ABŞ-ın 5 universitetinə qəbul olmuş BANM məzunu İlqar Bağışov: Ən böyük arzum professor olmaqdır
Gündəm / 10.07.2019 10:15

- BANM-dəki beş illik bakalavr təhsilinin sizin üçün hansı faydaları oldu?
- Beş illik təhsilin ən faydalı cəhəti təhsilin ingiliscə olması və Ali Məktəbdə yaradılmış rəqabətli mühit idi: bir-birimizlə yarışa girib daha yaxşı olmaqçün inkişaf edirdik.
- Niyə BANM tələbələri məzun olmamış iş təklifi alır?
- BANM-dəki təhsil müasir dünya standartlarına cavab verir, ingilis dilində ən son yenilənmiş dərsliklərdən istifadə edirik, yaxşı müəllimlərdən dərs alırıq. Bundan əlavə rəhbərliyin işə ciddi yanaşması və qurduğu strateji xətt nəticəsində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq qurulub, həmin şirkətlərin təcrübə proqramlarında, istehsalat təcrübələrində iştirak edirik. Məsələn: BP-nin təcrübə proqramında iştirak edib, yaxşı performans göstərdiyim üçün həmin şirkətdən iş təklifi almışdım.
- Fasilə vermədən Amerikada magistratura dərəcəsi üzrə oxumağa nə vadar elədi sizi?
- İnsanın ən enerjili vaxtı gənc yaşlarıdır, bu yaşı faydalı dəyərləndirmək istədim, mühəndislik sahəsində ABŞ-ın ən yaxşı universitetlərinə sənədlərimi yolladım, qəbul aldım, öz sahəsinin lideri olan Ostindəki Texas Universitetini seçdim.
- Necə oldu Ostindəki Texas Universitetinin professorundan iş təklifi aldınız?
- Bakıda eiLink (Education Industry Link) Tədqiqat və İnkişaf Mərkəzi üçün seçilmişdim, bir ildən çox orada ingiliscə tədqiqat işi üzərində işləyirdim, həmin layihə "Termodinamikanın modelləşdirilməsi” haqqında idi, sonra tədqiqat işini Amerikalı alim Ryosuke Okunoya yollamışdım. Dr. Okuno işimi çox yüksək qiymətləndirdi və bildirdi ki, bakalavr pilləsində olan hər tələbə belə işləyə bilmir. Sonra o, mənə magistratura təhsilini Amerikada davam etməyi və yüksək məvacib qarşılığında iş təklif elədi.
- Sizi digər BANM tələbələrindən nə fərqləndirir, qazandığınız uğurları nəyə borclusuz?
- Əslində dərindən baxanda xüsusi fərqləndirəcək səbəb yoxdur. BANM-də təhsil səviyyəsi yüksəkdir, təhsil sistemi də tələbkardır, burda xeyli yaxşı tələbələr var. Sadəcə yaşıdlarımdan fərqli olaraq ingilis dilli tədqiqat işi aparmağa qərar verdim, bu, olduqca məsuliyyətli və ağır iş idi. Günlərlə gecə-gündüz tədqiqat işinin üzərində çalışdım və bir ildən çox çəkdiyim zəhmətin bəhrəsini gördüm. Tezliklə həmin işi məqalə kimi dərc etdirməyi planlaşdırıram.
- Gələcək üçün hədəf və planlarınız nədir?
- Gələcək üçün əsas hədəfim Amerika təhsil sistemində özümü daha da inkişaf etdirib ölkəmə dönməkdir. Daha sonra BANM-də mühəndislik sahəsi üzrə tədqiqatlarımı davam etdirərək doktorluq dərəcəsinə yüksəlmək, Ali Məktəbdə bu sahəyə maraq yaratmaq və onu inkişaf etdirməkdir.
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb
13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB
12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları