Azay Quliyev: ATƏT ərazisindəki uzanan münaqişələrin həllində ikili yanaşma yolverilməzdir

Xəbər / 05.07.2019 15:02

ATƏT Parlament Assambleyasının Lüksemburqda davam edən 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitənin iclası keçirilib.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev adıçəkilən Komitənin məruzəçisi irlandiyalı deputat Alen Farrellin hazırladığı hesabatın və qətnamə layihəsinin müzakirəsində çıxış edib.

ATƏT PA-nın vitse-prezidenti diqqəti sözügedən qətnamə layihəsinin 10-cu bəndinə, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonundakı münaqişənin adı ilə bağlı məsələyə çəkib.

A.Quliyev Farrellin hazırladığı hesabatda əksini tapan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı əhatə edən münaqişə də daxil olmaqla, ATƏT ərazisindəki uzanan münaqişələrin həll edilməsinin regionda davamlı sülh və inkişafın bərqərar olunması üçün əsas şərtlərdən olması fikrini yüksək qiymətləndirib:

"Bu münaqişənin həlli bazasını BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi və ATƏT PA bəyannamələrinin təşkil etdiyinə dair məruzəçinin prinsipial mövqeyini bölüşürəm. Ümumiyyətlə, ATƏT-ə üzv olan dövlətlərin ərazisindəki bütün münaqişələrin həlli məsələsi istisnasız olaraq ATƏT və onun Parlament Assambleyasının gündəliyinin prioritetləri sırasında olmalıdır.

Bununla bərabər, ATƏT-in müvafiq sənəd və qərarlarına uyğun olaraq, ATƏT-in bütün prinsip və öhdəlikləri uzanmüddətli münaqişələrə münasibətdə bərabər və qəti şəkildə tətbiq edilməlidir.

Bu məsələyə dair fərqli yanaşma irəli sürmək güc tətbiqinin beynəlxalq hüquq normalarından üstün olmasının tanınması və ATƏT-in prinsip və öhdəliklərinin pozulması nəticəsində yaranan vəziyyətin qəbul edilməsi mənasına gətirib çıxarır. Xatırlatmaq istərdim ki, bu münaqişəyə dair belə formatda istinad BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə də tam uyğunluq təşkil edir”.

ATƏT PA-nın vitse-prezidenti Qətnamə layihəsində istisna olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ayrı rayonundakı münaqişənin adının dəyişdirilməsinin qəbuledilməz olduğunu və heç bir halda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması və tərəflərin yaxınlaşması məqsədlərinə xidmət etmədiyini vurğulayıb.

Azay Quliyev mövqeyini əsaslandırmaq üçün deputatların diqqətini 3 məsələyə çəkib:

"Birincisi, adın ilkin variantı ATƏT-in Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı münaqişəyə dair 1992-ci ildə qəbul etdiyi qərarına və münaqişənin adını "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” kimi göstərən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə uyğundur. İkincisi, 1992-ci ilin mayından 1993-cü ilin dekabrına qədərki dövrdə Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən yeddi rayonu da əhatə edərək geniş miqyaslı müharibəyə çevrilib. Azərbaycan rayonlarının işğalından sonra BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı vəziyyətlə bağlı narahatlıq ifadə edən qətnamələr qəbul etmiş, Azərbaycan ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb etmişdir. Bunların hamısı gözardı edilməsi mümkün olmayan faktlardır.

Beləliklə, 1993-cü ildən etibarən biz bu münaqişəni yalnız Dağlıq Qarabağ münaqişəsi adlandıra bilmərik, ona görə ki bu münaqişə bölgənin hüdudlarından kənara çıxmışdır və bununla da, işğal edilən və münaqişədən zərər çəkən ərazilərin sahəsi və əhalisi Dağlıq Qarabağdan bir neçə dəfə çox olmuşdur.

ATƏT PA-nın vitse-prezidenti bildirib ki, zorla doğma torpaqlarını tərk etməli olmuş azərbaycanlılarla birlikdə Dağlıq Qarabağ bölgəsi əhalisinin sayı 180 min, ərazisi isə 4,4 min km2 təşkil etdiyi halda, adını çəkilən 7 rayonun əhalisinin sayı 850 min, ərazisi isə 11 min km2 təşkil edir.

Üçüncüsü, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələri, eləcə də ATƏT-in qərarlarında təsbit olunduğu kimi, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq hüquq normalarına uyğun olaraq, işğal müvəqqəti bir haldır və suverenliyin ötürülməsinə gətirib çıxara bilməz”.

A.Quliyev deyib ki, Assambleya üzvlərinə regional təşkilat olan ATƏT PA-nın icrası məcburi və hüquqi baxımdan mütləq olan Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini tam və qeyd-şərtsiz olaraq həyata keçirilməsini təşviq etməli olduğunu xatırlatmağa ehtiyac yoxdur: "Bu baxımdan ümid edirəm ki, siz 10-cu maddənin ilkin redaktəsini dəstəkləyəcəksiniz. Biz Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın ərazilərindəki uzanan münaqişələrin həllində hər hansı bir istisna və ya ikili yanaşmaya yol verə bilmərik”.




SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb