Akademik: Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi qələbədir

Cəmiyət / 09.07.2019 15:49

Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Prezident İlham Əliyevin Vətən naminə yürütdüyü müdrik, uzaqgörən siyasətin çox böyük qələbəsidir. Əldə olunan digər mühüm uğurlarla yanaşı, bu qələbə sübut edir ki, xalqımız ümumdünya mədəniyyətini, müasir sivilizasiyanı yaradan xalqlardandır. Bunun dünya miqyasında qəbul olunması, daha doğrusu, rəsmi olaraq etiraf edilməsi həqiqətən çox böyük tarixi qələbədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Yaqub Mahmudov qeyd edib ki, dünyanın ən qədim şəhərlərindən biri və 2700 ildən çox yaşı olan Şəki şəhəri haqqında bu tarixi qərarın UNESKO-nun Ümumdünya İrs Komitəsinin məhz Bakıda keçirilən 43-cü sessiyasında qəbul edilməsi Azərbaycan üçün çox mühüm tarixi hadisədir: "Bu qələbə çox çətin, mübarizələrlə dolu yolun parlaq sonluğudur. Bu qələbənin tarixi Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə baş tutan unudulmaz Şəki səfərindən, Prezident İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Şəkiyə saysız-hesabsız səfərlərindən, oradakı məşhur Şəki abidələri ilə tanışlıqlarından, ölkə başçısının birbaşa göstərişi ilə görülən bərpa işlərindən, Prezidentin Şəki ilə bağlı verdiyi çoxsaylı sərəncamlardan başlayır”.

Deputat bildirib: "Mən Prezident İlham Əliyevin Şəki səfərləri zamanı onun Şəki abidələri ilə, şəhərin bütün qədim məhəllələri ilə, təkcə Aşağı Karvansarayla dörd dəfə tanış olması prosesinin şahidiyəm. Aşağı Karvansarayla tanışlıq zamanı Prezidentin "Bu abidənin bərpası zamanı onun memarlığına qətiyyən əl vurmayın” göstərişini necə kəskinliklə verməsinin şahidiyəm. Dairəvi Tanrıçılıq abidəsi ilə tanışlıq zamanı XIX əsrdə işğalçıların bu abidəni saxtalaşdıraraq görkəmini dəyişməsindən necə təsirləndiyinin və "Tezliklə bu abidəni əvvəlki görkəminə qaytarın!” deməsinin şahidiyəm. Yadımdan çıxmır: Prezidentimiz və Birinci xanım, Rəcəb Tayyib Ərdoğan və xanımı Şəki Xan Sarayı və digər abidələrlə tanış olarkən Ərdoğanın xanımı Əminə Ərdoğan Mehriban xanıma müraciətlə "Bu misilsiz abidələri UNESKO-nun qeydiyyatına saldırmaq haqqında düşünürsünüzmü?” sualını verdikdə Mehriban xanım çox inamlı və qəti cavab verdi - Biz artıq bu işə başlamışıq və məqsədimizə hökmən nail olacağıq!".

Yaqub Mahmudov əlavə edib ki, o günlərdən sonra Şəkiyə çoxsaylı ekspertlər gəldi, xeyli iradlar oldu və Prezidentin qayğısı ilə əsaslı bərpa işləri görüldü: "Nəhayət, 2019-cu ildə Azərbaycanın məşhur tarixi şəhəri haqqında UNESKO-nun qərarı Bakıda qəbul olundu! Bu qələbə münasibəti ilə Prezident İlham Əliyev bütün Azərbaycan xalqını təbrik edib. Əslində isə təbrik məhz Prezidentimizə düşür. Çünki bu İlham Əliyevin Vətən naminə yeritdiyi müdrik siyasətin qələbəsidir, yürütdüyü qətiyyətli siyasətin qələbəsi naminə Mehriban xanım Əliyevanın yorulmadan apardığı davamlı mübarizənin nəticəsidir.”

Akademik sözünə davam edərək deyib: "Şəki tək tarixi abidələri ilə məşhur deyil, həm də tarixi şəxsiyyətlər yurdudur. Mirzə Fətəli Axun­dzadə, Salman Mümtaz, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Şəfiqə Axundova və başqa çoxsaylı görkəmli şəxsiyyətlərimiz məhz Şəki torpağının yetirmələridir”.

Y.Mahmudov qeyd edib ki, bu gün Şəki Azərbaycanın tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir şəhərdir: "Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı, TÜRKSOY tərəfindən 2016-cı ilin Türk mədəniyyəti paytaxtı elan edilib, 2017-ci ildə isə UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb”.




SON XƏBƏRLƏR

2019-07-10

16:23 Birinci vitse-prezident Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb

15:42 Prezident İlham Əliyev: Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir

15:40 Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib

15:07 BDU-nun professoru beynəlxalq konfransda iştirak edib (FOTO)

14:29 Əbülfəs Qarayev: 43-cü sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edildi

14:24 Goranboyda “Marş İrəli” başa çatdı

14:22 Ceyhun Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat

14:12 Diaspor Düşərgəsi gənclərin şəbəkələşməsinə SƏBƏB OLACAQ

13:30 Yunus Oğuzun 5 cildliyinin birinci cildi - "Nadir şah" çapdan çıxıb

13:14 Mübariz Qurbanlı: Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir

12:17 Deputat: Prezident İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamı alimin fəaliyyətinə verilən yüksək qiymətdir

11:02 Daha 881 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

10:27 Təmas xəttində növbəti monitorinq keçiriləcək

10:20 Xanlar Fətiyev: O çətin anlarda gəncəlilər bir daha sübut etdilər ki, müstəqilliyimizin qorunması üçün bütün fədəkarlıqlara hazırdırlar

10:15 ABŞ-ın 5 universitetinə qəbul olmuş BANM məzunu İlqar Bağışov: Ən böyük arzum professor olmaqdır

10:05 İcra Hakimiyyəti: Güclü külək Cəlilabadda iki kəndin elektrik xətlərini qırıb

09:59 Bakıda ŞOK: Qayınanası ilə dalaşan 30 yaşlı kişi qaşıq və mismar uddu

09:46 Nazirlik: Qaz təchizatı sahəsində 51 layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib

2019-07-09

16:50 Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

16:45 Gənclər narkomaniya və narkobiznesə qarşı mübarizə aparmağın yolları haqqında maarifləniblər

16:42 Nazir müavini: Bu ilin ötən dövründə sahibkarlara 50,1 milyon manat güzəştli kredit verilib

16:40 İŞİD niyə tam məhv edilmir? - Politoloq böyük dövlətlərin marağından DANIŞDI

16:12 Dünya İrs Komitəsinin 43-cü sessiyasının son işçi iclası keçirilib

15:49 Akademik: Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi qələbədir

15:46 Prezident İlham Əliyev: Əminəm ki, qarşıdakı illərdə Aİ ilə tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir

14:28 Elmar Məmmədyarov: Torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir

14:19 Deputat: Leyla Əliyevanın yorulmaz ictimai-siyasi fəaliyyəti Azərbaycan gəncliyinə örnəkdir

14:14 Oqtay Əsədov jurnalistləri tənqid etdi: “Şou yaratmaq istəyirlər”

14:00 Nazirlik: Uşaq əməyinin istismarı uşağın fiziki-mənəvi inkişafına zərbə vurur

12:54 Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik olundu

12:53 Azərbaycanda nehrə yağı adı altında satılan yağlar saxtadır - RƏSMİ

12:10 Prezident İlham Əliyev: Azərbaycan dövləti heç vaxt indiki kimi güclü olmamışdır

12:04 Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun görüşü olub (YENİLƏNİB)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

16:56 Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Product image

10:11 "PSJ" Neymarı "Barselona"ya satmaqdan imtina edib

Maraqlı Product image

17:04 Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var

Product image

12:55 Bakıda çəkisi 950 qram olan körpə doğuldu