Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Xəbər / 03.07.2019 17:10

Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır.

Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncədə ötən il baş vermiş terror aktlarının ildönümü ilə bağlı Trend-ə açıqlamasında deyib.

Açıqlamada deyilir: "Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Keçən müddətə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlət və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları senarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb.

Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsi kimi dəyərləndirilə bilər.

Dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq arasında inamsızlıq, mümkün olarsa düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl "qəhrəman” kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır.

Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar. Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belədirsə, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşamalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?

... İyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur.

Yerli və xarici mediada dərc olunmuş materiallarda, Y.Səfərovun həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, "sosial zülmə" qarşı etiraz olaraq deyil, məhz xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüyü "ideallar" naminə, yəni Azərbaycanda "şəriət dövləti yaratmaq" üçün törətdiyi də bəlli olub. Gəncədə terakt baş verəndən dərhal sonra radikal dini fundamentalizmi təbliğ edən Facebook səhifələri və saytlar, habelə Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş eparatçılara bağlı kütləvi informasiya vasitələri Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı anti-Azərbaycan müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, orda yaşayan anti-milli ünsürlərdən kömək gəldi. Rusiya və digər xarici ölkələrdə separatçı kimi "ad-san qazanmış" çevrələr də cinayətkarımüdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər.

Xatırladım ki, bu teraktdan bir ay əvvəl, 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu "Foreign Policy " nəşri "Gəncə keçidi"nin Qərb üçün əhəmiyyəti haqında yazı dərc edərək baş verəcək təxribatlar haqda xəbərdarlıq edirdi. Bu gün terroru təbliğ edən radikalların və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları isə Gəncə hadisələrinin ildönümü ilə yanaşı, TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir.

Qəribə deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə Ermənistan, bəzi dövlətlərdəki klerikal dairələr, ekstremistlər, xarici ölkələrə qaçmış, sadəcə, pula və məişət rahatlığının təminatına can atan bəzi azərbaycanlılar tərəfindən aparılan təmərküzləşmiş, təhlükəli ideoloji təxribat bu günlərdə yenidən canlanıb.

Demokrat və dünyəvi olduqlarını vurğulayanlar mövqe və demokrat prinsipiallığı nümayiş etdirərək bu tipli anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki zantılarını qınamaq əvəzinə terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar.

Yaxın Şərq və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü "müxalifət" adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başladıqda cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi, terrorun tüğyan etməsi ilə nəticələnir.

Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi , milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməli. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir".




SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb