Dövrümüzün Azərbaycan ailəsi: ənənəvi, yoxsa yeni modellər?!

Sosial layihə / 02.08.2019 13:10

"Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən 2019-cu ilin ortalarından həyata keçiriləcək "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi və onun yekunu olaraq nəşr ediləcək toplu üçün məndən rəy, eyni zamanda məqalə istəniləndə, elmi, eyni zamanda praktik fəaliyyətlə məşğul olan psixoloq kimi, cəmiyyətimiz üçün vacib sayılan nikah-ailə problemləri haqqında fikir söyləyə biləcəyimi düşündüm.

Gündəlik iş fəaliyyətimdə ailə problemləri ilə bağlı müraciət edən insanlarla apardığım konsultasiyalar, eyni zamanda elmi tədqiqat istiqamətində çalışdığımdan artan boşanmalar, ailədaxili münaqişələrə biganə qala bilmərəm. KİV və İnternet saytlarındakı çoxsaylı ekspert rəylərimin, açıqlamalarımın böyük əksəriyyəti məhz bu məsələlərə həsr olunur. Ancaq, ailə münasibətləri və onunla bağlı problemlər mənim düşündüyümdən də ciddi, mürəkkəb, hərtərəfli tədqiqata ehtiyacı olan günümüzün problematik məsələsidir.

Heç kimə sirr deyil ki, xarici ölkələrdə olduğu kimi, son illər Azərbaycanda da milli ailə problemləri ilə davamlı məşğul olan elmi mərkəzlər, ictimai təşkilatlar, sosioloji təsisatların sayı artmaqda, inkişaf etməkdədir. Elmi araşdırmalara, ciddi nəticələrə, müxtəlif metodoloji yanaşmalara baxmayaraq, dövlət və onun kiçik modeli sayılan ailə tipləri, ailədaxili münasibətlər, gender məsələləri davamlı olaraq araşdırılmalı, onlara günümüzün tələblərinə uyğun yanaşılmalıdır.

Bu mənada "Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin aktuallığını qeyd etmək vacibdir. Milli, yaxud modern ailə problemlərin səbəbləri, dünyadakı 55 milyonluq soydaşlarımızın, eləcə də qarışıq nikahlardan olan ailə modellərini müxtəlif istiqamətlərdən təhlil etmək, araşdırmaların nəticələrini ictimaiyyətə çatdırmaq və geniş kütlələr üçün vacib sayılan təkliflərlə çıxış etmək günümüzün əsas tələblərindən biridir.

Azərbaycan milli-mənəvi, etnik-mədəni yanaşma fonunda ailə dəyərlərinin dirçəldilməsi, eyni zamanda, modern ailə formalarının modellərini işləyib hazırlayan mütəxəsislərin iştirakı ilə ictimai-sosial, mədəni-intellektual elmi-kütləvi toplunun nəşr edilməsi bu istiqamətdə problemlərin bir hissəsini aradan qaldırmaqda insanlarımıza yardımçı olacağına inamımız böyükdür.

Əlbəttə, milli və modern ailə modellərinə dair layihə, çap ediləcək toplu, ortaya qoyulacaq elmi-sosioloji materialların psixoloq, ailə psixoloqları, sosioloqlar üçün də ədəbiyyat baxımından əhəmiyyətini nəzərə alaraq, "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsini həyata keçirənlərə ancaq və ancaq təşəkkür düşür.

XX - XXI əsr psixologiya elmi və onun müxtəlif istiqamətlərdə inkişaf edən sahələri – ötən əsrin əvvəllərindən psixoloji məktəblərin nümayəndələri arasında ailə münasibətlərinə, nikah və boşanma, ictimai münasibətlərin rəsmiləşdirilməsindən tutmuş, ailələrin dağılmasına qədər çoxsaylı problemlər ətrafında qızğın elmi-intellektual mübahisələr, müzakirələr gedib. Bu gün də bəzən bir-birini təkzb edən o polemikalar, araşdırmalar, tədqiqatlar davam edir.

XX - XXI əsr psixologiya məktəblərində - psixoanaliz, analitik psixologiya, individual psixologiya, tranzakt analiz, humanist və koqnitiv psixologiya, eyni zamanda ötən yüzilliyinn ən dəbdə olan elmi düşüncə istiqamətlərindən — fenomenologiya, hermenevtika, Frankfurt məktəbi, Freydizm, neo-Freydizm, poststrukturalizm, modernizm, postmodernizm, analitik fəlsəfə, ailədaxili münaqişələrlə bağlı araşdırmalar, sosiologiya, cəmiyyətşünaslıq, ədəbiyyat, incəsənət, mədəniyyət, analitik fəlsəfə kimi intellektual sahələrin, həmçinin, televiziya, mass-media, İnternet və sosial şəbəkələrdəki liberal - qabaqcıl nəzəri-sosial, ictimai-mədəni, elmi-etik düşüncə formalarında ailə, ailədaxili münasibətlər, tərəflər arasındakı psixoloji əlaqələr, cinslərarası münasibətlərin inkişafı məsələlərinin dərindən araşdırıldığının şahidi oluruq.
Qloballaşma, xalqların inteqrasiyası, sürətlənən miqrasiya və immiqrasiya halları, qlobal və lokal münaqişələr-müharibələr, milli-azadlıq hərəktaları, SSSRİ-nin və sosialist düşərgəsinə aid edilən ölkələrdə sistem dəyişikliyi, Avropa Birliyindəki dövlətlərn yaxınlaşması kimi proseslərin ailə təsisatlarına təsirini unutmaq olmaz. Mətbuat, yazılı və elektron KİV, TV, radio, internet portalları, saytlar, sosial şəbəkələr, mobil rabitə vasitələri ilə bütün ölkələrdə, eləcə də Azərbaycanda yaşayan insanları müxtəlif təsirlərə məruz qoyan bu proseslərin milli ailə institutlarımızın da dəyişdirəcəyini təxmin etmək olardı. Bu qaçılmaz hallara isə bizim Azərbaycan ailəsi, sosial-mədəni düşüncəmiz, insanarımız sanki hazır deyildilər.

Məhz indi, ailə institutuna böyük ehtiyac duyduğumuzun fərqindəyik. Böyüklər və uşaqlarla, kişilər və qadınlarla, orta və ali məktəblərdə təhsil alan yeniyetmələrlə, gənclərlə, eləcə də müxtəlif qrup vətəndaşlarla (məcburi köçkünlər, əlillər, zorakılığa məruz qalanlar, məktəblilər, miqrantlar, hərbi münaqişə iştirakçıları və qurbanları) işləyən peşəkar psixoloq, ailə psixoloqları, savadlı mütəxəssislər ailə münasibətləri, son vaxtlar tez-tez ortaya çıxan problemlərlə bağlı cəmiyyətə, əlaqədar dövlət, hökumət, ictimai təşkilatların nümayəndələrinə elmi-analitik, sosial-psixoloji tədqiqatlarının nəticələrini çatdırmaqla modern ailə formalarının yaranmasına təsir göstərməlidirlər.

Son illərin araşdırmalarını, statistik məlumatları, yazılı və elektron KİV-də gedən materiallar, İnternet və sosial şəbəkələrdəki saysız-hesabsız müzakirələr, müxtəlif fakteroloji informasiyalar Azərbaycan ailələrindəki müxtəlif səbəbdən yaranan problemləri üzə çıxarıb. TV kanallarda sosial yönümlü proqramlarda ailə münaqişələrini xatırlasaq, eləcə də rəsmi məlumatlardakı statistik faktları analiz etmək kifayətdir ki, problemin ictimai əhəmiyyəti, sosial mahiyyəti, xalqımız üçün aktuallığı aydın olsun. Axır 10 ildə statistik faktlara görə ailə quranlara rəğmən boşanmaların sayıın durmadan artması psixoloqlar, ailəşünaslar, sosioloqlar, eləcə də ictimai-siyasi dairələrin nümayəndələrini ciddi narahat etməyə başlayıb.

Respublikamızda son illərbağlanan hər rəsmi 6-8 nikahın ikisinin qısa müddət ərzində pozulması kimi kəskin sosial problemlər, çoxuşaqlı ailələrin sayının kəskin azalması, təkuşaqlı ailələrin artması, qısamüddətli nigahdankənar münasibətlər, dini kəbinlər cəmiyyətimiz qarşısında dərin etnik-məişət, sosial-mədəni uçurumlar yaradıb. Son zamanlar xaricilərlə bağlanan nikahlar, qızlarımızın əcnəbilərə ərə getməsi, gənc oğlanlarımızın müəyyən məqsədlə evlənmək üçün xaricə üz tutmaları ailə institutumuza, milli-mənəvi dəyərlərmizin məişət istiqamətinin get-gedə əhəmiyyətli dərəcədə tənəzzülə uğramasına dəlalət edir.

Yenə faktlara qayıtmaq məcburiyyətindəyik. 2019-cu ilin ilk dörd ayında Azərbaycanda 18 min 273 nikah və 5562 boşanma halları qeydə alınıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib. Beləliklə, göründüyü kimi əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7-yə bərabər olub. Düşündürücü, bəlkə də kritik faktlardır. Biz hər zaman fəxr edirdik ki, milli Azərbaycan ailə institutları möhkəmdir, adət-ənənələrimiz, mental dəyərlərimiz, ictimai-mədəni, sosial-məişət düşüncəmiz ailə məsələlərinə qarşı o qədər həssasdır ki, boşanmaların, nikahların dağılmasının qarşısı cəmiyyət tərəfindən asanlıqla almaq mümkündür. Reallıqda isə zaman və faktlar tamam əksini deyir. Faktlar bunu göstərir ki, ənənəvi, klassik, bir qədər də mühafizəkar milli ailə modellərimiz, institutlarımız böhranla üz-üzə qalıb.
Bu proseslərin qarşısını isə yalnız yeniliklər, elmi-bəşəri dəyərlərə söykənən yeni və modern ailə modellərini ictimai düşüncəmizə, həyatımıza daxil etməklə almaq mümkündür.

Çağdaş Azərbaycan ailə modellərindən danışan zaman bir neçə istiqamətləri təsnifatlandırmalıyıq. Qlobal maştabda ənənəvi, habelə modern Azərbaycan ailə modellərinin milli və beynəlmiləl olaraq iki formasını müəyyənləşdirmək mümkündür.

I. Beynəlmiləl Azərbaycan ailə tiplərinə misal olaraq bunları göstərə bilərik:
1) Dünyanın müxtəlif ölkələrində yaşayan və nikaha girənlərin hər iki tərəf etnik cəhətdən azərbaycanlı olan ailələr. Yəni iki tərəfin də Azərbaycan türkü olan ailə modeli;

2) Milli ailə modelindəki müxtəlifliklər. Burada rastlaşırıq:

a) Azərbaycanlı deyərkən, əslən respublikamızın oturaq xalqları sayılan türk, talış, ləzgi, avar, tat, kürd və başqa oturaq xalqların nümayəndələri ya bir-biriləri ilə, ya da biri digəri ilə qurduğu ailələr. Məsələn, Azərbaycan türkü ilə ləzgi, yaxud da talış, avarın nikaha girərək yaratdıqları ailə modeli.
3) Bir tərəfi azərbaycanlı, digər tərəfi əcnəbi olan şəxslərin bağladığı nikahdan yaranan ailə formaları: ikinci tərəf Qərb və Şərq insanı olduqda da ailə tipində fərqlilik müşahidə olunur.


4) Rusiyada, İranda – Cənubi Azərbaycanda, Gürcüstan – Borçalı torpaqlarında, Türkiyədə - Anadolu torpaqlarında, İraq – türkman, Suriya və başqa ölkələrdə yaşayan etnk azərbaycanlıların həm öz aralarında, həm qarışıq, həm də Şimali Azərbaycan və dünyaya səpələnmiş mühacir ailələrinin nümayəndələri ilə yaratdıqları ailə tipləri.


5) MDB ölkələrində yaşayan soydaşlarımızla rus, ukraynalı, belarus, qazax, türkmən, özbək, moldovan və başqa tarixən ünsiyyətdə olduğumuz millətlərin nümayəndələri ilə nikaha girərək meydana çıxan ailə modelləri. Bu modelin özünəməxsusluqları olduğundan ayrıca bir tip olaraq onu fərqləndirməli olduq.

6) Etnik cəhətdən avropalı, ərəb dünyasından olan, afrikalı, hətta, uzaq Şərqdən olan şəxslərlə bizim millətin nümayəndələrinin yaratdıqları, şərti olaraq sintez ailə modeli adlandırdığımız nikah formaları. Bu bölgüdəki ailə modellərində hər iki tərəfin milli-mental dəyərlərinin sintezini müşahidə edirik.

II. Milli Azərbaycan ailə modellərində aşağıdakı hallar rast gəlinir:

1) Respublikamızda yaşayanların yaratdıqları milli ailə modellərində də müxtəliflikləri fərqləndirmək lazım gəlir. Burada fərqli modellərlə qarşılaşmaq mümkün olsa da, bu ailə tiplərini birləşdirən əsas cəhət onun tarixi ənənələrə, milli-mental dəyərlərə, etnik-multikultural standartlara söykənməsidir.


2) Azərbaycanlı deyərkən, respublikamızın oturaq xalqları sayılan türk, talış, ləzgi, avar, tat, kürd və başqa oturaq xalqların nümayəndələri ya bir-biriləri ilə, ya da biri digəri ilə nikaha girərək yaratdıqları ailə modellərini araşdırmaya cəlb edəndə, maraqlı amilləri görməkdəyik.

3) Respublika daxilində ailə modellərinin ənənəvi, etnik, milli, modern, qarışıq, liberal və başqa formalarını da unutmaq lazım deyil...

Çağdaş dövrümüzdə bütün dünyada olduğu kimi bizim müxtəlif ailətiplərinə aid ənənəvi - milli, müasir- modern ailə modellərinin daşıdıqları dəyərlərdə də inqlabi dəyişikliklər, müsbət və mənfi cəhətlər, fərqli yanaşmalar müşahidə edilir. Bu yanaşmaların, mənəvi-psixoloji, sosial-iqtisadi, mədəni-məişət dəyişikliklərin müsbət və mənfi nəticələrinin ciddi-intellektual sosial-psixoloji elmi tədqiqatlarını aparmadan Azərbaycan ailəsinin muasir aqibəti, onun inkişaf və geriləmə proseslərində olması haqqında fikirlər səsləndirmək, təsnifatlaşdırmaq, hansısa ictimai-mental təkliflər paketi ilə ictimaiyyətin qarşısında çıxış etmək mümkün deyil.

Bütün bu mürəkkəbliklərin isə ciddi araşdırmalara, sosial-psixoloji tədqiqatlara, elmi nəticələrə ehtiyacı var və düşünürəm ki, bu tipli ictimai-sosial layihələr göstərilən istiqamətdə maraqlı, faydalı fəaliyyətlərdən sayıla bilər.

Elnur RÜSTƏMOV

"Gencaile.az” Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri,

psixoloq






SON XƏBƏRLƏR

2020-07-09

19:34 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü

19:31 Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək

18:53 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

17:04 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

16:21 Azərbaycan AŞ Nazirlər Komitəsinin komitə iclasında təmsil olunub

16:06 Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ

15:45 Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiq edilib

15:38 Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinə dəyişiklik edilib - Fərman

14:06 Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

13:02 Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir? - SORĞU

12:50 Azay Quliyev: Yeganə istəyimiz odur ki, bütün əməkdaşlıqlar ATƏT-in müəyyən etdiyi mandata uyğun təşkil olunsun, Azərbaycan haqsız olaraq hədəfə alınmasın

11:44 QHT sədri: Gənclik olaraq üzərimizə düşən vəzifə bizi inamlı sabahlara aparan güclü liderimizin ətrafında sıx birləşməkdir

11:31 Leyla Abdullayeva: Azərbaycan XİN hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib

11:04 Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

11:01 Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi

10:33 Şuranın dəstəyilə insan alverinə qarşı layihənin icrasına start verilib

10:00 Zoologiya İnstitutu: Çəyirtkələrə qarşı mübarizə tədbirləri may-iyunda aparılmalıdır

2020-07-08

19:44 Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

19:14 190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı

19:06 Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib

17:54 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

17:51 AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı

15:00 İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb

14:29 QHT sədri: Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər

14:11 6 ayda pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

13:04 Bakı Metropolitenində pandemiya dövründə sərnişin sayı kəskin azalıb

12:44 Şuranın dəstəyilə icbari tibbi sığorta internet mediada təbliğ ediləcək

11:33 “Vətənimizə virtual səyahət”də növbəti tur Lerik rayonuna təşkil olunub

11:18 Şura üzvü: Ermənistan rəhbərləri faşist ideologiyasına xidmət edir

11:01 KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

10:49 Yeni virtual layihəyə start verir

10:17 Xüsusi istedadlı qruplar yaradılacaq

10:00 Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb