Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb

15:42 Prezident İlham Əliyev: Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir

15:40 Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib

15:07 BDU-nun professoru beynəlxalq konfransda iştirak edib (FOTO)

14:29 Əbülfəs Qarayev: 43-cü sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edildi

14:24 Goranboyda “Marş İrəli” başa çatdı

14:22 Ceyhun Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat

14:12 Diaspor Düşərgəsi gənclərin şəbəkələşməsinə SƏBƏB OLACAQ

13:30 Yunus Oğuzun 5 cildliyinin birinci cildi - "Nadir şah" çapdan çıxıb

13:14 Mübariz Qurbanlı: Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir

12:17 Deputat: Prezident İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamı alimin fəaliyyətinə verilən yüksək qiymətdir

11:02 Daha 881 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

10:27 Təmas xəttində növbəti monitorinq keçiriləcək

10:20 Xanlar Fətiyev: O çətin anlarda gəncəlilər bir daha sübut etdilər ki, müstəqilliyimizin qorunması üçün bütün fədəkarlıqlara hazırdırlar

10:15 ABŞ-ın 5 universitetinə qəbul olmuş BANM məzunu İlqar Bağışov: Ən böyük arzum professor olmaqdır

10:05 İcra Hakimiyyəti: Güclü külək Cəlilabadda iki kəndin elektrik xətlərini qırıb

09:59 Bakıda ŞOK: Qayınanası ilə dalaşan 30 yaşlı kişi qaşıq və mismar uddu

09:46 Nazirlik: Qaz təchizatı sahəsində 51 layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib

2019-07-09

16:50 Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

16:45 Gənclər narkomaniya və narkobiznesə qarşı mübarizə aparmağın yolları haqqında maarifləniblər

16:42 Nazir müavini: Bu ilin ötən dövründə sahibkarlara 50,1 milyon manat güzəştli kredit verilib

16:40 İŞİD niyə tam məhv edilmir? - Politoloq böyük dövlətlərin marağından DANIŞDI

16:12 Dünya İrs Komitəsinin 43-cü sessiyasının son işçi iclası keçirilib

15:49 Akademik: Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi qələbədir

15:46 Prezident İlham Əliyev: Əminəm ki, qarşıdakı illərdə Aİ ilə tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir

14:28 Elmar Məmmədyarov: Torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir

14:19 Deputat: Leyla Əliyevanın yorulmaz ictimai-siyasi fəaliyyəti Azərbaycan gəncliyinə örnəkdir

14:14 Oqtay Əsədov jurnalistləri tənqid etdi: “Şou yaratmaq istəyirlər”

14:00 Nazirlik: Uşaq əməyinin istismarı uşağın fiziki-mənəvi inkişafına zərbə vurur

12:54 Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik olundu

12:53 Azərbaycanda nehrə yağı adı altında satılan yağlar saxtadır - RƏSMİ

12:10 Prezident İlham Əliyev: Azərbaycan dövləti heç vaxt indiki kimi güclü olmamışdır

12:04 Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun görüşü olub (YENİLƏNİB)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

16:56 Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Product image

10:11 "PSJ" Neymarı "Barselona"ya satmaqdan imtina edib

Maraqlı Product image

17:04 Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var

Product image

12:55 Bakıda çəkisi 950 qram olan körpə doğuldu