Vergilər Nazirliyi: Ölkənin əməkhaqqı fondunda əhəmiyyətli artım qeydə alınıb

İqtisadiyyat / 03.07.2019 15:17

Sahibkarlıq subyektlərinin fiskal öhdəliklərinin yerinə yetirilməsinin asanlaşdırılması, vergi və sosial öhdəliklərin həyata keçirilməsi və hesabatlılığın vahid qurum tərəfindən aparılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə 2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib.

Nazirlikdən verilən məlumata görə, sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsinə stimulların yaradılması məqsədilə vergi və sosial qanunvericiliklərə mühüm dəyişikliklər edilib, vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəştləri və azadolmalar təqdim edilib.

Aparılan işlərin nəticəsi olaraq, cari ilin ötən dövründə ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda əhəmiyyətli artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
2019-ci ilin iyun ayının sonuna ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 7,3% və ya 101,66 min nəfər, o cümlədən qeyri-dövlət sektorunda 14,0% və ya 77,0 min nəfər artıb. Bağlanmış əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7%-i qeyri-dövlət sektorunun payına düşüb. Təkcə iyun ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 11.000-ə qədər artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3%-i ticarət, 18,9%-i xidmət, 18,7%-i sənaye sektorunun payına düşüb. Həmçinin cəmi əməkhaqqı fondunda da artım göstəriciləri müşahidə olunur.
Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı əhəmiyyətli artım əmək bazarında başlanmış şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2019-cu ilin yanvar-may aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun "ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 1 milyard 21,6 milyon manat təşkil edib, bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,9% artaraq 667,5 mln. manat təşkil edib, proqnozlar 117,1% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2% artaraq 39,0 milyon manat təşkil edib, proqnozlar 116,5% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 87,8% artaraq 28,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnozlar 120,6% icra edilib. 5 ayda bu təşkilatların cəmi daxilolmada xüsusi çəkisi 68,7%-dən 74,2%-ə yüksəlib.

Beləliklə, qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi nəticəsində itirilən vergi məbləğinin tam olaraq sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalar hesabına kompensasiya edilməsi prosesi müşahidə olunur.




SON XƏBƏRLƏR

2020-11-25

11:56 Türkiyə MN: “Şanlı ay ulduzumuz Kəlbəcərdə Azan səsi ilə dalğalanacaq”

11:51 Azərbaycanda boşananlar arasında 5 ilədək evli olanlar çoxluq təşkil edir - Statistika

10:59 Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu - Spiker

10:12 Ermənilər 900-dən çox Azərbaycan toponimini erməniləşdiriblər

10:07 Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni görüntüləri (FOTO) (VİDEO)

09:44 30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar - Kəlbəcərli deputat

09:33 Ordumuz Azərbaycan-Ermənistan sərhədinə çıxacaq və yüksəkliklərdəki mövqelər tutulacaq - Vaqif Dərgahlı

09:21 Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub

09:13 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

09:12 İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər (FOTO/VİDEO)

00:12 Bu gün Kəlbəcər Azərbaycana qaytarılır

2020-11-24

18:00 İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM

17:50 İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri (VİDEO)

17:39 Qarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar

17:14 Bura Çernobıl deyil! Bura Qarabağdır! (VİDEO)

17:09 Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM

16:02 Putin: “Qarabağda ümumi vəziyyət sabitləşir”

15:44 Şuranın dəstəyilə bəzi qurumların informasiyanı açıqlamasının vəziyyəti təhlil edilib

15:36 Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq

15:31 Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb

15:11 Kişiyə hamilə diaqnozu qoyulması xəbərləri ilə bağlı araşdırma aparılıb - TƏBİB

14:20 Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)

12:16 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi

11:55 Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)

11:13 Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi

11:11 Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker

11:09 Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi

11:00 Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik

10:49 Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb

10:38 Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı

10:25 Azərbaycan Prezidenti: Meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Şuşanı azad etdik

10:20 Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik

10:13 Azərbaycan Prezidenti: Münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:37 “Qarabağ” - “Molde” oyunu Kiprdə keçiriləcək

Product image

14:48 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb