Oğuz və Qəbələ rayonlarında icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

Cəmiyət / 08.08.2019 17:16

Avqustun 7-də Oğuz, avqustun 8-də isə Qəbələdə həmin rayonların icra hakimiyyətlərinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə "Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici tədbirlər keçirilib.

Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindənAZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski, Oğuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramov, Agentliyin əməkdaşları Pərvin Baxşəliyeva, Elvin Abbasov və Vüsal Əzizov çıxış ediblər.

Y.Naxçıvanski bildirib ki, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra islahatlar həyata keçirilir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.

A.Əzizovun sözlərinə görə, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi məqsədilə tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılacaq və xəstəxanalarda informasiya texnologiyaları infrastrukturu qurulacaq.

Ə.Osmanova tibb sahəsində dövlət başçısının rəhbərliyi altında uğurlu islahatların aparıldığını, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atıldığını və artıq 2020-ci ilin yanvarın 1-dən sistemin bütün ölkə ərazisini əhatə edəcəyini bildirib.

S.Bayramov isə öz növbəsində xəstəxanaların müasir texnoloji nailiyyətlərə əsaslanan tibbi avadanlıqlarla təchiz olunduğunu, icbari tibbi sığortanın əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tətbiq olunacağını diqqətə çatdırıb.

Agentliyin əməkdaşları icbari tibbi sığorta sisteminin məqsədi, sistemin tətbiqi ilə bağlı dünya ölkələrinin təcrübələri, xidmətlər zərfi çərçivəsində göstəriləcək ambulator, stasionar müayinə və müalicələr barədə çıxış ediblər. Bildirilib ki, xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.

Sonda vətəndaşları maraqlandıran suallar agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, bundan əvvəl maarifləndirici tədbir Quba, Qusar, Balakən, Qax, Zaqatala və Şəki rayonlarında keçirilib.




SON XƏBƏRLƏR

2019-08-23

18:07 Prezident İlham Əliyev Vladimir Zelenskini təbrik edib

17:17 Türkiyədə Nəsimiyə həsr olunan xatirə pulu buraxıldı - FOTO

17:10 Azərbaycanlı müğənninin evini soydular

17:02 DYP isti havalarla əlaqədar sürücülərə müraciət edib

16:54 Gəncə hadisələrində təqsirləndirilən şəxs azadlığa buraxıldı

16:44 Zeynəb Əlizadə: Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim

16:41 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü ilə bağlı tədbir keçirilib

16:37 Rusiyada kəskin istilərlə bağlı xəbərdarlıq edildi

16:30 Biləsuvar sakini Bakıdan maşın qaçırdı - Polis hərəkətə keçdi

16:28 Yeni Ramanada 2 hektar quru ot sahəsi və 50 ədəd şam ağacı yanıb (YENİLƏNİB)

16:11 Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib

16:00 “Mən deməmişəm ki, heç kim dəfnə gəlməsin” - Qabil Hüseynli

15:57 Ərdoğan Putinlə İdlibdəki vəziyyətdən danışdı: "Türkiyəyə çox ciddi təhdiddir"

15:50 Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini

15:22 “Azərkosmos” Füzulinin təsvirini yaydı - FOTO

15:04 “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

14:45 Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır

14:27 Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

13:40 Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

2019-08-22

17:25 Əli Əhmədov: Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb

16:31 XİN: Ermənistanın təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb

16:02 Əli Əhmədov: Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir

15:13 Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib

14:25 FHN yeni tikilən 133 binaya müsbət rəy verib

14:21 Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib

14:14 Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

13:30 Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

13:17 Baş katib: Dindən istifadə edərək ədavət, qorxu və nifrət yayanlara müqavimət göstərməliyik

12:57 Ermənistanda əsgər valideynlərinin etirazı: “Orduda özbaşınalıq və xaos tüğyan edir”

12:19 Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi (YENİLƏNİB)

10:50 Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb

10:45 Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib

10:19 Nazir müavini: Bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Tanınmış aparıcıda qan xərçənginin ən ağır forması aşkarlandı - Təcili Türkiyəyə aparılıb

Milli ailə sistemimiz haqqında dəyərli araşdırma

DTX: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

İdman Product image

16:38 AQF: Rusiyada keçirilən turnirdə erməni əsilli idmançı Azərbaycanı təmsil etməyib

Product image

15:09 AFFA “Qarabağ”ı buraxılış vəsiqəsinə görə cərimələdi

Maraqlı Product image

16:37 Rusiyada kəskin istilərlə bağlı xəbərdarlıq edildi

Product image

15:22 “Azərkosmos” Füzulinin təsvirini yaydı - FOTO