TARİXİ-ETNOQRAFİK VƏ ELMİ BAXIŞLARDAKI MİLLİ AİLƏ DƏYƏRLƏRİMİZ

Sosial layihə / 31.07.2019 17:14


Azərbaycan etnoqrafiya elmində ailə və nikah münasibətlərinin tədqiqi zəif də olsa, önəmli yer tuturdu. Respublikamızın qədim və orta əsrlər ədəbi-bədii, tarixi qaynaqlarında ailə və ailə-nikah münasibətlərinə dairkifayət qədər zəngin materiallar var. Bu materiallar zaman-zaman tədqiqatlara cəlb olunub, müəyyən elmi nəticələr çıxarılıb. Azərbaycan etnoqrafiyasının, o cümlədən ailə-nikah münasibətlərinin öyrənilməsində XIX əsrdə Çar Rusiyasının daha çox imperialist maraqları baxımından bölgəni araşdırması xüsusi yer tutur: həmin araşdırmalar elmiməxəz kimi əhəmiyyət daşısa da, Azərbaycanda ailə ənənələrinin mənzərəsinin bütövlükdə deyil, məhz ərazidəki ayrı-ayrı azsaylı xalqların və etnik qrupların ailə-məişət elementləri qabardılmaqla verilməsi həmin maraqların təzahürlərindən biridir.

Rusiya imperiyasının marağında vardı ki, Azərbaycan əhalisinin gələcəkdə vahid millət kimi formalaşmasına bəri başdan maneələr yaradılsın və bunun da önəmli üsulu kimi buradakı azsaylı xalqları və etnikqrupları xüsusi seçib ayırmağa, onların ailə-məişət müstəvisindəki olan və ya olmayan fərqlilikləri qabartmağa əl atılırdı. Əslindəsə bu ərazidə tarixən birgə yaşamış və indi də bərabər yaşayan insanların ailə xüsusiyyətləri bütövlükdə Azərbaycandakı ailə ənənələrinin vahid obrazının formalaşmasında özünəməxsus rol oynayıb.

Tanınmış etnoqrafçı alim Qəmərşah Cavadov "Azərbaycanın azsaylı xalqları və milli azlıqları” kitabında rus müəlliflərdən V.Lekqobıtov, İ.Beryozin, A.Komarov, E.Veydenbaum, P.F.Riss, D.Kistenyev, B.V.Miller, Q.F.Çursin, A.Bukşpan, E.Pçelina, A.Şifner, T.Tsimmer, İ.Petrov, İ.Seqal, Y.Yabinin, H.Kalaşov, S.Qlinka, V.L.Veliçko, H.H.Şavrov, A.H.Qenko, A.Fon Plotto, İ.Q.Qerber və başqalarının əsərlərini araşdırıb və qeyd edir: "Azərbaycanın ayrı-ayrı əyalətlərindən bəhs edən müəlliflər onun ərazisi, torpaq örtüyü, təbii-coğrafi şəraiti, əhalinin məşğuliyyəti ilə yanaşı, əhalinin etnik tərkibi haqqında da məlumat vermişlər”. Həmin əsərlərdə Azərbaycanda ailə və nikah münasibətləri barədə də müəyyən məlumatlar da əksini tapmışdır. Onu da vurğulamaq lazımdır ki, adları çəkilən müəlliflərin əsərləri əksər hallarda Azərbaycandayaşayan azsaylı xalqların tədqiqinə həsr olunmuşdur. Bu da rus imperializminin Qafqazda, xüsusən, Azərbaycanda azsaylı xalqların simasında dayaq axtarmaq niyyətlərindən irəli gəlirdi.

XIX əsrdə rus müəlliflərinin əsərlərində daha çox təsərrüfat məişəti, dili, mənşəyi, geyimləri, yeməkləri, həyat tərzi və sairə ilə yanaşı, ailə məişəti ilə bağlı müəyyən məqamlar əksini tapmışdır. Azərbaycanın cənubunda yaşayan talışları öyrənmiş D.Kistenev qismən də olsa, onların ailə həyat tərzinə, məişətinə toxunaraq bu nəticəyə gəlmişdir ki, talış ailəsi bütünlüklə patriarxal xarakter daşımır və daha fərdi xüsusiyyətlərə malikdir. Ailə üzvləri şəxsiyyətcə daha müstəqil və azaddırlar. Bu da bizə görə əhalinin, xüsusilə qadınların təsərrüfatda fəal iştirak etməsi ilə əlaqədardır. Mənbələrin qeyd etdiyi kimi talış ərazisində çəltiyin tumcara basdırılması prosesiniancaq qadınlar həyata keçirərdi. Daim işlə məşğul olan qadın isə çadra geyinib, yaşmaq taxa bilməzdi. Məhz bu talış ailəsində qadınların daha müstəqilliyinə səbəb olmuşdur.

Talışların ailə-məişətinə xas olan cəhətlərdən biri də çoxuşaqlıqdır. Bu onları Azərbaycanın başqa etnoslarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Talış ailəsində 6-dan az uşağın olması qəbahət sayılırdı. Odur ki, hər ailədə 10-a, bəzi hallarda hətta 15-dək uşağın olması qanuni hal sayılırdı...

Q. Çursinə görə, talış oğlanları arasında 15-20 yaş, qızları arasında 12-16 yaş kəbin həddi-buluğu sayılırdı. Müəllif yazır ki, talışlar arasında evdə qulluqçunun, işçi qüvvəsinin olması üçün 5-6 yaşlı oğlan uşağının 14-15 yaşlı qızla evləndirmək adəti də mövcud olmuşdur. Qız evinin oğlan evindən başlıq alması daqəbul edilmiş ailə-məişət adətlərindən sayılmışdır. Q.Çursinin yazdığına görə, kəbin zamanı verilən başlığın miqdarı 50-100 tümənlə və ev avadanlıqları ilə ödənərdi. Bir çox adətlərinə görə isə talışlar Azərbaycan türkləri ilə eyniyyət təşkil edirlər. Toyun mərhələləri, icra olunan adətlər-ənənələr, qohumluq-qudalıq münasibətləri, toyda ifa olunan, oxunan musiqi və mahnılar buna misaldır.

Çap olunan etnoqrafik araşdırmaların səhifələrində əksini tapan bir araşdırmada lokal ədəb-ərkan qaydaları ilə seçilən kürd ailəsində atanın başlıca sima sayıldığını göstərir. Kürdlər arasında ailənin "mala-məzən”, yəni böyükailə və "bala becuk”, yəni kiçik ailə forması var idi. Çox vaxt bir dam altında bir nəslin nümayəndələri yaşayırdılar. Ümumiyyətlə, kürdlər arasında nəsli-tayfa münasibətləri çox səciyyəvi hal olmuşdur. Buxüsusiyyət kürdlərin yaşayış məskənlərinin əsasən tayfa-qəbilə prinsipləri əsasında salınmasına gətirib çıxarmışdır.

Ümumiyyətlə, kürdlərin ailə məişətinin özünəməxsus xüsusiyyətləri olmuşdur. Hər şeydən əvvəl qadınlar daha müstəqil olmuşlar. Zənnimizcə, bu da kürdlərin məişəti ilə sıx bağlı olmuşdur. Bununlaəlaqədar olaraq, XIX əsrin sonlarına aid olan bir ədəbiyyatda deyilir ki, kürd qadını başqa qonşu xalqların qadınlarından daha üstün hüquqlara malikdir. O, həm ailədə, həm də döyüşdə ərinə arxadır. Döyüşə gedən kürd kişisinin bütün işlərini onun arvadı yerinə yetirir. Yəni ev işləri, mal-qaraya baxmaq və təsərrüfata rəhbərlik məhz qadınların üzərinə düşür. Bir sözlə, kürd qadını cəmiyyətdə özünü qoruyabilməli, nəslinin nüfuzuna xələl gətirməməli idi. Əks təqdirdə, o istər ailə üzvləri və istərsə də, nəslin nümayəndələri arasında öz nüfuz və hörmətini itirə bilərdi. Ərə xəyanət kürd qadınına yaraşmayan cəhət sayılırdı. Əks təqdirdə, kişi öz qadınını öldürmə hüququna malik idi. Bundan ötrü heç kim, hətta qadının ata-anası da onu günahkar saya bilməzdi. Çünki bu, atanın öz nəsli arasında hörmətdən düşməsinə səbəb ola bilərdi.

XX əsrin birinci yarısında Azərbaycan etnoqrafiyasında müəyyən qədər ailə-nikah məsələlərinə toxunulmuşdur. Ə.Ələkbərov XX əsrin 30-cu illərində apardığı tədqiqat nəticəsində belə bir qənaətə gəlir ki, kürd ailəsində qadının kölə vəziyyətində olmasının səbəbi dini fanatizmdir. Kürd ailəsində oğlanın doğulması sevinclə, qızın doğulması isə təəssüflə qarşılanırdı. Patriarxal xarakter daşıyan kürd ailəsində qadınlar yaşmanır, çadrada gəzir, gəlin çox vaxt qaynana və qaynatadan gizlənirdi. Atası isə qızı istənilən oğlana ərə verirdi, gənclərin rəyi nəzərə alınmırdı.

Bu baxımdan xristian udilərin də XIX əsrin sonlarından başlayaraq öyrənildiyini qeyd etmək lazımdır. Udilərin ən böyük tədqiqatçısı M.Bejanov SMOMPK-ın XIV buraxılışında "Vartaşen və onunsakinləri haqqında qısa məlumat” adlı məqaləsindən belə nəticəyə gəlmək olur ki, keçmişdə udilər üçün patriarxal ailə forması xarakterik olmuşdur. Böyük ailənin başında "qojin padşah”, yəni ailənin böyüyü, padşahı dayanırdı. Onun bütün göstərişləri ailə üzvləri üçün qanun sayılır və sözsüz yerinə yetirilirdi. Ailənin gəliri və çıxarı, təsərrüfatı, onun idarə edilməsi, ailə daxili münasibətlər, uşaqların tərbiyəsi, birsözlə, ailəyə məxsus bütün maddi və mənəvi məsələlərin həllini ata yerinə yetirərdi. Ata sağ ikən ailədaxili bütün hakimiyyət ancaq ona məxsus idi, o öldükdən sonra isə "qojin padşah”ın bütün funksiyaları ailənin böyük oğluna keçirdi. Oğul olmadıqda bu funksiyanı ana yerinə yetirərdi. Atadan sonra udi ailəsində ikinci şəxs ana və böyük qadın sayılırdı. Böyük qadınlara udilərdə "kala kurux”, deyilir. Ailənin daxili həyatı ilə bağlı bütün məsələlərin həlli onun üzərinə düşürdü. Qəbul edilmiş ənənəyə görə, ailənin başçısı evə daxil olanda bütün ailə üzvləri ayağa durardı. Yemək süfrəsində onun öz yeri olardı. Burada başqa ailə üzvlərinin oturması qəbahət sayılardı. Udi ailəsində oğulun ata ilə yeyib-içməsinə, qonaqla bir yerdə oturmasına mənəvi hüququ yox idi. M.Bejanov yazır ki, udi qadınları təkcə yaxın qohumlardan deyil, eləcə də kəndin ağsaqqallarından yaşınar, ailədə bir qayda olaraq kişilərdən ayrı yemək yeyərdilər.

Fon Plotto "Qafqaz dağlıların haqda məlumatlar toplusu”nda çap olunan "Zaqatala dairəsinin təbiəti və adamları” adlı məqaləsində ingiloyların toylarının zurna ilə keçdiyini yazır, ləzgi adlandırdıqları avarların dəfn adətlərinin ümumi müsəlmanlarla eyni olduğunu yazır. Belə ki, dəfn bilavasitə mollanın iştirakı və göstərişi keçirilir, ölü evində namaz qılınır, Quran oxunur, sonra onu cənazəyə qoyaraqqəbiristanlığa aparırlar. Dəfndən sonra tavanalı ailələr qəbrin yanında xüsusi otaq tikir, yay vaxtı isə çadır qurulur. Müəllifin yazdığına görə, molla 3-7 gün burada qalaraq ölüyə Quran oxuyur. Avarlar 40 günərzində hər həftənin bazar ertəsi və cümə axşamları qəbir üstə gedir, qadınlar isə evdə ağlaşırlar. Fon Plotto yazır ki, Zaqatala vilayətində məskunlaşan muğallar (türklər) və ləzgilərin (avarlar) adətləri ümumimüsəlmanlarla eynidir.

Ötən əsrin ikinci yarısında Azərbaycan etnoqrafiyasında daha sürətlə və geniş şəkildə tədqiq olunmağa başlayan sahə ailə məişəti, ailə-nikah münasibətləridir. Azərbaycan ailəsinin tarixi formaları, nikah növləri, toy, dəfn adətləri, ailədaxili münasibətlərin sistemi yaradılmışdır. Etnoqraflar torpaq və təsərrüfat münasibətləri, nəsil əlaqələri və s. məsələlərdən asılı olaraq Azərbaycanda kiçik və böyük ailələrin mövcudluğunu, xüsusiyyətlərini araşdırmışlar. Məhz XX əsrin ikinci yarısında Azərbaycan etnoqrafiyasında nikah növləri təsnifatlandırılmağa başlanılır. Bu proses 50 il ərzində yeni tədqiqatlarda özünü göstərir. Bəzən terminlər, adlandırılmalar bir-birindən fərqli olsa da, amma ailə-nikah münasibətlərinə bir-birindən bir o qədər də fərqlənməyən yanaşmalar üzə çıxırdı. Bu illər ərzində Azərbaycanda tarixən təkkəbinli və ikiarvadlı nikah formaları, ekzoqam, enloqam nikah qaydaları, köbəkkəsmə (beşikgərtmə), levirat, sororot, kuzen nikah adətləri, qızqaçırma və toy ilə nikahagirmə formaları təsdiq edilirdi. Toy adətlərinin təsnifatında da ciddi fərqlər yoxdur. XX əsrin ikinci yarısında Azərbaycan etnoqrafiyasında toy qızın bəyənilməsindən nişan aparılmasına qədər birinci mərhələyə, qızın nişanlanmasından toya qədərki ikinci mərhələyə, toyun başlanmasından gəlinin ər evində üzə çıxarılmasına qədərki üçüncü mərhələyə bölünür. XX əsrin ikinci yarısında azsaylı xalqların və etnik qrupların ailə və nikah məsələlərinin öyrənilməsi də genişlənir. Ailə-nikah məsələlərinə daxil olan yas adətləri, əksər hallarda keçmişin və şəriət qaydalarının tənqidi üzərində qurulduğundan kifayət qədər etnoqrafik material olmasına baxmayaraq, etnoqrafik izahına tam tapmır. Ailə və nikah münasibətlərində ən az öyrənilən ailədaxili münasibətlərdir. Ailədaxili münasibətlərin (uşaq tərbiyəsi, qadının vəziyyəti və s.) tədqiqinə adətən, yeni "sosializm cəmiyyəti” quruculuğu baxımından yanaşılır. Məhz ailə-nikah məsələlərindən çıxış edərək ötən əsrin 80-ci illərində etnososial mövzulara maraq artır.

Maraqlıdır ki, Azərbaycan etnoqrafiya elmində ilk elmi dərəcələrə layiq görülən alimlər məhz ailə məişətilə bağlı tədqiqatlar aparıblar. H.A.Quliyev "Azərbaycan kolxozçu kəndlilərinin sosialist mədəniyyəti və məişəti (Quba rayonunun materialları əsasında)” 1953-cü ildə dissertasiya müdafiə edib və elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb. Dissertasiyada qadınların vəziyyəti, ailə başcısı, ailədə əmlak məsələsi, ailənin gəliri, ailədə uşaqlarin tərbiyəsi, ailə-nikah məsələləri, toy və doğum adətləri əksini tapib. H.Quliyev sonrakı illərdə ailə münasibətlərinə başqa əsərlər də həsr edib.

M.İ.Atakişiyeva isə elə həmin il "Azərbaycanlıların ailə məişəti keçmişdə və indi (Xaldan rayonunun materialları əsasında)” adlı dissertasiyanı müdafiə edib və elmlər namizədi adı alıb. R.Babayeva Abşeron toylarının elçilik, nişan (bu mərhələdə oğlan evi üzük və şal gətirərdi), paltarkəsdi (toy paltarlarının tikilməsi), sərpayı (yaxın qohum qadınlar toplaşardılar, "başıbütöv” qadın gəlinin başına xına qoyardı), xinə-nahana (xına və hamam gecəsi) bölündüyünü yazır. Müəllif sırf dövrün ideoloji tələblərindən irəli gələrək, qeyd edir ki, XIX əsrin ikinci yarısında və XX əsrdə oktyabr inqilabınadək azərbaycanlılar arasında nikah sırf iqtisadi məsələlərə görə bağlanırdı: "...Əksər valideynlər sosial baxımdan bərabər olan yaşlı dul kişiyə qızlarını vermirdilər. Bu vəziyyətdə evlənmək istəyən dul kişi daha aşağı təbəqədən arvad seçməli idi və ya öz təbəqəsindən dul qadın ilə evlənməli idi. Yüksək təbəqədən olmayan qadın üçün daha yüksək təbəqədən olan dul kişi ilə nikaha girmək şərəf sayılırdı”. Valideynlərin nikaha razılıq verməməsi, onların aralarındakı düşmənçilik və maddi vəziyyətə görə, oğlanın "qızqaçırmağa” üstünlük verdiyini bildirən müəllif hərdən toy xərclərinin ödənməsi üçün vəsait olmadığından yalançı qızqaçırmağa əl atıldığını, amma kəbin bağlanılanadək qızın evdə qonaq sayıldığını göstərir.

R.Babayeva məqaləsində monoqam (təkkəbinli), poliqam (çoxkəbinli) və siğə (müvəqqəti nikah) haqqında məlumat verir, şəriət qaydaları oğlan üçün 15 yaş, qız üçün 9 yaşda nikaha icazə versə də, əksər hallarda oğlanların 18 yaş, qızların isə 12-13 yaşda nikaha girdiklərinə bildirir. Məqalədə kəbin, kənd yerlərində evlənənlər üçün yeni ev tikilməsi, toy zamanı oğlan evinin qız evindən oğurluq etməsi adəti və s. barədə də məlumat verilir. R.Babayeva bildirir ki, qızın valideynlərinin nikaha etirazı və oğlan ailəsinin maddi çətinliyi "qız qaçırmağa” gətirib çıxarırdı.

XX əsrin birinci yarısında ailə və nikah məsələləriylə daha çox başqa elm nümayəndələri məşğul olmuşlar. Məsələn, R.B.Əfəndiyev "başgərtmə” nikah forması haqqında araşdırma aparıb: "Əgər iki qohumun eyni vaxtda iki uşağı olub və bunlardan biri qız, o biri oğlandırsa, onda onları beşikdəcə nişanlayırdılar və uşaqlar böyüyəndə nikaha girirdilər”.

Q.T.Qaraqaşlı apardığı müşahidələrə əsasən, XX əsrin əvvələrində Qazax qəzasında 30-40 nəfərlik böyük ailələrin olduğunu yazır. Azərbaycanla bağlı tarixi-etnoqrafik ədəbiyyata dair araşdırmalara görə. "Azərbaycanlılarda müxtəlif tarixi dövrlərdə ailə və nikahın tədqiqi yolunda çoxlu çətinliklər vardır. Bunun əsas səbəbi ailə və nikaha aid qədim yazılı mənbələrin yoxluğudur. Bu barədə etnoqrafiksəziyyəli yazılı məlumatlar XIX əsrin əvvələrindən başlayaraq Qafqazda olmuş rus müəlliflərinin əsərlərindədir... Lakin həmin məlumatlar çox ötəridir, azərbaycanlılarda ailə məişətinin bütün sahələrini əhatə etmir, bu əsərlərdə ailə və nikahın tarixi etnoqrafik təhlili yoxdur”.

Qəbilə quruluşu dövründə nikahlar bir qəbilənin qadınları ilə digər bir qəbilənin kişiləri arasında mövcud idi və bu nikah münasibətləri qrup nikah formasını əmələ gətirirdi. A.İ.Sadıqov və Q.A.Qeybullayev birgə yazdıqları əsərdə qeyd edirlər ki, Azərbaycanda böyük ailələr onun əsasını qoyan şəxslərin adına –lar,-lər şəkilçiləri əlavə edilməklə əvvəlki nəslin hansı sənətlə məşğul olması ilə (məsələn, dəmirçilər), məhəllənin coğrafi mövqeyi ilə (yuxarı, orta, aşağı) və s. adlanırdı. Böyük patriarxal ailələr Azərbaycanda inqilabaqədərki və sovet etnoqrafiyasında öyrənilməyib. Ötən əsrin 60-cı illərində böyük və kiçik ailələrin tədqiqinə diqqət çoxalır. Quba rayonunun materialları üzrə böyük ailələri tədqiq edən Q.Qeybullayev yazır ki, bəzən kiçik ailələr təsərrüfat səbəblərinin təsiri nəticəsində böyük, bölünməz ailələrə çevrilir, bir neçə nəsildən sonra isə əks proses gedir və kiçik ailələr seqmentləşir. Torpaq münasibətlərinin xüsusiyyətləri, primitiv əmək alətləri, nəsil əlaqələrinin güclüqalıqları ailələrin XX əsrin əvvələrinə qədər birgə yaşamasını şərtləndirib. Xüsusən Şahdağ xalqları yaşayan Xınalıq, Qrız, Buduq, Cek, Əlik, Soub və başqa kəndlərdə böyük ailələrin qalması naturaltəsərrüfatın qalığı idi.

Q.Qeybullayev bildirir ki, indiki mənasında endoqamiya ilə ibtidai icma quruluşu dövründə qəbilənin ekzoqam, tayfanın endoqam olmağı heç bir şəkildə yaxın deyil. Çünki endoqamiyanın müasir anlayışı qohumdan evlənməyi nəzərdə tutduğu halda tayfa endoqamiyası yalnız tayfa daxilində evlənməyi nəzərdə tuturdu. Bir-birinə qohum adamları əhatə edən qəbilə daxilində isə nikaha girmək qadağan idi. Müəllif ortakuzen nikahları endoqamiyanın mənşəyi sayır. Q.Qeybullayev toyu aşağıdakı kimi təsnif edir: 1) Qızın bəyənilməsindən nişan aparılması daxil olmaqla birinci mərhələ 2) Qızın nişanlanmasından toya qədərki ikinci mərhələ, 3) Toyun başlanılmasından gəlinin ər evində üzə çıxarılmasına qədərki üçüncü mərhələ. Birinci mərhələ və ikinci mərhələ arası müxtəlif mərasimlərlə bol olsa da, ikinci mərhələ ilə üçüncü mərhələ arasında mərasimlər yoxdur. Bu müddət ərzində oğlan evi qız evinə veriləcək kalımı (başlığı) hazırlamalı və ödəməlidir. Q.Qeybullayev qeyd edir ki, qızın hüquqi cəhətdən oğlan evinə mənsub olduğunu bildirən nişana qədərki dövr matriarxal olsa da, toy və qızın ər evinə köçməsi patriarxatla əlaqədardır və patrilokal köçmədir. Etnoqraf toy şənliyini patriarxatın məhsulu sayır.

Çöl materiallarına əsaslanan Q.Qeybullayev bəzi pirlərin böyük ailələrə başçılıq etmiş ağsaqqalların qəbri olduğunu və pir kultunun ocaq kultu ilə bağlılığını, daim yanan ocağın isə ailənin simvoluna çevrildiyini göstərir. O bildirir ki, əsasən əkinçilik və heyvandarlıqla məşğul olan ailə üzvləri arasında əmək bölgüsü olurdu. Qadınlar arasında işin bölüşdürülməsiylə yaşlı qadın gələcən və ya xuvar (bacı) məşğul olurdu. Əsərdə göstərilir ki, qohum məhəllələr ərazi cəhətdən yaxınlığı, tayfa, toxum, şaqqa, nəsil, törəmə, tirə, cədd (türklərdə), toxum, cins (ləzgilərdə), tum, şir (süd), əqrəbə, övlad (tatlarda), yux (buduqlarda) terminləri qohum qrupları, patriarxallığı izah edir.

Q.A.Rəcəbov bildirir ki, adət və şəriət kişinin iki bacıya eyni zamanda evlənməsini qadağan edirdi. Bundan başqa, kişi öz kirvəsinin qızına evlənə bilməzdi.

Sovet quruluşunun Azərbaycan ailəsində dəyişiklik yaratması tədqiqatçıların diqqətindən yayınmayıb. Amma bir çox hallarda sovet ideologiyası baxımından izahına çalışılıb. Hətta bəzi müəlliflər bildirilər ki, sovet rejimində sinfi düşmənçilik nəsil hissini üstələyir və nəsil hisssi ailəni möhkəmləndirən mənəvi qüvvə rolunu oynaya bilmir. Bu fikirlə heç cür razılaşmaq mümkün deyil, çünki sosialist quruluşu ailəyə müəyyən təsir göstərsə də xalqımızın əsrlərlə formalaşmış ailə-nikah münasibətləri sıradan çıxmayıb, müəyyən dəyişiklər isə yeni mədəni-məişətin bərqərar olması ilə bağlı idi.

Q.F.Seyidov inqilabaqədərki dövrdə böyük ailələrin qalıqlarını tədqiq edərək bildirir ki, sovet dövründə ailənin hər bir yetkin üzvünün istehsal əməyində iştirakı bərabərlik yaradır, ailə başçısından iqtisadi asılılığı ləğv edir. Müəllif kənd ailəsində qarşılıqlı münasibətlər haqqında yazır: "Köhnə Azərbaycan ailəsində adətən, yaşlı kişi başçı sayılırdı. Yaşlı nəslə ehtiram hissi saxlanılmaqla müəyyən şəxsi keyfiyyətlərə, nüfuza malik ailənin iqtisadi cəhətdən sağlamağa qadir qadınların ailə başçısı olmasına az rast gəlinmir”.

Ş.M.Salehov pambıqçıların ailə məişətini araşdırarkən qeyd edir ki, sovet quruluşunda iqtisadi irəliləyiş nihaka girənlərin müstəqilliyini artırsa da, çox vaxt yeni evlənənlərin rəyi nəzərə alınmırdı.Ş.M.Salehov Azərbaycanda hələ də "başgərtmə”, "köbəkkəsmə”, "deyikli” kimi qədim nikah formalarınında müşahidə olunduğunu yazır.

XX əsrin ikinci yarısında da Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların ailə-nikah məsələləri geniş şəkildə öyrənilmişdir. M.H.Şahbazov bildirir ki, Azərbaycan türklərində olduğu kimi Şahdağ etnik qruplarında da endoqam nikaha geniş yer verilirdi. Eyni zamanda Azərbaycanın bu azsaylı xalqlarının özünəməxsus nikah adətləri vardı. Məsələn, qrızlarda elçiliyə kişilərlə bərbər oğlanın bibisi və xalası da gedirdi. M.H.Şahbazov tədqiqatında qız və oğlan bir nəsildən olduğu halda birinci elilikdəcə nişan taxıldığını, nişan zamanı "hə” aldıqdan sonra "çörəkkəsdi” adlanan adətin icra olunduğunu yazır. "Çörəkkəsdi” zamanı oğlan evindən gətirilən kərə yağı bal və bir neçə lavaş çörəyinin üstünə töküb qarışdırırlar, onu lavaşa yayarlar, sonra da lavaşlar dürmək düzəldib qız və oğlan evinin iki ağsaqqalına verərdilər. Həmin ağsaqallar lavaşı kəsərdilər. Mərasimin mahiyyəti bu idi ki, iki ailə arasında qohumluq yaranır. Müəllif oğlanın atasının "çörəkkəsdi” zamanı süfrəyə pul atdığını, qrız dilində bu adətə "pıl saaca” deyildiyini, eyni adətin Buduq və Xınalıq kəndlərində də rast gəlindiyini də bildirir.

Ə.K.Əhmədov azərbaycanlılarda kəbin formaları və kəbin adələrini tədqiq edərək yazır ki, Azərbaycanda "aldəyişik etmək”, "beşik gərtməsi” kimi nikah formaları olub. "Aldəyişik etmək” də ər öz bacısını arvadının qardaşına və ya əmisioğluna verirdi. Bununla da iki ailə arasında "başlıq vermə” kimi maddi öhdəliklər həllini tapırdı və belə ailələrdə mənəvi məsuliyyət daha çox olurdu. Müəllifin digər fikrinə görə, böyük ailələrdə ailə-nikah məsələlərində qadının mülkiyyət hüququna diqqət yetirilməyib. Böyük ailələr dağılan zaman bütün əmlak ata və oğullar arasında bölünürdü. Böyük ailələrin dağılması isə əsasən ailə başçısının vəfatıyla bağlı olurdu. Ə.K.Əhmədov və Q.C.Cavadovun birgə yazdıqları məqalədə isə qeyd olunur ki, bəzən "qız qaçırma” qanlı düşmənçiliyə gətirib çıxarırdı. Ə.K.Əhmədov nikahda adətlə-şəriətin qarşılıqlı münasibətlərindən yazarkən qeyd edir ki, müsəlman hüquq ilə nikah kəbin və siğə formasında reallaşırdı, kəbin qanuni sayılırdı. Qazı hər iki nikahı qeyd etməsə də, molla "kəbin surəsi” oxumalı idi, bunsuz arvad natəmiz sayılırdı, o yemək hazırlaya, inək sağa bilməzdi, belə halda ona ikinci dərəcəli işlər tapşırılardı. Çar dövründə isə ailə, nikah və vərəsəlik məsələlərini həll etmək üçün inzibati rayonlarda məclislər yaradılırdı.

Ə.K.Əhmədov "Kitabi-Dədə Qorqud” dastanlarının materiallarına əsasən azərbaycanlıların ailə-kəbin münasibətlərini araşdırıb. Dastanlardakı bu və ya digər nikah qaydalarını, formalarını təhlil edən müəllif Dədə Qorqud dövründə kəbin-toyun bir neçə mərhələdən ibarət olduğunu yazır: gələcək gəlinin seçilməsi, elçilik, kiçik toy (nişan), toy. Məqalədə qeyd olunur ki, dastanlarda şəriət qaydalarının dərin kök salmadığı aydın bilinir. Oğul və qız öz gələcək həyat yoldaşını seçməkdə tam müstəqildir. Ə.K.Əhmədov Qanlı Qoca oğlu Qanturalının "Oğul,qız görmək səndən, mal-riz vermək məndən” sözlərinə diqqəti çəkir, elçi gedərkən təkcə ailənin deyil, qohum-qonşunun, ağsaqalların rəyinin öyrənildiyini də vurğulayır. Müəllif "beşikgərtmə” nikah formasının da xüsusiyyətlərini araşdırır, Baybecanın qızı olsa, onu Bəyburanın oğluna vədini verməsin faktını xatırladır, bu nikah formasının tarixinin qədimlərə gedib çıxdığını vurğulayır. Onu da bildirir ki, Dədə Qorqud dastanlarının yarandığı dövrdə azərbaycanlılar arasında yalnız monoqam (təkarvadlılıq) kəbin mövcud olub.

Azərbaycan xalqının qədim ailə-nikah məsələlərinin öyrənilməsi baxımından Ə.K.Əhmədovun əsərləri diqqəti cəlb edir. Dədə Qorqud dövrünən ailə-nikah məsələlərini etnoqrafik cəhətdən öyrənən müəllif oğuzların nəsil artımı, oğul-qızın xoşbəxtlik, dövlət hesab olunması, ana haqqının tanrı haqqı sayılması, nişanlanma, beşikgərtmə, oğlu olanları qırmızı çadırda, qızı olanları ağ çadırda qəbul edən xanlar xanı Bayandır xanın "Oğlu-qızı olmayanları tanrı qarğamış, biz də qarğarıq”-deyərək qara çadırda yerləşdirməsi kimi məsələləri araşdırır. Ə.K.Əhmədov oğuzların ata-anaya münasibətinin izahına, oğul-qızların doğulması, nişanlanma, beşikgərtmə və s. gənc nəslin tərbiyəsi məsələlərinin dastanda əksi kimi məsələlərin təhlilinə geniş yer verib.

Azərbaycan xalqının toy adətləri bir-birinə bənzəsə də, təkcə müxtəlif zonalarda yox, həm də ayrı-ayrı yaşayış məntəqələrində keçirilməsi onları bir-birindən fərqləndirir. F.Xəlilova toyları şəhər, kənd, rayon, pullu, hədiyyəli, aşıqlı, xanəndəli toylara bölür. B.Abdullayev qədim Azərbaycan toyunun bəzi xüsusiyyətləri – ərgən qızların bayram günlərində niyyət tutub qulaq falına çıxmalarını, tezliklə toyunun olub-olmayacağını öyrənmək məqsədilə sağ başmağını çölə atmasını (inama görə başmağın ucu küçəyə doğru düşübsə, qız tezliklə ərə gedir), qızın stolun küncündə oturmamasını qədim inanclarla əlaqələndirir. Müəllif qız seçən oğlan valideynlərinin "özlərinə yaxın ailə” axtardıqlarını vurğulayır. Oğlan valideynləri anası çıxan ağacı balası budaq-budaq gəzər” prinsipini əsas götürərək gələcək gəlininin ata-anasını yaxından tanımağa çalışır. B.Abdullayev toyaqədərki dövr, toy şənliyi, toydan sonrakı mərhələləri də ayırır.

M.Hacıyev tatlar arasında da endoqam nikaha geniş yer verildiyini yazır. Tatlarda başlığın alınmaması "qızı qoyun kimi verdi” qiymətləndirilirdi, başlıq isə cehizdən baha olurdu. M.Hacıyev tatlarda dayı arvadının gəlinə yengə durmasını matrilokal köçmə ilə əlaqələndirir, eyni zamanda qeyd edir ki, patrilokal köçmədə başqa qəbilədən alınan qızın əvəzinə müəyyən miqdarda haqq (kalım) verməklə "satınalma” nikah forması yaranırdı.

Q.Cavadov bildirir ki, Şahdağ xalqlarında kəbinə girmə çox erkən yaşlarından icra edilərdi. İngiloylarda bu yaş 15, daha sonralar 18-20 yaş arasında müəyyən olunardı. Bir adət olaraq evlənmə mərasimində oğlan və qızın fikri əsas götürülməzdi. Burada valideynlərin bir-birilə razılığa gəlməsi kifayət edərdi. İqtisadi amillərdən asılı olaraq qız 3-5 il nişanlı qala bilərdi. Bu müddətdə oğlan evi qızın geyimi ilə yanaşı, hər bayramda qız evinə bayramlıq borclu idi. Qız isə nişanlı qaldığı müddətdə yaxın qohumlarından gizlənməli və yaşınmalı idi. Həm də nişanlı qaldığı müddətdə qız öz cehizinin hazırlanmasında, xalça-palazın toxunmasında iştirak etməli idi. Müəllif Şahdağ xalqlarında toyların xüsusiyyətləri, Xınalıqda toy mağarının gingahlarda qurulması, Qrız, Haput, Buduq kəndlərində məhəllə mağaraları ilə yanaşı, bəzən həyətlərdə keçirilməsi və s. barədə mələmat verir. Q.Cavadov Şahdağ xalqlarında qızın ata ocağından deyil, dayı evindən köçməsini, oğlanın ata evində deyil, dayı evində paltarını geyməsini, bəy durmasını matriarxata xas adət sayır. Bu faktda ana tərəfin üstünlüyü aydın görünür.

N.Quliyeva və N.İbrahimovun birgə yazdıqları məqalədə göstərilir ki, uzun müddət toya hazırlıq mərhələsində qız evi oğlan evindən "atalıq” (başlıq), qənd, düyü, un, yağ və s. alırdı. Lahıc kəndində isə oğlan evindən yun da alırdılar. "Mehr” kimi qız evinə 7 manatdan 30 manatadək qızıl pul, yaxud torpaq verirdilər. N.Quliyeva toyu daha kiçik hissələrə bölür: Qızbəyənmə, hə vermə, nişan, nişanqabağı qaytarma, oğlan evində tədarük, qız evinə paltar gətirilməsi, paltarkəsdi, qız evində cehiz siyahısının tutulması, cehizin oğlan evinə daşınması, kəbin kəsilməsi, qızın oğlan evinə gətirilməsi günü.

N.Quliyevanın tədqiqatlarında ailənin tarixi inkişafı, ailə-dövlət münasibətləri, nikah adətləri (ekzoqam, endoqam), nikahagirmə formaları (məsələn, "beşikgərtmə”, "al-dəyişik”) böyük və kiçik ailələr, şəriət qaydalarının nikahda yeri, qadın və kişinin mülkiyyət hüququ, ənənəvi ailə-nikah məişətinin sovet dövründə də qalması, sovet dövründə ailənin strukturu, ailə büdcəsi, kənd və sənaye şəhərlərində ailə, gənc və orta yaşlı şəxslərin tənhalığı, qadınların vəziyyəti xüsusi diqqət mərkəzindədir. Onun əsərlərində qızın seçilməsi, evlənənlər arasında münasibətlər, toy prosesi, sovet dövründə toy adətlərinin müəyyən qədər dəyişməsi, etnik qruplarda nikah, uşaq tərbiyəsi və s. məsələlər bütöv şəkildə araşdırılır. N.Quliyeva Azərbaycanın müasir kənd ailəsi və ailə məişəti ilə bağlı tədqiqatlarını genişləndirərək 1997-ci ildə yeni kitabını dərc etdirmişdir. Tədqiqatın ən maraqlı məqamlarından biri budur ki, müasir kəndli ailəsinin tarixi kökləri araşdırılır. Tarixi ənənədən çıxış edən müəllif bildirir ki, XIX əsrdə vergi qoyularkən ailə üzvlərinin deyil, tüstülərin nəzərə alınması ailələrin parçalanmasının qarşısını alırdı. Nəticədə Azərbaycanın müxtəlif bölgələrində XIX əsrin sonu və XX əsrin əvvəllərində böyük ailələr üstünlük təşkil edirdi. Sovet dövründəki yanaşmadan, yəni ailənin qurulmasında iqtisadi məsələlərin əsas götürülməsi haqqında iddialardan fərqli olaraq, N.Quliyeva bildirir ki, Azərbaycan ailəsində mənəvi bağlılıq, böyük-kiçik münasibətləri iqtisadi əlaqələri üstələyir. Hələ indi də klassik mənada böyük ailələr qalıb. Müasir, daha doğrusu, XX əsrin sonları üçün xarakterik olan ailə tərkibinə gəldikdə isə müəllif növbəti təsnifatlandırma aparır: "Ailədə bir neçə nəsil-bir, iki, üç və ya dörd nəsil yaşaya bilər. Əgər ailədə üç və ya daha çox nəsil (məsələn, baba-nənə, ata-ana və uşaqlar, nəvələr, yaşayırsa, belə ailə mürəkkəb ailə sayılır. Ailədə (ər-arvad) və iki (ata-ana və uşaqlar, ana və uşaqlar, ata və uşaqlar) nəsil yaşayırsa, belə ailə nüklear (yəni kiçik) ailə sayılır”.

Son olaraq qeyd edək ki, XX əsrin axırları, yeni əsrin ilk illərindən başlayaraq, ailə və nikah münasibətləri yeni xüsusiyyətlər kəsb etdiyi üçün bununla bağlı tədqiqatlar da genişlənib.

Cəmilə Çiçək (İSBƏNDİYAROVA)

Filologiya üzrə fəlsəfə doktoru,

araşdırmaçı-jurnalist




SON XƏBƏRLƏR

2019-11-18

11:12 Azərbaycanda yeni sayt fəaliyyətə başladı - “Sehhet.az”

2019-11-15

19:43 Prezident İlham Əliyev: Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

17:12 Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:09 Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:06 Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

16:52 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

16:18 Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:16 Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:01 Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir

15:29 Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılış mərasimi oldu

15:20 Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlıqla bağlı protokol imzalayıb (FOTO)

15:19 BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək (FOTO)

15:18 Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

15:13 Vüqar Rəhimzadə: Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib

15:08 APA 15 yaşında

14:57 Şuranın dəstəyi ilə hazırlanan “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabının təqdimatı keçirilib

14:36 Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək? - "Azəristiliktəchizat"dən CAVAB

13:30 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

12:16 Şuranın dəstəyi ilə “Mənim şəhidim” adlı tamaşası səhnələşdirib

11:32 Şuranın dəstəyi ilə “Aprel Şəhidlərini tanıdaq" adlı layihənin sonuncu tədbiri keçirilib

2019-11-14

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

18:00 İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində - YENİLƏNİB

16:36 Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

15:33 Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub

15:26 Şuranın dəstəyilə “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

15:19 İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır

15:08 Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb

14:52 Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq

14:00 Mikayıl Cabbarov: Vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb

13:57 Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər

13:51 Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

13:36 Radikal müxalifətin Avropadakı mühacir biznesi də çökdü

13:18 Təhsil Nazirliyi: Şikayət əsasında 7 məsul şəxsə töhmət verilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

Product image

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları