Azərbaycan KİV rəhbərlərinin Moskva şəhərinə səfəri davam edir

Xəbər / 03.07.2019 12:36

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir. Nümayəndə heyətinin səfər çərçivəsində Rusiyanın jurnalist təşkilatları və aparıcı KİV-lərin redaksiyalarında görüşləri keçirilir.

Növbəti görüş Ümumrusiya Dövlət Teleradio Şirkətində keçirilib. Heyət üzvlərini Şirkətin xarici əlaqələr departamentinin rəhbəri Pyotr Fyodorov və onun müavini Aleksey Perevoşçikov qarşılayıblar. KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Rusiya -Azərbaycan media qurumlarının sıx təmaslarının qurulmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.

Pyotr Fyodorov qonaqları salamlayaraq, Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.

Nümayəndə heyəti üzvləri Rusiyanın Dövlət Teleradio Şirkətinin xəbərlərində Azərbaycan barədə informasiyaların və ayrı-ayrı proqramlarında Azərbaycan barədə müzakirələrin daha effektiv olması üçün təkliflərini səsləndiriblər. Pyotr Fyodorov təklifləri qəbul etdiyini bildirib. Razılığa gəlinib ki, Şirkətin təşkil etdiyi proqramlarda Azərbaycan tərəfindən ekspertlərə istinadlar edilsin, onlarla əməkdaşlıq gücləndirilsin.
Nümayəndə heyətinin növbəti görüşü "Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyində keçirilib. Azərbaycan KİV təmsilçiləri öncə Agentiliyin iş şəraiti ilə tanış olublar. Daha sonra Agentliyin baş direktoru Dmitriy Kiselyovla görüş keçirilib.

Kiselyov Azərbaycanın öz müstəqilliyini möhkəmləndirmək yolunda atdığı addımları diqqətlə müşahidə etdiklərini və bu yolda Prezident İlham Əliyevin yürütdüyü siyasəti təqdir etdiklərini diqqətə çatdırıb. O, Azərbaycanın regionda oynadığı rola, Rusiya ilə münasibətlərdə sərgilədiyi mövqeyə diqqət çəkərək, iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsində KİV-lərin də üzərinə mühüm məsuliyyət düşdüyünü, bu baxımdan Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.

Səfər proqramı davam edir.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Xalq qəzeti”nin baş redaktoru, KİVDF Müşahidə şurasının sədri Həsən Həsənov, "Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, "AzərTAC” İnformasiya Agentliyinin redaksiya müdir müavini Əziz Məmmədov, "Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, "Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov daxildir.





SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb