AZƏRBAYCAN AİLƏSİNİN YENİ MODELLƏRİ LAYİHƏSİ HAQQINDA

Sosial layihə / 05.08.2019 11:43

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən 2019-cu ilin may ayından həyata keçirilməsinə başlanılacaq "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkilimövzusunda layihənin adından da göründüyü kimi, son illərdə KİV, İnternet və sosial şəbəkələr vasitəsilə xaricdən gələn davamlı güclü təsirlərə, dərin aşınmalara məruz qalan milli ailə formalarının araşdırılması, tədqiqatçılar tərəfindən bir sıra məsələlərin təhlilini verməklə, cəmiyyətimiz üçün uyğun modellər təklif olunması istiqamətində atılan növbəti elmi-sosioloji fəaliyyət növləri olaraq aktual məsələləri əhatə edəcək.

İnkişaf etmiş Qərb dövlətlərində ailə problemləri ilə ciddi məşğul olan beyin mərkəzlərinin, QHT-lərin, ailə institutlarının, sosioloji təsisatların çoxsaylı araşdırmalarına, maraqlı nəticələrinə, fərqli metodoloji modellərinə rəğmən, Azərbaycanda da, hökumətimizin çoxistiqamətli fəaliyyətləti daxil olmaqla, dövlət qurumları və ictimai təşkilatlar tərəfindən bir sıra ciddi layihələr həyata keçirilir. Son vaxtlara çoxsaylı elmi-kütləvi tədqiqatlar, sosioloji sorğular, kulturoloji və sosioloji, iqtisadi-sosial araşdırmalar aparılsa da, cəmiyyət və onun kiçik modeli sayılan ailə modelləri, birgəyaşarlıq formaları, gender məsələləri durmadan dəyişikliklərə uğrayır, dövrün – zəmanənin tələblərinə uyğun olan elmi-intellektual yanaşmalar tələb edir.

2018-ci ilin avqust ayında Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin uğurla həyata keçirdiyi, Beynəlxalq Mətbuat Mərkəzində geniş ictimaiyyətin, tədqiqatçıların, alimlərin, həmçinin, yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, yeni – sosial media təmsilçilərinin, bloqerlərin iştirak etdiyi, "Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili adlı ilk layihənin nəticələrinin təqdimat mərasimində səslənən fikirlər, eyni zamanda, layihə çərçivəsində nəşrə hazırlanaraq çap edilən "Ailə dəyərlərini simvollaşdıran kultlarelmi-kütləvi kitabındakı və genişləndirilərək İnternetdə yayımlanan www.zekaishiginda.az ünvanlı saytdakı ailə mövzularına, milli-mənəvi dəyərlərə aid elmi-kütləvi materiallardan, milli ailə mövzunda ictimai dinləmə - dəyirmi masada səslənən mülahizələrdən də belə nəticə çıxarmaq olar ki, bu ictimai birlik, öz profilinə uyğun olaraq, problemlərin əsas səbəblərini, həmçinin, qlobal dünyada gedən inteqrasiya çağında planetin müxtəlif ölkələrində yaşayan 55 milyonluq soydaşlarımızın ailə-məişət düşüncələrini təhlil etmək, ümumiləşdirərək əlaqədar orqanlar, geniş ictimaiyyət qarşısında vacib sayılan təkliflərlə çıxış etmək gücündədir.

QHT-nin yeni layihəsi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət növlərindən, nəşr etmək fikrində olduğu toplunun planından da göründüyü kimi, ictimai birlik üzvləri müasir həyatın bütün sahələrinin qloballaşdığı, İnternetləşdiyi, elektronlaşdığı - virtuallaşdığı bir vaxtda yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan, xarici mədəniyyətlərin daşıyıcılarına çevrilməkdə olan gənc soydaşlarımız arasında Azərbaycan milli-mənəvi dünyagörüşünün tərkibində etnik kimliyimizin bir hissəsinə çevrilən ailə dəyərlərinin dirçəldilməsini qarşısına məqsəd qoyublar. Ancaq, eyni zamanda, modern ailə formalarının modellərini işləyib hazırlayan mütəxəsislərin iştirakı ilə ictimai-mədəni, sosial-intellektual müzakirələrə rəvac verə biləcək elmi-kütləvi toplunun nəşr edilməsi həm də bu istiqamətdə sahəvi ədəbiyyatın zənginləşməsinə xidmət edəcək.

Vaxtilə bizim də rəhbərliyində işlədiyimiz Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə geniş fəaliyyətlər göstərir. Sevindirici haldır ki, müxtəlif ictimai birliklər, QHT-lər də bu istiqamətdə hər zaman Milli Məclisin aidiyyəti orqanları, komitələri, eləcə də digər rəsmi dövlət strukturları ilə sıx əlaqələr yaradır, milli ailə modellərimiz mövzusunda müxtəlif layihələr həyata keçirirlər.

Keçmiş SSRİ-nin dağlması ilə bir formasiyadan digər yaşam tərzinə keçən cəmiyyətimiz, eləcə də Ermənistanın işğalçı siyasəti, Qərbi Azərbaycan və Dağlıq Qarabağdakı məlum münaqişələr nəticəsində doğma yurd-yuvalarından qovulan milyona yaxın insanımızın, yüz minlərlə ailələrimizin taleyi hamımızı düşünməyə vadar edir. Diqqətimizdə o da var ki, çağdaş genetik-mənəvi xəritəmizi aşındıra biləcək liberal-radikal dalğalar milli dəyərlərimizə dağıdıcı təsirlər vurur, təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sonralar möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi, I Vitse-prezident, bütün dünyada qadınlarımızın, analarımızın dostu, ailə dəyərlərinin böyük təbliğatçısı kimi vətəndaşların böyük etimadını qazanan Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə müstəqil ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətimiz bu istiqamətdə problemlərin böyük əksəriyyətini aradan qaldırılmasına səbəb oldu.

Açıq dünyada yaşadığımızdan, müasir Azərbaycan insanına, ailəsinə, milli-mənəvi dəyərlərimizə, ailə formalarımıza xaricdən, yeni texnologiyalar vasitəsi ilə müxtəlif təziqlərə, təsirlərə məruz qalır. Problemin kəskinliyini nisbətən azaltmaq, nəsillər arasında dərinləşən mənəvi-ruhi uçrumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan məişət-ailə institutlarımızı, sosial-mənəvi təsisatlarımızı daha da möhkəmləndirmək, qədim və modern dəyərlərin sintezindən ibarət nigah modellərini tədqiq etmək vacibdir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı anlayışlarla ağsaqqallıq - ağbirçəklik dəyərərinin xüsusi yeri vardır. Təəssüflər olsun ki, son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və bəzi hallarda gənclərimizin bir hissəsi liberal dəyərlər – insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi "dəbə mindirilən trendlər”in təsiri ilə o qarayaxmalara, sosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalara qoşulurlar.

Bu baxımdan, həyata keçirilməsi təklif olunan, "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi nəticəsində yeni sosial-kulturoloji hərəkata başlamaq, eyni zamanda, çağdaş dünyada get-gedə zəifləyən ailə dəyərlərinin bərpası və genişlənməsi istiqamətində fərqli formatlı aksiyalar həyata keçirmək sadalanan mənfi halları nisbətən zəiflətməyi qarşısını məqsəd qoyduğundan dəyərləndirilməlidir. Yaşlılara olan sayğını, gənclərə-uşaqlara yönəli sevgini artırmaqla, bu istiqamətdəki gərginlikləri azaltmağı, qədim dəyərlərimizin dirçəldilməsini, daha da inkişaf etdirilməsi məsələlərinin araşdırılmasını, o istiqamətdə ciddi addımları, innovativ təşəbbüsləri, yeni yaşam dünyagörüşlərini, modern ailə modellərini, yeni nəslin qəbul etdiyi çevik formaları dəstəklədiyinə görə də bu fəaliyyət növləri aktual sayılmalıdır.

Ailə konsepsiyamızın əsas məsələlərindən biri də mental dəyərlərimizdən qaynaqlanan erkən nigahlar, azyaşlıların vaxtından əvvəl, iradələrinə zidd evləndirilməsi, bunların acı nəticələri olaraq boşanmalar, eləcə də yarımçıq, münaqişəli, yaralı ailə tipləri ilə bağlı get-gedə aktuallaşan problemlərinin cəmiyyətə, dövlətə yükə çevrilməsi ilə bağlıdır. Vaxtilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışdığımız illərdə də, elə Milli Məclisin dörd çağırış üzvü kimi bu məsələləri daima öz diqqətimizdə saxlamağa çalışmışıq. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü və YAP Nəsimi rayon təşkilatının sədri kimi indinin özündə də ictimai-sosial fəaliyyətlərimizdə ailə məsələlərinə xüsusi həssaslıqla yanaşmağa çalışırıq.

Layihənin əsas hədəfi modern ailə dəyərlərinin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliği istiqamətində yeni nəslə çatdırılmasında, İnternet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş yayılmasında gənclərin rolunun artmasına nail olmaq, bu yöndə fərqli metodların, formaların axtarılaraq tapılmasına, ictimaiyyət tərəfindən tanıdılmasına, dəstəklənməsinə yönəldilib. Bu mənada milli və modern ailə dəyərlərinin problemlərinə həsr olunan layihə, çap ediləcək toplu, ortaya çıxan elmi-sosioloji materialların elektronlaşdırılaraq yerləşdiriləcək saytın cəmiyyətimiz üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, "Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilməsi planlaşdırılan "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili layihəsini dəstəkləyir, icraçılara fəaliyyətlərində uğurlar arzulayırıq.

Məlahət HƏSƏNOVA

Millət vəkili, "Şöhrət” ordenli




SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb