Ana dilim

Sosial layihə / 02.08.2019 14:22

Ana dilim

Hörüldülər yad divara əlçim-əlçim

Laylasına, segahına xor baxanlar

Zaman sildi izini də bu cahandan,

Qan ələndi o gözlərə ana dilim.

Hər addımda qala təki biçim-biçim,

Şölə verdin sən torpağın sinəsindən.

Sərvət üçün təşnələrə bir od çatdın,

Öz sözünlə, öz hökmünlə ana dilim.

Füzuli tək qəm yeridi içim-içim

Bir nemətdi bu millətə dahilər də.

Bir qılınca iki yerə bölünsən də,

Yaralara məlhəm oldun ana dilim.

Qarabağı sınaq yeri kəsim-kəsim,

Erməniylə -babalardan üzü bəri.

Şəhid yurddu Azərbaycan-qınaq yeri,

Müntəzirdi Qələbəyə ana dilim.

Çatılıbdı qan ocağı bölüm-bölüm,

Şəhidlərin dərd dağıdı zirvələr də.

İgidlərə "Xiyabanı” məbəd edib,

Sığınıbdı o dərgaha ana dilim.

Tanrı bizə dəyər verib nəsim-nəsim

Günəş boyda atəş əkib ürəklərdə.

Mərdini də bar-bəhərlə bol eyləyib,

Düşmənlərin dilin kəsən ana dilim.

Nəsimi tək bu eşq üçün qoy kəsilim,

Bütövlüyün, azadlığın şərəfinə.

Təki, sən var olub yaşayasan, güləsən,

Qan yaddaşım, sözdən mülküm ana dilim...

***

آنا دیلیم

هؤرولدولر یاد دیوارا الچیم- الچیم

لایلاسینا، سئیگاهینا خور باخانلار

زمان سیلدی ایزینی ده بو جاهاندان،

قان الندی او گؤزلره آنا دیلیم.

هر آددیمدا قالا تکی بیچیم- بیچیم،

شعله وئردین سن تورپاغین سینه ‌سیندن.

ثروت اوچون تشنه‌ لره بیر اود چاتدین،

اؤز سؤزونله، اؤز حؤکمونله آنا دیلیم.

فضولی تک غم یئریدی ایچیم- ایچیم

بیر نعمتدی بو ملته داهیلر ده.

بیر قیلینجا ایکی یئره بؤلونسن ده،

یارا‌لارا ملحم اولدون آنا دیلیم.

قاراباغی سیناق یئری کسیم- کسیم،

ارمنی له - بابا‌لاردان اوزو بری.

شهید یورددو آذربایجان- قیناق یئری،

منتظردی غلبه ‌یه آنا دیلیم.

چاتیلیبدی قان اوجاغی بؤلوم- بؤلوم،

شهیدلرین درد داغیدی زیروه‌ لر ده.

ایگیدلره "خیابانی” معبد ائدیب،

سیغینیبدی او درگاها آنا دیلیم.

تانری بیزه ده یر وئریب نسیم- نسیم

گونش بویدا آتش اکیب اوره کلرده.

مردینی ده بار- بهرله بول ائیله‌ ییب،

دوشمنلرین دیلین کسن آنا دیلیم.

نسیمی تک بو عشق اوچون قوی کسیلیم،

بوتؤولوگون، آزادلیغین شرفینه.

تکی، سن وار اولوب یاشایاسان، گوله‌ سن،

قان یادداشیم، سؤزدن مولکوم آنا دیلیم...

یازیچی- ژورنالیست سولهیه موسی قیزی

"بین الخالق صلح”، "قیزیل قلم” موکافاتلاری لائورئاتی

Sülhiyyə Musa qızı, yazıçı-jurnalist

"Beynəlxalq sülh”, "Qızıl Qələm” mükafatları laureatı



SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb