“Cəmiyyəti parçalamağa çalışırlar” - PA rəsmisi
Gündəm / 07.08.2019 16:23

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib.
Azvision.azxəbər verir ki, konfransda çıxış edən Komitə sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından, dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasından, həmçinin milli-mənəvi irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən söhbət açıb.
O, eyni zamanda, müxtəlif dini mərasimlərin, müqəddəs bayramların tarixi xüsusiyyətləri, milli aspektləri və müasir dəyərlər sistemindəki yeri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. S.Salahlı vurğulayıb ki,İslamdünyasının ən müqəddəs bayramlarından hesab olunan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur,İslamda bu bayram xüsusi mahiyyət və əhəmiyyət kəsb edir, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev dini bayramların tarixindən və əhəmiyyətindən bəhs edib. O bildirib ki, dini bayramlar mövzusu həmişə aktual olub, xüsusiləİslamdini ilə əlaqəli bayramların qeyd edilməsi məsələsində maarifçi yanaşma, dini məqamların doğru şəkildə insanlara çatdırılması olduqca əhəmiyyətlidir. Bayramların tarixi xüsusiyyətlərini, təsnifatını, ölkəmizdə qeyd olunan müxtəlif dinlərə aid bayramların mahiyyətini diqqətə çatdıran Ceyhun Əliyev vurğulayıb ki, bu bayramlar bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.
O təəssüflə bildirib ki, bəzən dini bayramlar vasitəsilə radikal, qeyri-ənənəvi ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir ki, bu da zərərli prosesdir. C.Əliyev qeyd edib ki, bu baxımdan bayramların mahiyyətini qorumaq bizim ən ümdə vəzifəmizdir. Hər birimiz fərd olaraq bu bayramların mahiyyətindən uzaqlaşmalı deyilik. Dini bayramlar ona görə qeyd olunur ki, insanlar bir-birilərinə qarşı laqeyd olmasınlar. Bu bayramlar insanları halallığa, paklığa, vəhdətə səsləyir.
Azərbaycan RespublikasıPrezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov vurğulayıb ki, ənənəvi bayramlardan fərqli olaraq, Azərbaycanda dini bayramlarİslamdini təsəvvürləri ilə əlaqədar təşəkkül tapıb, eləcə də əhatəliliyinə görə bu bayramlar digərlərindən heç də geri qalmır. Azərbaycan müstəqillik qazandıqdan sonra Qurban, Ramazan ümumxalq bayramları sırasına daxil olub, dövlət səviyyəsində qeyd olunmağa başlayıb və həmin günlər qeyri-iş günü elan olunub.
Ə.Zülfüqarov xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında Ulu ÖndərHeydər Əliyevin müstəsna xidmətləri olduğunu, bu gün də əsasını Ümummilli Liderimizin qoyduğu nümunəvi dövlət-din siyasətininPrezidentİlham Əliyevtərəfindən uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, dövlətimizin başçısı Ramazan bayramı münasibətilə təşkil edilən iftar mərasimində iştirak etməsi, dini bayramlar ərəfəsindəİslamdininə mənsub xarici ölkə səfirlərini qəbul etməsi, həmçininİslamdini ilə yanaşı, digər dinlərin nümayəndələrinə məxsus dini bayramlarının təşkilinə və qeyd olunmasına dəstək verməsi dövlətin dini bayramlara verdiyi dəyərin bariz nümunəsidir. O, həmçinin bildirib ki, müsəlmanın Qurban və Ramazan bayramlarını qeyd etməsi ümumi vəhdət prinsipinə əsaslanır və burada dindar, yaxud qeyri-dindarlığın çalarlarını axtarmaq düzgün olmazdı. Bu vəhdət prinsipinə yad olan ünsürlər var. Bu ünsürlər müəyyən xarici dairələrdən təsirlənərək, bayram günlərinə qısqanclıqla yanaşaraq cəmiyyəti parçalamağa çalışırlar ki, bu kimi hallarda həmin dairələrə sivil formada adekvat cavab verilir.
QafqazMüsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Qurban Bayramının ən gözəl xüsusiyyətlərindən birinin din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsi olduğunu deyib. Bu bayramda istənilən dindən olan kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.BakıBeynəlxalqMultikulturalizmMərkəzinin əməkdaşı Araz Qurbanov respublikamızda yaşayan müxtəlif dinlərin nümayəndələrinin dini bayramlarını öz ənənələrinə uyğun şəkildə qeyd etmələri üçün yüksək şəraitin yaradıldığını bildirib. O vurğulayıb ki, dini bayramlar həmrəylik nümunəsidir, sosial səviyyəsindən, mədəni, etnik müxtəlifliyindən asılı olmayaraq bütün insanlar bu bayramları vəhdət halında yüksək səviyyədə qeyd edirlər.
SON XƏBƏRLƏR
2023-09-22
18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi
17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir
17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB
14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev
14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi
14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
14:14 Şuşada bir nəfər minaya düşdü
10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"
09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan
09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO
09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları