660 min şəxsin pensiyası artıb

Xəbər / 15.08.2019 17:34

Prezident İlham Əliyevin təsdiqlədiyi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, eyni zamanda, dövlət başçısı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun tətbiqi və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 14 avqust 2019-cu il tarixli Fərman imzalayıb.

Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.

Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.

Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. əməkhaqlarının ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm bir addımdır.




SON XƏBƏRLƏR

2020-01-24

20:14 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb

19:38 Suriyanın terror zülmündən xilas edilən iki şəhərində həyat öz axarına qayıdıb (FOTO)

19:11 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda sakinlərlə görüşüb (FOTO)

18:47 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

18:00 Mixail Şvıdkoy: Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk

17:19 Komitə sədri: 15 şəhər və rayonda 1866 tikinti obyektində nöqsan aşkarlanıb

17:12 Zaxarova: Öz ənənələrini qorumaq və digər xalqlarla dialoq üçün imkan tapmaq – mədəniyyətlər dialoqu məhz budur

17:08 Hava şəraiti ilə bağlı sərnişin və sürücülərə XƏBƏRDARLIQ

16:59 Nazir: Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək

16:54 Azərbaycan XİN vətəndaşlara Çindəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

16:51 Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək

16:47 Bakının Baş planı ilin sonunadək hazır olacaq

16:40 Ermənistan Azərbaycan xalqının tarixi, mədəni irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir - Fərid Şəfiyev

14:13 Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub (FOTO)

14:10 Azrəbaycan Prezidenti Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

13:19 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

12:40 “Polis xidmətlərinin etibarlılığı”na görə ölkəmiz 45 pillə irəliləyib

11:49 Kamaləddin Qafarov Binəqədi rayonunun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb – FOTO

10:00 QHT beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib

2020-01-23

18:30 ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub

17:44 Samux və Göygöldə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb (FOTO)

17:36 Məzahir Pənahov seçkilərdə iştirak edən partiyalara müraciət edib

17:35 Prezident İlham Əliyev Vaqif Şadlinskini “Şöhrət” ordeni ilə təltif edib

17:28 Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

17:17 Parlament seçkilərində 262 beynəlxaq müşahidəçi qeydə alınıb

17:11 Məzahir Pənahov: Sosial şəbəkələrlə bağlı dəfələrlə namizədlərə müraciət etmişik

16:59 MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq

16:21 Azərbaycanda koronavirusa yoluxma halı istisna edilmir - Baş infeksionist

16:16 Mədəniyyət nazirinin müavini Xırdalanda vətəndaşlarla görüşüb (FOTO)

14:23 Dövlət Komissiyası naməlum şəhidin eksqumasiyası ilə bağlı məlumat yaydı

14:19 Azərbaycan Prezidenti “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb

14:13 Qətlə yetirilən Nərminin əmisi İlkin Süleymanovun atasına cavab verdi

14:13 Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Product image

12:09 Nigar Arpadarai: Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır

Maraqlı Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

Product image

10:06 Britaniya şahzadəsi səlahiyyətlərindən imtina etdi - İşləmək istəyir