Şuranın dəstəyi ilə nəşr olunur: Aprel zəfəri gənclərin vətənpərvərlik hisslərinin artırılmasına təkan verən hadisə kimi

Gündəm / 09.08.2019 08:36
Gənclərin milli ruhda, vətənpərvər, vətəninə, dövlətinə və millətinə bağlı biri kimi yetişdirilməsinə bir sıra amillər təsir göstərir. Bu amillərə maarifləndirici tədbirlər, təğliğat üsulu, yazılı ədəbiyyatla yanaşı, konkret zaman kəsimində baş verən hadisələr də aiddir. Konkret olaraq hər hansı bir ölkənin, digər bir dövlətlə apardığı müharibə və müharibə əsnasında baş verən tarixi hadisələr, hansı ki, qəhrəmanlıq və uğuru özündə əks etdirir. Bu sıraya Azərbaycan Silahlı Qüvvələrinin 2016-ci ildə qazandığı nailiyyəti, Aprel zəfərini aid etmək mümkündür.

Birmənalı olaraq söyləyə bilərik ki, Aprel zəfəri Azərbaycan gənclərinin daha da vətənpərvər ruhda böyüməsi, onların vətənə, dövlətə, millətə sevgi, məhəbbət hissinin daha da artmasına təsir edən başlıca amillərdən oldu.

Ümumilikdə, Aprel döyüşləri təkcə Azərbaycan gəncinin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin vətənpərvərlik ruhunu gücləndirdi, ölkəmizdə yeni dövrün başlanğıcını qoydu. 2-4 aprel tarixlərində həyata keçirilən əməliyyatlar sübut etdi ki, Azərbaycan xalqı erməni işğalı ilə heç vaxt barışmayacaq. Həmin günlərdə uşaqdan tutmuş böyüyə kimi hamı əsgərlərimizlə həmrəylik nümayiş etdirirdi. Həmin günlərdə Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblərin qarşısı dəniz kimi dalğalanırdı. Azərbaycan gənci könüllü şəkildə cəbhəyə getmək, düşmənə layiq olduğu cavabı vermək istəyirdi. Eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin qarşısına həmin günlərdə minlərlə gənc toplaşaraq yenidən hərbi xidmətə getməyə, düşmənə layiq olduğu cavabı verməyə çalışırdı. Bu həm də gənclərin gözündə uzun illər formalaşmış qorxunun, ermənidən qorxmaq hissinin tamamilə aradan qalxması idi. Azərbaycanın aprel zəfərinin digər bir amili peşəkar ordunun mövcudluğundan irəli gəlirdi. Aydın məsələdir ki, müharibəni yaxşı təlim görmüş ordular aparır. Üç günlük əməliyyatlar zamanı biz Azərbaycanın peşəkar orduya sahib olduğunu gördük. 2016-cı ilin Aprel zəfəri, onun ardınca Naxçıvanda uğurla həyata keçirilən Güngüt əməliyyatı bir daha cəmiyyətimizdə, xalqımızda əminlik yaratdı ki, Azərbaycan Ordusu erməni tapdağı altında olan torpaqlarımızı Azərbaycan xalqının mənəvi dəstəyi ilə tezliklə işğaldan azad edəcək. 2-4 aprel tarixlərində həyata keçirilən uğurlu hərbi əməliyyatlar bu cür düşünməyə əsas verir. 2-4 aprel tarixlərində həyata keçirən əməliyyatlar və cəmiyyətin reaksiyası Azərbaycan gəncinin vətənpərvər olmasına şübhə yeri qoymur.

Bir sözlə cərəyan edən proseslərdən belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanda yaxşı təlim görmüş peşəkar ordu var. Azərbaycan Ordusunun hədəfi bəllidir. Bu hədəf işğal altında olan Azərbaycan torpaqlarının son qarışına kimi azad edilməsidir. Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan xalqı işğal faktı ilə əbədi barışa bilməz. Fəxrlə deyə bilərik ki, son illər Ordumuzun maddi-texniki bazası xeyli gücləndirilib. 2-4 aprel tarixlərində həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun döyüş ruhunun yüksək olduğunu göstərdi.

Son illərlə müstəqilliyimizin ilk illərini müqayisə etdikdə isə fərqli bir mənzərə ortaya çıxır. Belə ki, müdtəqilliyin ilk illərində ayrı-ayrı insanlar müxtəlif yollarla övladlarının ordu sıralarında xidmət etməsinin qarşısına sədd çəkirdilər. İndi bunun əksi baş verir. Valideynlər özləri övladlarının ordu sıralarında xidmət etməsinə can atır, bunu toy-bayrama çevirirlər. Yuxarıda qeyd etdiyimiz Aprel zəfəri də bu prosesə müsbət təsir göstərən amillərdəndədir və bu olay cəmiyyətdə Azərbaycan Ordusuna inamı daha da artırdı. Hazırda Azərbaycanda xalq-ordu həmrəyliyinin ən yüksək səviyyədə olduğunu söyləyə bilərik. Bir sözlə 2-4 aprel tarixlərində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əməliyyatlar əsnasında gənclərimizin nümayiş etdirdiyi həmrəylik aksiyası bir daha sübut etdi ki, Azərbaycan gənci vətənpərvərdir, o, həyatını belə vətən uğrunda fəda etməyə hazırdır.

Əldə etdiyimiz uğurlar, qazandığımız nailiyyətlərlə yanaşı, bu sahədə bəzi çatışmazlıqların olduğunu da inkar edə bilmərik. Təəssüf ki, müharibə mövzusunda ortaya nə sanballı film, nə də sanballı əsər qoya bilmişik. Ona görə də bu istiqamətə diqqət daha da artırılmalı, gənclərin maarifləndirilməsi üçün bu kimi filmlər çəkilməli, əsərlər, romanlar ərsəyə gətirilməlidir.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.


SON XƏBƏRLƏR

2019-12-13

18:00 İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib -- YENİLƏNİB +FOTO

17:28 AFFA “danışılmış oyunlar”a görə bir neçə futbolçunun fəaliyyətinə qadağa qoydu

17:15 Cənub Qaz Dəhlizi ilə bağlı Dövlət Komissiyasının tərkibi dəyişdirilib

17:04 Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur - Oğlu

16:58 Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

16:40 Düşmənin öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlandı - DSX rəisi

16:33 İlham Əliyev: Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək

16:11 ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsinin heç bir hüquqi əsası yoxdur

16:05 ƏƏSMN rəhbərliyi Abşeron, Xızı və Sumqayıtda vətəndaşlarla görüşüb - FOTO

15:26 Baş Prokurorluq:Dövlətin həyata keçirdiyi tədbirlərə kölgə salan sui-istfadə hallarına qarşı mübarizə davam etdirilir

15:17 Komitə sədri: Zorakılığa məruz qalan qadınlar susduğuna görə ağır cinayətlər baş verir

14:42 Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib -FOTO

14:14 Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

13:45 Vəkillər məişət zorakılıq qurbanlarına hüquqi yardımın təşkili layihəsinə könüllü olaraq qoşulacaqlar -Anar Bağırov

12:53 Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

10:00 QHT “Masterclass təlimi”nə start verib

09:52 QHT 25 illiyini qeyd edib

2019-12-12

18:14 Şuranın dəstəyilə Lənkəranda tədbir: “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!”

17:25 “Ulu Öndər” filmi təqdim edilib

17:13 Qurban Qurbanov - 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

17:08 Gömrük orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər - FOTO

17:04 Deputat: Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir

17:02 Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinqlər başlayır

16:59 Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

16:42 Ulu öndərin xatirəsi “Azərxalça”nın filiallarında ehtiramla yad edilib (FOTO)

16:33 Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq

16:15 Birinci vitse-prezidentdən Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım - VİDEO

15:34 Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək

14:24 Yasin Qarayev: Heydər Əliyev Azərbaycan mədəniyyətinə böyük diqqət göstərib

14:19 Məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atılacaq - Nazir müavini

14:15 Azərbaycan ictimaiyyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edir - FOTO

14:09 Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA

13:36 Mübariz Qurbanlı: Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

17:28 AFFA “danışılmış oyunlar”a görə bir neçə futbolçunun fəaliyyətinə qadağa qoydu

Product image

17:13 Qurban Qurbanov - 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

Maraqlı Product image

15:37 “Milad” bayramına həsr olunan poçt markası tədavülə buraxılıb

Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi