Mərkəz islahatlarla bağlı ictimai rəyi öyrənib

Gündəm / 02.09.2019 14:30
Sosial Tədqiqatlar Mərkəzi (STM) islahatlarla bağlı ictimai rəyi öyrənib.

Mərkəzdən azvision.az -a daxil olan açıqlamada bildirilib ki, əhalinin rifah halının yaxşılaşdırılması üçün hökumət tərəfindən mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir: "Dövlət başçısının iyunda imzaladığı sərəncamlarla sentyabrın 1-dən etibarən minimum əməkhaqqı 250 manata çatdırılıb. Oktyabrın 1-dən etibarən minimum pensiyanın 200 manata qədər artırılması nəzərdə tutulub. Eyni zamanda müxtəlif sahələrdə çalışan işçilərin də maaşlarının 20-50 faiz civarında artımı təmin ediləcək. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir. Həmçinin hüquq-mühafizə orqanlarında da bir sıra kadr islahatları həyata keçirilib.

STM üzərinə düşən əsas vəzifələrdən biri ölkədə aparılan iqtisadi, sosial və siyasi qərarların cəmiyyətdəki təsirlərini təhlil etməkdir. Bu səbəbdən STM islahatların cəmiyyətdə yaratdığı effektləri, islahatların insanların həyatında oynadığı rolu müşahidə etmək üçün müəyyən işlər həyata keçirir. STM hökumətin sosial-siyasi islahatlarla bağlı müxtəlif əhali qrupları arasında aparılan sorğuların nəticələrini, ekspert heyətinin rəylərini ictimaiyyətə təqdim edir. Əhalinin Prezident tərəfindən iyunda imzalanan sərəncamlar haqqında məlumatlılıq səviyyəsini öyrənmək, əsas məlumat mənbələrini müəyyən etmək, əhalinin rəy, fikir və münasibətini öyrənmək, həyata keçirilən sosial islahatlarının qiymətləndirilməsini və məmnunluq səviyyəsini müəyyən etmək, baş verən kadr islahatlarıyla bağlı insanların fikrini və gözləntilərini, Prezidentin müvafiq sərəncamları əsasında artırılan əməkhaqqı və pensiya səviyyələrinin nəticələrinə dair gözləntilərini, əhalinin dövlətə və dövlət institutlarına münasibətini, inam və etibarını öyrənmək məqsədilə STM ictimai rəy sorğusu keçirib. Tədqiqat Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə 25 şəhər, 76 rayon və kənddə aparılıb".

STM-in məlumatında bildirilib ki, sorğunun aparılmasında "üz-üzə” müsahibə üsulundan istifadə olunub: "Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Müasir sorğu proqramından istifadə edilib. Respondentlərin seçimi prosesində çoxpilləli klaster seçmə metodundan istifadə edilib. 101 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikdə 1212 nəfər seçilib. Ümumilikdə götürdükdə əhali arasında artımlarla bağlı məlumatlılıq səviyyəsi yüksəkdir. Statistik üsuldan (t-test) istifadə edilərək müəyyən olunmuşdur ki, artımların əhatə etdiyi respondentlər bu haqda daha çox məlumatlıdır. Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması və dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması barədə qadınlarla müqayisədə kişilər daha çox məlumatlıdırlar.

Belə ki, regionlarda yaşayan, yaşlı və təhsil səviyyəsi aşağı olan insanlar artımlarla bağlı məlumatları televiziyadan, Bakı-Abşeronda yaşayan, cavan və təhsil səviyyəsi yüksək olan insanlar isə artımlarla bağlı məlumatları internetdən əldə edirlər. Lakin insanların məşğuliyyəti və artımlarla əhatəliliyindən asılı olmayaraq, ümumilikdə respondentlərin əksəriyyəti dövlət başçısının iyunda imzaladığı sərəncamları dəstəkləyir. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (87,3%) bu sosial islahatların həyata keçirilməsini çox vacib hesab edir. Respondentlərin çoxu (62,2%) artımlar nəticəsində "özlərinin və ailələrinin maddi vəziyyətinin yaxşılaşacağ”ını gözləyir. Demək olar ki, sorğuda iştirak edən hər dörd respondentdən biri hesab edir ki, artımlar korrupsiyanın azalmasına və əhalinin müxtəlif qrup və kateqoriyalarının sosial müdafiəsinin yaxşılaşmasına səbəb olacaq".
STM ictimai rəy sorğusunun nəticələri ilə bağlı proqnozlarını və təkliflərini bildirib. Eyni zamanda sözügedən nəticələrin yaxın günlərdə ictimaiyyətə geniş təqdimatını həyata keçirəcəkdir. STM bundan sonra da mühüm dövləti və ictimai əhəmiyyət daşıyan məsələlər ətrafında cəmiyyətin rəyini öyrənəcək və səmərəli tədqiqatlarını davam etdirəcək.


SON XƏBƏRLƏR

2023-01-27

17:47 İran rəsmən izahat verməlidir

14:48 Terror hadisəsini şiddətlə qınayırıq

14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

2023-01-26

13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı

13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB

12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi

08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”

2023-01-24

11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

2023-01-23

15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi

15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri

10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI

10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib

09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib

2023-01-18

13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

2023-01-16

18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB

17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB

16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”

14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB

12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

Product image

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları