Prezident İlham Əliyev İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı nazirini qəbul edib (YENİLƏNİB)

Siyasət / 08.07.2019 13:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya keçənilki səfərini ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı əlaqələrimizin müxtəlif istiqamətləri üzrə konkret işlərin həyata keçirildiyini və əməkdaşlıq üçün yeni imkanların açıldığını dedi. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiklərini vurğuladı. Dövlətimizin başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd etdi.

Qəbula görə minnətdarlığını bildirən nazir Gian Marko Centinaio İtaliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğuladı. O, keçən il İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfərini əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini vurğuladı. Nazir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini bildirərək həmin sessiyada "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə təbriklərini çatdırdı və bu sessiyanın İtaliya üçün də əlamətdar olduğunu qeyd etdi.

Dövlətimizin başçısı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının mühüm tədbir olduğunu dedi, bu sessiyada "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini çox əlamətdar və tarixi hadisə kimi dəyərləndirdi və Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, ölkələrimizin mədəni əlaqələrinin inkişafında dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin Roma şəhərində ucaldılmasının və Azərbaycanın Roma şəhərində aparılan arxeoloji işlərə verdiyi dəstəyin əhəmiyyəti qeyd olundu.




SON XƏBƏRLƏR

2019-07-10

16:23 Birinci vitse-prezident Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb

15:42 Prezident İlham Əliyev: Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir

15:40 Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib

15:07 BDU-nun professoru beynəlxalq konfransda iştirak edib (FOTO)

14:29 Əbülfəs Qarayev: 43-cü sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edildi

14:24 Goranboyda “Marş İrəli” başa çatdı

14:22 Ceyhun Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat

14:12 Diaspor Düşərgəsi gənclərin şəbəkələşməsinə SƏBƏB OLACAQ

13:30 Yunus Oğuzun 5 cildliyinin birinci cildi - "Nadir şah" çapdan çıxıb

13:14 Mübariz Qurbanlı: Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir

12:17 Deputat: Prezident İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamı alimin fəaliyyətinə verilən yüksək qiymətdir

11:02 Daha 881 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

10:27 Təmas xəttində növbəti monitorinq keçiriləcək

10:20 Xanlar Fətiyev: O çətin anlarda gəncəlilər bir daha sübut etdilər ki, müstəqilliyimizin qorunması üçün bütün fədəkarlıqlara hazırdırlar

10:15 ABŞ-ın 5 universitetinə qəbul olmuş BANM məzunu İlqar Bağışov: Ən böyük arzum professor olmaqdır

10:05 İcra Hakimiyyəti: Güclü külək Cəlilabadda iki kəndin elektrik xətlərini qırıb

09:59 Bakıda ŞOK: Qayınanası ilə dalaşan 30 yaşlı kişi qaşıq və mismar uddu

09:46 Nazirlik: Qaz təchizatı sahəsində 51 layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib

2019-07-09

16:50 Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

16:45 Gənclər narkomaniya və narkobiznesə qarşı mübarizə aparmağın yolları haqqında maarifləniblər

16:42 Nazir müavini: Bu ilin ötən dövründə sahibkarlara 50,1 milyon manat güzəştli kredit verilib

16:40 İŞİD niyə tam məhv edilmir? - Politoloq böyük dövlətlərin marağından DANIŞDI

16:12 Dünya İrs Komitəsinin 43-cü sessiyasının son işçi iclası keçirilib

15:49 Akademik: Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi qələbədir

15:46 Prezident İlham Əliyev: Əminəm ki, qarşıdakı illərdə Aİ ilə tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir

14:28 Elmar Məmmədyarov: Torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir

14:19 Deputat: Leyla Əliyevanın yorulmaz ictimai-siyasi fəaliyyəti Azərbaycan gəncliyinə örnəkdir

14:14 Oqtay Əsədov jurnalistləri tənqid etdi: “Şou yaratmaq istəyirlər”

14:00 Nazirlik: Uşaq əməyinin istismarı uşağın fiziki-mənəvi inkişafına zərbə vurur

12:54 Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik olundu

12:53 Azərbaycanda nehrə yağı adı altında satılan yağlar saxtadır - RƏSMİ

12:10 Prezident İlham Əliyev: Azərbaycan dövləti heç vaxt indiki kimi güclü olmamışdır

12:04 Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun görüşü olub (YENİLƏNİB)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

16:56 Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Product image

10:11 "PSJ" Neymarı "Barselona"ya satmaqdan imtina edib

Maraqlı Product image

17:04 Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var

Product image

12:55 Bakıda çəkisi 950 qram olan körpə doğuldu