AQF: Rusiyada keçirilən turnirdə erməni əsilli idmançı Azərbaycanı təmsil etməyib

İdman / 21.08.2019 16:38

Bu ilin may ayında Rusiyanın Rostov şəhərində keçirilən 14-17 yaşlı yeniyetmələr arasında qılıncoynatma üzrə açıq tipli turnirdə iştirak edən erməni əsilli Robert Sergeyeviç Axverdov Azərbaycanı təmsil etməyib.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat katibi Kənan Hakimov deyib. Onun sözlərinə görə, həmin turnir beynəlxalq tədbir deyil:

"Bu tədbir Rusiyanın daxilində keçirilən açıq tipli adi turnirdir. Azərbaycan idmançıları da Rusiyada məşqdə olarkən belə bir tədbirin keçirildiyini bilib və həmin turnirə qatılıblar. Turnirə Azərbaycan Respublikası adından rəsmi komanda göndərilməyib. Qılıncoynadanlarımız il ərzində onlarla bu tip, nəticəsi heç bir əhəmiyyət kəsb etməyən, formal xarakter daşıyan turnirlərdə iştirak edirlər".

Mətbuat katibi bildirib ki, Azərbaycan Qılıncoynatma Federasiyası yeniyetmə və uşaq qılıncoynadanlarımızın bu tip turnirlərdə iştirakına həmişə dəstək verir:

"Burada məqsəd yeniyetmə qılıncoynadanlarımızın hazırlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq yarış təcrübəsinin artırılmasıdır. Qılıncoynatma ilə maraqlanan mütəxəssislər bilirlər ki, istənilən ölkəni təmsil edən idmançı bu cür açıq tipli turnirlərdə, hətta öz şəxsi vəsaiti hesabına iştirak edə bilər.

Bir daha vurğulamaq istəyirik ki, həmin yarış rəsmi xarakter daşımır və orada iştirak edən idmançılar rəsmi olaraq Azərbaycan milli komandası adından çıxış etmirlər. Yeri gəlmişkən, bu yarışa Azərbaycandan şəxsi vəsaiti hesabına yollanan idmançımız da olub. Bizim Azərbaycan Qılıncoynatma Federasiyası olaraq öhdəliyimiz idmançılarımızın FİE-nin (Beynəlxalq Qılıncoynatma Federasiyası) təqvim planında yer alan yarışlarda iştirakını təmin etməkdir".

Robert Sergeyeviç Axverdovun yeniyetmə oğlan şpaqaçılarımızla birgə komanda yarışında iştirakına gəlincə, Federasiya rəsmisi deyib ki, həmin şəxs də orada Azərbaycanı təmsil etməyib:

"Yəni, beynəlxalq turnirlərdə rəsmi olaraq hər hansı bir komanda iştirak edirsə, həmin komandanın üzvlərinin milliyyəti yoxlanılır və təmsil etdiyi ölkəyə aidiyyəti olduğu halda komanda adından çıxış etməyə icazə verilir. Beynəlxalq qaydalara əsasən, rəsmi beynəlxalq yarışlarda yalnız Azərbaycan pasportuna malik idmançı beynəlxalq arenada ölkəmizin idman şərəfini qoruya bilər. Bu, hamının bildiyi adi prosedur qaydadır.

Yarış zamanı 2002-ci il təvəllüdlü Robert Sergeyeviç Axverdov məşqçimiz Sudef Quliyevə yaxınlaşaraq şpaqaçılarımızla birgə çıxış etmək istədiyini bildirib. Axverdov səbəb olaraq yarışa məşqçisiz qatıldığını və komanda yarışında da qüvvəsini sınamaq istədiyini göstərib.

Məşqçimiz 2002-ci ildə Şimali Osetiyanın Alaniya bölgəsində anadan olan və Rusiya vətəndaşı sayılan Axverdovun pasportuna nəzər yetirdikdən sonra onun şpaqaçılarımızla birgə komandada iştirak etməsinə etiraz etməyib. Sudef Quliyev bu addımı osetiyalı yeniyetmə idmançıya dəstək mənasında atıb. Yarış formal xarakter daşıdığından turnirin reqlamenti buna icazə verir. Bildiyiniz kimi, Rusiyada pasportlarda vətəndaşın milliyəti göstərilmir.

Həmin məqamda məşqçimiz Sudef Quliyev Axverdovun erməni əsilli olmasından xəbərsiz olub. Bu cür yarışlarda yalnız pasport əsas sənəd kimi qəbul olunur, iştirakçılardan doğum şəhadətnaməsi tələb olunmur".




SON XƏBƏRLƏR

2020-02-27

16:27 DSX-nin bir sıra hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib

16:26 Ödənişli ictimai işlərə nəzarət gücləndirilir

16:21 Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı (FOTO)

16:09 Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

15:57 Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib

15:31 Müdafiə naziri Anjey Kaspşiklə görüşüb

15:29 İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq

15:18 DSX-nin 3 generalı istefaya buraxılıb - SƏRƏNCAM

14:26 “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqləndi

13:51 Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb

13:03 İran parlamentinin komitə sədri koronavirusa yoluxdu

12:48 Bakıda “İslam ölkələri könüllülərinin beynəlxalq forumu” keçirilib (FOTO)

12:30 Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

11:58 Türkiyəli səfir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən danışdı

11:24 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

09:35 Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bədii proqram təqdim olunub

2020-02-26

17:44 Sərhəddə əməliyyat: 4 nəfər saxlanıldı

17:28 Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının anım tədbiri keçirilib

17:21 BŞİH mitinqlə bağlı müraciətə cavab verib

17:19 Bakı və Abşeronda toz dumanı müşahidə edilir - Normadan 2,6 dəfə çox

17:02 Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

16:02 Diaspor könüllüləri xarici deputatlara müraciət ünvanlayıb (FOTO)

15:58 Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinə şahidlik edəcəklər - Hikmət Babaoğlu

15:37 Koronavirusun qlobal oyun olduğu iddia edilir

15:24 “Qobu Park”da Xocalı soyqırımı qurbanlarının xatirəsi belə anıldı (VİDEO)

14:58 İranın 243 kəndi ilə əlaqə kəsilib

14:45 Koronavirusla bağlı Cəlilabad xəstəxanasına yerləşdirilənlərin sayı 52 nəfərə çatdı

14:14 Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü

14:04 Türkiyə-Azərbaycan birliyi regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir - Bəxtiyar Əliyev

12:59 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

12:37 Tanınmış pianoçu Adilə Əliyevanın ustad dərsləri keçiriləcək

12:26 Xələf Xələfov: Xocalıda törədilən cinayətlər tam sübuta yetirilib

12:06 Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib (FOTO) (YENİLƏNİB)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

14:01 Ağcabədidə "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Product image

16:34 İsrail komandasının məşqçisi: Milli Gimnastika Arenasında dünyanın ən gözəl şəraiti yaradılıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb