Vaqif Mustafayev Azərbaycanın kino sənətinə fərqli üslub gətirib

Mədəniyyət / 29.08.2018 12:47

Avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, "Space” teleşirkətinin prezidenti Vaqif Mustafayevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, tanınmış ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xalq artisti Şəfiqə Məmmədova rejissorun ömür yolundan və çoxşaxəli fəaliyyətindən, yaradıcılıq uğurlarından bəhs edib. Qeyd edib ki, Vaqif Mustafayev Azərbaycanın kino sənətinə yeni və fərqli üslub gətirən rejissordur. Bildirib ki, Azərbaycan kinosunun tanınmış siması olan Vaqif Mustafayev bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şərəf” ordeni ilə təltif olunub.

Sonra rejissorun "Bəyin oğurlanması” filmindən fraqment təqdim edilib. Filmdə səslənən "Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib” fikri rejissor sənətinin necə çətin və şərəfli olduğunu göstərir. Tədbir boyu rejissorun iş prosesindən, indiyədək çəkdiyi ekran əsərlərinin kadrarxası məqamlarından bəhs edən fraqmentlər nümayiş etdirilib. Həmin fraqmentlər Vaqif Mustafayev sənətinin böyüklüyünü bir daha göstərir.

Rejissorun filmlərində rol alan məşhur gürcü aktyoru Aftandil Maxaradze gecədə çıxış edərək bildirib ki, Vaqif Mustafayev təkcə Azərbaycanın deyil, regionun görkəmli və sevilən kinorejissorudur. Onun filmlərinə Gürcüstanda baxmayan yoxdur.

Tədbirdə çıxış edən tanınmış gürcü rejissoru Teymuraz Babluani Vaqif Mustafayevin kinematoqrafiya sahəsindəki əvəzsiz xidmətlərindən ətraflı danışıb.

Rejissoru təbrik edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib: "Filmin məsuliyyəti də, müvəffəqiyyəti də hər şeydən əvvəl rejissor işi ilə bağlıdır. Filmdə aktyor, aktrisa rol alsa da, film rejissorun adı ilə bağlıdır. Vaqif Mustafayev Azərbaycanın ən çətin tarixinə şahidlik edib və sevilən ekran əsərləri yaradıb. İnanıram ki, rejissor bundan sonra da eyni cəsarətlə, sənət ruhu ilə gözəl filmlər çəkəcək”.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vaqif Mustafayevin yaratdığı filmlərin böyük rəğbətlə qarşılandığını vurğulayıb. "Vaqif müəllimi çoxdan tanıyıram. Onun sənədli filmləri sırasında 2010-cu ildə Azərbaycan neftçilərinə həsr etdiyi 4 seriyalı "Azərbaycan neft tarixi” filmi də var. Həmin filmin bir epizodunda mən də iştirak etmişəm. Mən o filmdə rejissor işinin necə çətin bir peşə olduğunun şahidi oldum”.

Mədəniyyət naziri Əbülfəs Qarayev Vaqif Mustafayevin həyat və yaradıcılığının Azərbaycan mədəniyyətində özünəməxsus yerini qeyd edərək bildirib ki, V.Mustafayev Azərbaycana məxsus bir çox xüsusiyyətləri öz ekran əsərlərində tamaşaçılara yumorla təqdim etmək bacarığına malikdir. Onun çəkdiyi sənədli filmlərdən danışan nazir rejissorun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən bəhs edən filmlərini xüsusi vurğulayıb.

Sonra mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 2018-ci il 1 avqust tarixli Sərəncamı ilə rejissorun təltif edildiyi "Şərəf" ordenini ona təqdim edib.

Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən rejissor indiyədək çəkdiyi kinoların kadrarxası məqamlarından, qarşılaşdığı maraqlı hadisələrdən söhbət açıb. Bu sahədəki fəaliyyətinin dövlətimiz tərəfindən daim qiymətləndirildiyini xüsusi vurğulayan Vaqif Mustafayev ona təqdim olunan "Şərəf” ordeninə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.




SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb