Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kollegiya iclası keçirilib

Xəbər / 07.08.2019 13:46

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə sosial sahə ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

Ölkəmizin iqtisadi inkişafından əldə olunan əlavə gəlirlərin tam həcmdə sosial sahəyə, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsi 2019-cu ilin ötən dövründə reallaşan iki mühüm sosial paketdə bir daha əməli şəkildə öz təsdiqini tapdı. Dövlət tərəfindən əlavə olaraq milyardlarla manat vəsait ayrılmasını tələb edən bu inqilabi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin sosialyönümlü olduğunu və vətəndaş rifahının təminatına xidmət etdiyini növbəti dəfə göstərdi.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.

Nazir bildirib ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə cari ilin birinci yarımilinin yekunları ilə bağlı qeyd edilən göstəricilər Azərbaycanın inamlı inkişafının uğurlu davamından xəbər verir. Müşavirədə cənab Prezident cari il ərzində sosial sahədə reallaşan mühüm islahatlardan bəhs edərkən dedi: "Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”. Dövlət başçısı "Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik” deyə müşavirədə bəyan etdi.

S.Babayev diqqətə çatdırıb ki, cari ildə minimum əmək haqqının iki dəfəyə yaxın artırılması təmin edilib və bu tədbir 950 min insanın əmək haqqının artımına imkan verib. Əlavə olaraq, 400 min işçinin əmək haqqı 20-50 faiz artırılıb. 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri ciddi şəkildə artırılıb. Minimum pensiyanın 72 faiz artırılması 650 min insanı əhatə edib, eyni zamanda, dövlət sektorunda işləyənlərin əmək haqlarının sentyabrın 1-dən artırılması ilə əlaqədar 94 min nəfərin (xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslər) pensiyasının artırılması təmin ediləcək. 800 min vətəndaşın problemli kreditləri ilə bağlı çətinliyi də aradan qalxıb. Ümumilikdə, bu ilki sosial islahatlar nəticə etibarilə birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir.

Nazir 2019-cu ilin bu uğurlarının sosial sahədə daha bir mühüm nailiyyətlə – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsinin reallaşması ilə davam etdiyini deyib. O bildirib ki, cari ilin may ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan DOST Agentliyi və ilk DOST mərkəzi ölkəmizin dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməyə imkan verib. Artıq 23 minədək şəxs DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaşların tam məmnunluq səviyyəsi 93 faiz, qismən məmnunluq səviyyəsi 4 faiz təşkil edir.

S.Babayev dövlət başçısının tapşırığı ilə cari ilin əvvəlindən elektron pensiya təyinatına keçilməsinin ölkədə ilk proaktiv xidmət kimi mühüm uğurlardan olduğunu deyib. Bildirib ki, bu e-sistem əvvəlki dövrdə müraciət etmədiyi üçün pensiya təyin olunmamış şəxslərin də pensiya hüququnun reallaşmasına imkan verib, nəticədə cari ilin 6 ayında yaşa görə pensiya təyinatları 67,7 faiz artıb. Müavinət və təqaüdlərin təyinatı mexanizmi də avtomatlaşdırıldıqdan sonra il ərzində 180 mindən çox şəxsin sosial təminat növləri üzrə hüquqları belə proaktiv formada reallaşacaq.

Nazir yeni qurulan altsistemlərin, həmçinin "Məşğulluq” altsisteminin əhəmiyyətini vurğulayıb. İlin ikinci yarımilində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də işə salınacağını qeyd edib.

S.Babayev 2019-cu ilin birinci yarımilində nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin 54 minə yaxın şəxsi işlə təmin etdiyini, 838 nəfərin peşə hazırlığına (Xidmətin xətti ilə 682 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 156 nəfər) cəlb olunduğunu deyib. O, cari il üzrə özünüməşğulluq proqramı çərçivəsində artıq 4 mindən çox şəxsin təlimlərdən keçdiyini, 1100-dən çox şəxsin aktivlərlə təmin edildiyini deyib. Qeyd edib ki, cənab Prezidentin tapşırığı ilə proqramın genişləndirilməsində beynəlxalq qurumlarla əməkdaşlığa da xüsusi önəm verilir.

Nazir həmçinin dövlət başçısının təşəbbüsü ilə icra olunan "İşsizin DOST-u” proqramı çərçivəsində bu ilin 6 ayında 38 min insanın əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin edildiyini bildirib. O, qeyri-neft sektorunun inkişafı, özəl sektorun genişlənməsi şəraitində işəgötürənlərlə, xüsusilə biznes strukturları ilə fəal əməkdaşlıq müstəvisində aktiv məşğulluq tədbirlərinin getdikcə daha da gücləndirilməsinin, bu sahədə "Məşğulluq” altsisteminin imkanlarından səmərəli istifadə edilməsinin, işlə təminat üzrə göstəricinin getdikcə yüksəldilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edib.

S.Babayev qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərinin növbəti müsbət nəticəsi kimi, cari ilin 6 ayında 102 min yeni əmək müqaviləsinin (24 min dövlət sektoru, 78 min özəl sektor üzrə) qeydiyyata alındığını, minimum əmək haqqının növbəti dəfə artmasının, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqinin və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verdiyini deyib. Cari il ərzində əmək haqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb. Nazir bildirib ki, məşğulluq sahəsində aparılan islahatların bir istiqaməti də işsiz və işaxtaranlar üçün mövcud peşə hazırlığı sisteminin müasirləşdirilməsi və Regional Peşə Təhsili Mərkəzləri şəbəkəsinin genişləndirilməsidir. Eyni zamanda, həmin Mərkəzlərin fəaliyyətinin optimallaşdırılması və səmərəli təşkili, bu sahədə idarəçiliyin təkmilləşdirilməsi üçün onların publik hüquqi şəxs kimi formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün işlər aparılır.

Nazir mühüm sosial proqramların, o cümlədən şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə, həmin kateqoriyaya aid əlilliyi olanların minik avtomobili ilə təminatı tədbirlərini də diqqətə çatdırıb.

İclasda DOST Agentliyinin sədri Fərid Məmmədov, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Fuad Heydərov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov, Ümumi şöbənin sektor müdiri Günel Nəsibova nazirliyin müvafiq fəaliyyət sahələrində görülən işlər və aparılan islahatların nəticələri barədə məlumat veriblər.

Görülmüş işlərin yekunları ətraflı təhlil olunub. Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə sosial sahə ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub. İkinci sosial paketin icrasının təmin edilməsi üçün aparılan işlər bir daha nəzərdən keçirilib. Özünüməşğulluq proqramının əhatə dairəsinin, DOST xidmətləri və reabilitasiya müəssisələri şəbəkəsinin, əmək, məşğulluq, sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, qeyri-leqal məşğulluğun qarşısının alınması və s. istiqamətlərdə görüləcək işlər müzakirə edilib, nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.




SON XƏBƏRLƏR

2019-11-15

19:43 Prezident İlham Əliyev: Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

17:12 Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:09 Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

17:06 Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

16:52 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

16:18 Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:16 Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib (FOTO) (YENİLƏNİB)

16:01 Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir

15:29 Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılış mərasimi oldu

15:20 Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlıqla bağlı protokol imzalayıb (FOTO)

15:19 BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək (FOTO)

15:18 Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

15:13 Vüqar Rəhimzadə: Azərbaycan unikal qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib

15:08 APA 15 yaşında

14:57 Şuranın dəstəyi ilə hazırlanan “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” kitabının təqdimatı keçirilib

14:36 Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək? - "Azəristiliktəchizat"dən CAVAB

13:30 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

12:16 Şuranın dəstəyi ilə “Mənim şəhidim” adlı tamaşası səhnələşdirib

11:32 Şuranın dəstəyi ilə “Aprel Şəhidlərini tanıdaq" adlı layihənin sonuncu tədbiri keçirilib

2019-11-14

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

18:00 İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində - YENİLƏNİB

16:36 Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

15:33 Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub

15:26 Şuranın dəstəyilə “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

15:19 İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır

15:08 Milli Məclisin və onun Aparatının 2020-ci il üçün xərclər smetası açıqlanıb

14:52 Rusiyada üz tanıyan bankomatlar quraşdırılacaq

14:00 Mikayıl Cabbarov: Vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb

13:57 Sahil Babayev Kürdəmir, müavinləri Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər

13:51 Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

13:36 Radikal müxalifətin Avropadakı mühacir biznesi də çökdü

13:18 Təhsil Nazirliyi: Şikayət əsasında 7 məsul şəxsə töhmət verilib

12:47 Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

19:44 Nigar Arpadarai: Azərbaycan Qran Prisinə maraq daha da artıb

Product image

11:52 Azərbaycanlı hakimə UEFA-dan təyinat

Maraqlı Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi

Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları