AZƏRBAYCAN AİLƏÇİLİYİ: QƏDİMLİKDƏN GƏLƏN ƏNƏNLƏRİN MODERİNLİYİ

Sosial layihə / 16.06.2019 12:44

Azərbaycan ailəçiliyi - İnam qalası: qədimdən bu günə bütün çətinliklərə baxmayaraq dövlətin varlığının qorunmasında ulusun ailəçilik ruhunun özünəməxsus, güclü olması əsas amillərdən biridir.

Azərbaycan ailəsinin çağdaş biçimi onun minillərdən bəri gələn ulusal (milli) gələnəklər (dəyərlər) özülündə (əsasında) yaşadığını sübut edir. Çağımızda da ulusun (millətin) varolumunun qaçılmaz, ən gərəkli (əhəmiyyətli) parçası (ünsürü) olan ailənin insani-ulusal-bəşəri özüldə oturuşması davam edir. Bizcə, bu gediş (proses) əbədidir, daimi inkişaflıdır. Araşdırdığımız konu (mövzu) olduqca genişdir. Biz burada yalnız ən gərəkli detallara toxunacaq, conda ümumiləşdirici qənaətə gələcəyik.

Nədən hər birimiz üçün ailə bunca dəyərlidir? Nədən çağdaş dünyanın əsas hədəflərindən biri ailədir? Çünki insanın həyat, dünya, özü haqqındakı bütün gözəl düşüncələri ailə quruculuğunda gerçəkliyini tapır. Güclü, ailəçilik – millətin və dövlətçiliyin təsdiqi, əbədi yaşarılığıdır. Ailə hər şeydən əvvəl millətin özünütəsdiqinin başlanğıcı hesab edilə bilər. Azərbaycanda ailəçiliyin qədim ənənələri mövcuddur. Tarixən ölkəmizdə ailə ənənələri hədsiz möhkəm, davamlı olmuşdur. Zamanlar dəyişmiş, ancaq həmin ənənələr bu gün də, demək olar, dəyişməz olaraq qalır.

Azərbaycanda ailəçiliyin qədim ənənələri olsa da, demək olar, həmişə kənar təsirlərə məruz qalmışdır. Yaxın tariximizdə – Sovet imperiyasının basqısı altında olduğumuz 70 ildə biz bunu bütünlüklə gördük.

Tarixən türk ailəçiliyinin özünəməxsusluğuna çox zərbə dəymişdir. Sovet dövründə kolxozlaşma, sovxozlaşma, həmçinin sənayeləşmə prosesində Azərbaycan ailəsi yenə də əzəli ahəngindən ayrı düşdü: demək olar, işə tələsən ana balasını tələsik öpdü, ata bütün ömrünü işə sərf etdi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan ailəsi SSRİ (sovetlər) dönəmində rastlaşdığı çətinliklər qarşılığında varlığını qoruyub saxlamış, zamanın bütün təhlükəli gedişlərindən üzüağ çıxmışdır.

Azərbaycan müstəqilliyinin ilk illərində ərazi bütövlüyünü qorumaq üçün ölüm-dirim savaşına girdi. Bütün çabalara baxmayaraq, Ermənistan iri güclərin himayəsi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Bu gedişdə ən böyük zərbə Azərbaycan ailəsinə dəydi: minlərlə ailə ev-eşiyindən, doğma yurdlarından didərgin düşdü, ata-analar, uşaqlar amansız qətliamlara məruz qaldılar. Təkcə bir faktı demək yetər ki, bu qırğın zamanı Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ separatçıları və 366-cı motoatıcı alayın birləşmiş qüvvələri tərəfindən Xocalıda müasir dövrün ən qanlı qırğını törədildi. 613 adam qətlə yetirildi, onlardan uşaqlar – 63, qadınlar – 106, qocalar – 70 nəfər idi. 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini itirdi; 487 nəfər yaralandı. Onlardan 76 nəfəri uşaq idi; 1275 nəfər girov götürüldü; 150 nəfər itkin düşdü.

Şübhəsiz, Qarabağ savaşındakı itkilərimiz Azərbaycan ailəçiliyinin inkişafına olduqca mənfi təsirini göstərdi. Ancaq çətin olsa da, Azərbaycan ailəçiliyi sarsılmadı, özünü toparladı, ayaqda durmağı bacardı.

Azərbaycan ailəsində kişinin və qadının yeri

Kişi Azərbaycan ailəsində həmişə başda olub. Bu, türk xarakterindən irəli gələn xüsusiyyətdir. Eləcə də həmişə türk ailəçiliyində qadına ilahi, uca sayğı olub. "Dədə Qorqud dastanları"nda qadın kişinin "başının baxtı, evinin taxtı" sayılmışdır.

Qadınla təbiətdəki çiçəyin bir-birini tamamlayan oxşarlıqları var. Qadınlar özlərinin ilahi imkanlarını gözəl duyurlar. Bununla belə, kişilərin onlar haqqında yüzillər boyu formalaşmış düşüncələri ilahiliklə yanaşı, həm də təzadlı xarakter daşımışdır. Əslində toplumda ümumən tarix boyunca qadınlarla bağlı yaranan təzadlı fikirlərin səbəbkarı çox hallarda kişilər olmuşdur. Qadın həmişə kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi kimi, kişi də qadın zərifliyinə gərək duymuş, onu idealizə etmişdir.

Çağdaş kürəsəlçilik (qlobalçılıq) ailəyə qarşı təsirini hər yolla artırır. Əgər ailə kimi əvəzsiz bir quruma zərbə dəyirsə, bununla dövlət də sarsılır. İri dövlətlərin bu anlamda kürəsəlləşmə (qloballaşma) məsələsində hesaba aldıqları hədəflərin mahiyyətini anlamaq çətin deyil.

Bədiiyyatda, sənətdə daha çox öyülən qadın gerçəklikdə döyülmüş, söyülmüşdür. Qadına yanaşma niyə bu dərəcədə qarışıqdır? Çünki insaniliyə münasibət qarışıqdır. Toplum kişilərin şəxsində qadına daha çox vasitə kimi baxmışdır. Qadında ilahilik görülmür, bu duyğular dilə gətirilsə də, ömürləşdirilmir. Qadın zəriflik rəmzidir. Toplum isə bu zərifliyi daim əzməyə, tapdalamağa çalışır. Qadın ilk olaraq anadır, bu səbəbdən də o, heç bir ölçüyə sığmır. Onun ən böyük təsdiqi ailəsi, ailəçiliyidir. İndi bütün dünyada yaşam harmoniyası durmadan pozulur. Bu üzdən də toplumda və ailədə qadın-kişi ilişgiləri az qala qutsallığını itirmiş, bayağılaşmışdır. İctimai münasibətləri yaradan, ona məna verən isə yetkin insandır.

Qadın-kişi ilişgilərinin insani (ruhsal) səviyyəsi əslində sosial (ictimai) münasibətlərin mənasıdır. Toplum qadın-kişi münasibətlərində onların öz əliylə dərin uçurum yaradır. Çünki insaniliyə əsaslanmayan hər sayaq ilişgilər insansızlıq doğurur. Bəşəriliyin mayası isə insanilikdir. İnsanilik – fərdlərin insani yaşamında təsdiq olunur.

Son 25-30 ildə azərbaycanlıların ailə həyatında müəyyən problemlər müşahidə edilməkdədir. Dünyanın bir tərəfində baş verən hadisə az sonra o biri tərəfində insanlarda reaksiya doğurur. Bunun zərbəsi isə ilk növbədə ailələrə, həmin ailələrdə böyüyən uşaqlara dəyir. Sözügedən məsələ gənc ailələrin ömründə daha ağrılı izlər yaradır. Zamanın bütün dəyişkənliyinə, ziqzaqlarına davam gətirmək, ailəni qorumaq, milliliyin tələblərinə daim əməl etmək son dərəcə çətin məsələdir. Dünyadakı gündəlik, müxtəlifyönlü informasiyalar ailələrdə streslərə səbəb olur.

Cəmiyyətdəki sosial-iqtisadi müxtəliflik

Gənc ər-arvad nə qədər güclü olmalıdırlar ki, belə hallar onlara qətiyyən təsir edə bilməsin. Cəmiyyətdəki sosial-iqtisadi müxtəliflik o cəmiyyətin özəyi olan ailələrdə problemlər yaradır. Gənc ailələrin bir qrupu var ki, onların valideyn sarıdan təminatı yüksəkdir, eləsi də var, təminat orta həddədir. Bir qrup ailələrin cəmiyyətdə xüsusi qabiliyyəti və xüsusi mövqeyi olmadığından daha çox maddi problemlərlə qarşılaşırlar. Cəmiyyətdə bu gün belə ailələr üstünlük təşkil edir. Yüksək təminatlı ailələrin də problemləri var: belələrinin problemləri iqtisadi məsələlər deyil. Yeni yaranan ailələrin anlaşa bilməməsi, xarakterlərində bir çox hallarda uyğunluğun olmaması bu qəbildəndir. Amma elə imkanlı ailələr də var, bu cür psixoloji problemlər müşahidə olunmur. Məsələn, yüksək təminatlı ailədən olan xanım özünü yeni ailədə də istədiyi kimi aparır.

Sırf fizioloji faktorların Azərbaycanın bugünkü gənc ailələrinin ömründə yaratdığı problemlər haqqında da danışmaq gərəkdir. Bunun kökü isə ondan irəli gəlir ki, valideynlər övladlarındakı fizioloji çatışmazlıqları daha çox gizlətməyə meyil edirlər. Uşaq beləcə böyüyür. Belə məsələlərin üstü evlilikdən sonra, təbii ki, açılır, gənc ailələrin dağılmasına səbəb olur.

Azərbaycanda bu gün qan qohumları arasında nigahlar geniş yayılıb. Ölkədə geniş yayılmış qan xəstəliklərindən biri də talassemiyadır. Gen daşıyıcılarının belə çox olması onların bir-birilə evlənməsi ehtimalını artırır, xəstəliyin yayılmasına səbəb olur. Nəticə budur ki, ailələrdə xəstə uşaq doğulması ehtimalı artır. Bəzi ölkələrdə qan qohumlu nikahlara dövlət icazə vermir. Problemin qarşısını ancaq maarifləndirmə yolu ilə almaq olar.

Bu gün gənc ailələrdə çoxuşaqlılıq dəb deyil. İndi gənc evlənənlər 1, uzaqbaşı 2 uşaqla kifayətlənirlər. Hətta bəzi təzə evlənənlər fikirləşirlər ki, maddi şəraitləri düzələndən sonra uşaq barədə qənaətə gəlmək olar. Ginekoloq Arzu Məhərrəmova hesab edir ki, dalbadal davam edən doğuşlar qadınlarda müxtəlif mənfi dəyişikliklər əmələ gətirir, vitamin çatışmazlığı, qanazlığı yaranır: "Mən şəxsən 1-2 uşağın əleyhinəyəm. 3-4, 5-6 sağlam uşağı dünyaya gətirib tərbiyə etməyin ölkəmiz üçün də mühüm əhəmiyyəti var. Hazırda plansız şəkildə nəsil artırmağa lüzum yoxdur".

Prof. Nadir İsmayılov hesab edir ki, Azərbaycanda ailəçilik ənənələri başqa millətlərlə müqayisədə güclüdür. Gənc ailələrin təməlinin möhkəm olması valideynlərdən çox asılıdır: "Biz uşağı körpəykən əzizləyirik. Yaxşı haldır ki, bu qayğı uşaq nəinki böyüyəndə, hətta ailə qurandan sonra da səngimir, əksinə, daha da artır. Hər bir evlənmək istəyən gənc kişi ailə quracağı halda böyük məsuliyyət daşıyacağını yaxşı dərk etməlidir".

Təəssüf ki, bu gün Azərbaycanda evlənənlərə hədsiz cehiz verilməsi istəyi və gerçəkliyi var. Dəbdəbəli toylar edilir, ailələr borca girməli olur, nəticədə bu yükün böyük bir ağırlığı istər-istəməz gənc evlənənlərin çiyninə düşür, ilk növbədə onlar bunu anladıqca stresə qapılırlar. Bu, qanadları hədsiz kövrək olan gənc ailələrin problemlərini daha da artırır, ailədə qovğaların, qalmaqalların, dedi-qoduların yaranmasının əsasını qoyur.

Əgər ailə olmasaydı, o zaman insanın indiki səviyyəsi də olmayacaqdı. Ancaq təəssüf ki, hazırda Azərbaycanda yeni ictimai münasibətlərin formalaşması fonunda ailəçilik ənənələrinə ziyan dəyməkdədir. Sosioloq dr.Əhməd Qəşəmoğlunun fikrincə, bu gün Azərbaycanda ailə problemlərinə yanaşmaq məsələlərində kifayət qədər yanlışlıqlar mövcuddur: "Yəni necə etməli ki, ailələrdəki harmonik hal heç vaxt pozulmasın. Əslində Azərbaycanın ailə modelini bütün dünyada təbliğ etmək lazımdır. Azərbaycan ailəsi sadəcə iki-üç nəfərin ittifaqı demək deyil. 30 il qabaqkı azərbaycanlı ailəsi dedikdə ailə və ətrafı – ata-ana, qaynata-qaynana, çoxsaylı qohumlar, ən başlıcası isə çoxlu uşaqlar göz önünə gəlirdi. Bu insanlar arasında olan doğmalıq telləri o zaman indikindən çox güclü idi. Vaxtilə hesablamışdım, bir ailə ətrafında 150-200-ə qədər doğma insanlar olurdu. Məhz bu qədər insan, demək olar, bir ocaqdan qaynaqlanır, bunun istisi isə hər tərəfə yayılırdı. Şübhəsiz ki, Azərbaycanda belə ailələr az olmayıb, indi də var. O zamanlar insanlar indikindən daha çox daim bir-birlərinin qayğıları ilə yaşayırdılar, hayanlıq, doğmalıq indikindən qat-qat artıq idi".

2000-ci ildə Azərbaycanda yeni Ailə Məcəlləsi qəbul edilib, 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bildirək ki, komitənin vəzifələri aşağıdakılardan ibarətdir: səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq; müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək; müvafiq sahə üzrə dövlət proqramları layihələrinin işlənib hazırlanmasında iştirak etmək; 4) dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; dövlətin ailə siyasətini həyata keçirmək; qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq; müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsini təmin etmək və s.

Evlənənlərin məcburi müayinəsi

Artıq 4 ildir ki, Azərbaycanda ailə qurmaq istəyənlər məcburi şəkildə tibbi müayinədən keçirlər. Gedişat göstərir ki, bu proses indən sonra təməli qurulacaq ailələrin sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayacaq, beləliklə, təhlükəli xəstəliklərin ailə biçimində yayılmasının qarşısı, demək olar, alınmış olacaq.

Sonuc

Bundan sonra hər bir dövlətin ayaqda qalması, yaşaması ilk növbədə ailəçiliyin güclü təmələ malik olmasından asılıdır. Bütün çətinliklərə baxmayaraq, dövlətin varlığının qorunmasında ulusun ailəçilik ruhunun özünəməxsus, güclü olması əsas amillərdən biridir. Bu ruhu qorumağın, yüksəltməyin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərk ediləcəyinə inamlıyıq.

Elçin QALİBOĞLU

Filologiya üzrə fəlsəfə doktoru




SON XƏBƏRLƏR

2019-11-15

19:43 Prezident İlham Əliyev: Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

17:12 Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:09 Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:06 Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

16:52 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

16:18 Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:16 Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:01 Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir

15:29 Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılış mərasimi oldu

15:20 Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlıqla bağlı protokol imzalayıb (FOTO)

15:19 BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək (FOTO)

15:18 Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

15:13 Vüqar Rəhimzadə: Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib

15:08 APA 15 yaşında

14:57 Şuranın dəstəyi ilə hazırlanan “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabının təqdimatı keçirilib

14:36 Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək? - "Azəristiliktəchizat"dən CAVAB

13:30 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

12:16 Şuranın dəstəyi ilə “Mənim şəhidim” adlı tamaşası səhnələşdirib

11:32 Şuranın dəstəyi ilə “Aprel Şəhidlərini tanıdaq" adlı layihənin sonuncu tədbiri keçirilib

2019-11-14

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

18:00 İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində - YENİLƏNİB

16:36 Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

15:33 Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub

15:26 Şuranın dəstəyilə “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

15:19 İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır

15:08 Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb

14:52 Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq

14:00 Mikayıl Cabbarov: Vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb

13:57 Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər

13:51 Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

13:36 Radikal müxalifətin Avropadakı mühacir biznesi də çökdü

13:18 Təhsil Nazirliyi: Şikayət əsasında 7 məsul şəxsə töhmət verilib

12:47 Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

Product image

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları