Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib

Siyasət / 10.07.2019 15:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Mən MEDEF-dən belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın yaxşı nümunəsidir. Bilirsiniz ki, mən Parisdə və Bakıda MEDEF-in üzvləri ilə dəfələrlə görüşmüşəm. Üç il əvvəl böyük bir nümayəndə heyətinin səfərini xatırlayıram və indi müxtəlif şirkətlərin 40 nümayəndəsi ölkəmizdə səfərdədir. Bu, həqiqətən də tərəfdaşlığımızın çox yaxşı nümunəsidir. Bu, Azərbaycanda fəaliyyət göstərməyə böyük marağın olduğunu nümayiş etdirir. Sizin təmsil etdiyiniz bir çox şirkətlər ölkəmizdə müxtəlif layihələrdə artıq iştirak edir.

Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq.

Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirdi ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. "Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycanda bir çox görüşlər keçirəcəyini deyərək səfərin çox səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi.

Sonra MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö çıxış edərək dedi:

-Zati-aliləri, minnətdaram. Bizi burada qəbul etdiyinizə görə təşəkkür edirik. Burada olmaq bizim üçün böyük məmnuniyyət və şərəfdir. Şəxsən mən ilk dəfədir ki, Azərbaycanda, Bakıda səfərdəyəm. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu, mənim Avropa İttifaqından kənara ilk səfərimdir. Mən ilk ölkə kimi Azərbaycanı seçmişəm. Bu da fransız biznes ictimaiyyətinin ölkəyə olan marağının göstəricisidir. Bildiyiniz kimi, MEDEF 170 min şirkətin üzv olduğu təşkilatdır. Bu gün mən böyük bir nümayəndə heyətinin tərkibindəyəm.

Jofrua Ru de Beziö nümayəndə heyətinə bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiyalar sahələrini təmsil edən şirkətlərin daxil olduğunu və onların 12 sektoru əhatə etdiyini bildirdi. "Bizim üçün bu şirkətləri dəstəkləmək və onları Azərbaycanın böyük potensialı olduğuna inandırmaq çox vacibdir”, - deyən MEDEF Biznes Şurasının prezidenti nümayəndə heyətində qeyri-neft sektorunu təmsil edən şirkətlərin əksəriyyət təşkil etdiyini vurğuladı.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez fransız şirkətləri ilə yüksək səviyyədə görüşə görə Prezident İlham Əliyevə təşəkkür etdi. O, fransız şirkətlərinin Azərbaycanda həvəslə fəaliyyət göstərdiklərini bildirdi. Prezident İlham Əliyevin çıxışlarında iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı söylədiyi fikirlərin diqqət doğurduğunu deyən Orelia Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı artıq nəticələrin göründüyünü və bunun burada təmsil olunan şirkətlərin fəaliyyət müxtəlifliyində də öz əksini tapdığını vurğuladı. Səfir fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyinə əminliyini bildirdi.

MEDEF-in beynəlxalq Fransa-Azərbaycan qrupunun rəhbəri, "SUEZ” qrupun baş direktorunun müavini xanım Mari-Anj Döbon bugünkü qəbula görə minnətdarlığını bildirərək "SUEZ” şirkətinin Azərbaycanda fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına təşəkkür etdi. Bir sıra yerli şirkət və agentliklərlə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq etdiklərini deyən Mari-Anj Döbon ölkəmizdə bu sahədə görülən işlərin iqtisadi inkişaf baxımından, həm də vətəndaşların həyatı üçün önəmli olduğunu bildirdi, "SUEZ”in bu işlərə bundan sonra da töhfə verəcəyinə ümidvar olduğunu dedi. Mari-Anj Döbon ətraf mühitin qorunması sahəsində ölkəmizdə icra olunan layihələrə dəstək göstərməyə, bu sahədə infrastrukturun inkişafına töhfə verməyə hazır olduqlarını bildirdi.

Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.




SON XƏBƏRLƏR

2019-09-19

17:16 İran təhdid etdi: Böyük müharibə başlayacaq

17:12 Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA

17:09 QHT sosial-psixoloji reabilitasiya işinin aparılması mövzusunda təlim proqramı reallaşdırıb

17:05 “Portfellərini yığıb getsinlər” - Lukaşenko məmurları hədələdi

16:56 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

16:54 UNEC rektoru Ədalət Muradov: Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır

16:44 Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

16:38 Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

16:31 Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

16:28 Siyavuş Novruzov: Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi”

16:08 “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

16:04 Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

15:55 Qobustana gələn turistlərin sayı artıb

14:37 “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlayıb

14:14 Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

14:08 Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması sual altındadır - Komitə rəsmisi

13:42 Şuranın dəstəyilə növbəti təlim Qubanın Afurca kəndində keçirilib

12:47 Nazir: "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub

12:31 Ana oğlu ilə birlikdə özünü çaya atmaq istədi

11:18 Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir - Xələf Xələfov

09:49 Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb

08:09 Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib

2019-09-18

17:04 Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

16:59 Şuranın dəstəyilə Qubanın Xucbala kəndində təlim keçirilib

16:43 Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

16:33 Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova

16:18 Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır”

15:53 Şuranın dəstəklədiyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” yekunlaşıb

15:45 Əlillik yeni modellə müəyyən edilə bilər

15:25 İstanbul və Ankaradan Azərbaycana ixrac 630 milyon dolları keçib

15:16 İrandan XƏBƏRDARLIQ: ABŞ hər hansı addımı atarsa, dərhal reaksiya veriləcək

15:05 Milli Musiqi Günü metroda qeyd edilib - Stansiyalarda əsl bayram təntənəsi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

16:42 Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik

Product image

15:18 Rusiya gimnastı: Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib

Maraqlı Product image

10:40 Maksimum 3 foto ilə...

Product image

15:23 Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasına daxil oldu