Azərbaycan internet sürətinə görə geriləyib? - Nazirlikdən cavab
Gündəm / 06.08.2019 15:50

Ötən gün kifayət qədər nüfuzlu "Cable” qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı açıqlayıb. Statistikaya əsasən, Azərbaycan 208 ölkə arasında 142-ci pillədə qərarlaşıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə mövcud siyahının obyektiv olmadığını qeyd edir.
NazirliyinOxu.Az-ınsorğusuna cavabında qeyd olunub ki, "Cable.co.uk” təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır və ölkə üzrə internetin tam mənzərəsini əks etdirmir:
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumları tərəfindən şəhər əraziləri və regionlar arasında rəqəmsal fərqin azaldılması, informasiya cəmiyyətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.
Həyata keçirilmiş işlər nəticəsində hazırda əhalinin 80 faizi internet, 73 faizi isə genişzolaqlı internet istifadəçisidir. Bununla yanaşı,qeyd edək ki, statistikaya nəzər saldıqda, ölkədə internet sürətinin orta göstəricisinin əvvəlki illərə nisbətən artdığı müşahidə olunur. Nəzərə alınmalıdır ki, təşkilat tərəfindən araşdırma aparılan ölkələrin sayı da ildən-ilə artır”.
Bildirilib ki, Bakı şəhərində mənzillərə yüksək sürətli internet xidməti verilməsinə də şərait yaradılıb:
"Bu gün paytaxtda mənzillərə yüksək sürətli internet xidməti verilməsinə imkan yaradan (GPON) texnologiyanın tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işlər həyata keçirilir. Bu texnologiya vasitəsilə istifadəçilər mənzilədək çəkilmiş fiber-optik xətlə həm telefon, həm internet, həm də televiziya xidmətlərini əldə edə bilirlər. Vətəndaşlara simsiz yüksək sürətli internet xidməti verilməsini təmin edən LTE texnologiyası vasitəsilə də müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müvafiq layihənin icrası davam etdirilir.
Eyni zamanda, regionlardagenişzolaqlı internet xidmətlərinin göstərilməsini genişləndirmək üçün ATS-lərdə genişzolaqlı internet avadanlıqlarının və telefon şəbəkəsinin montaj tutumları tələbata uyğun olaraq artırılır”.
Nazirlik bildirir ki, regionların telefon şəbəkəsi üzrə DWDM/MPLS şəbəkəsinin qurulması üçün layihə hazırlanıb, podratçı şirkətlə müqavilə bağlanıb və yaxın dövrdə şəbəkənin qurulması nəzərdə tutulur:
"Layihənin əsas əhəmiyyəti yüksəksürətli transmissiya şəbəkəsinin qurulması, şəbəkənin dayanıqlılığın təmin edilməsi, şəbəkənin tutumunun 100 Gbit/s-yə çatdırılması və bütün qovşaqlar üzrə yüksəksürətli internetin təmin olunmasıdır”.
Xatırladaq ki, "Cable.co.uk” təşkilatının təqdim etdiyi statistikaya görə,12 ay ərzində 208 ölkə arasında (2019-cu ilinmayınadək) aparılan milyonlarla test nəticəsi əsasında toplanan materiallar nəticəsində Azərbaycanın son iki ildə 33 pillə gerilədiyi qeyd edilib. Bu gün ölkədə internet sürətinin dünya üzrə orta göstəricidən 3,5 dəfə aşağı olduğu vurğulanıb.
Hazırda cədvələ görə, Azərbaycan 208 ölkə arasında 142-ci pillədədir. Bu göstərici 2018-ci ildə 135, 2017-ci ildə isə 102 olub. Bu da o deməkdir ki, Azərbaycan internet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə isə 33 pillə geriləyib.
2023-02-02
09:54 Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı
09:15 Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir
09:05 Bu gün Gənclər Günüdür
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
10:17 ”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları