Ombudsmanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə ikitərəfli əlaqələri genişlənir

Siyasət / 02.09.2019 16:40
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Giorgiyevi qəbul edib.
Görüşün məqsədi BMqT və Ombudsman Aparatının miqrantların insan hüquqlarının müdafiəsi, habelə onların gəlmə səbəbləri və tərkibi nəzərə alınmaqla zəruri ehtiyaclarının ödənilməsi və cəmiyyətə inteqrasiyası sahəsində, o cümlədən hazırda ölkəmizdə hazırlanmaqda olan "2019-2023-cü illər üzrə beynəlxalq miqrasiyanın idarəedilməsinə dair Azərbaycan Respublikasının Strategiyası”, "2019-2024-cü illər üzrə Azərbaycan Respublikasının Miqrasiya üzrə Milli Strategiyası” və "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın insan hüquqları kontekstində həyata keçirilməsi üzrə qarşılıqlı əməkdaşlıq istiqamətlərini müzakirə etməkdən ibarət olub.

Qonağı salamlayan Müvəkkil Azərbycanda miqrantların hüquqlarının müdafiəsinə dair mövcud vəziyyət, son zamanlarda dünyadakı qlobal miqrant axını baxımından ölkədə genişlənən miqrasiya dinamikası, onun yeni xarakteri və xüsusiyyətləri, müvafiq sahədə mövcud olan qanunvericiliyin təkmilləşdirilməsi, habelə MDB ölkələləri sırasında ilk olaraq qəbul edilmiş Miqrasiya Məcəlləsinin effektiv implementasiyası, readmissiya, repatriasiya, həmçinin sənədsiz miqrantların hüquqlarının müdafiəsi, onların zorakılıq və istismara məruz qalmasının qarşısının alınması məqsədilə innovasiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, miqrantların hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının gördüyü işlər barədə qonağa məlumat verilərək, Ombudsmanın dörd regional mərkəzinin, təsisatda qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun, eyni zamanda bu sahə üzrə ixtisaslaşmış müşavirin fəaliyyət göstərdiyi, həmin sektorda vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin, ölkəmizdə sığınacaq axtaran şəxslərin də müraciətlərinə baxıldığı, bununla yanaşı ölkədən kənarda yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi məsələsinin daimi Müvəkkilin nəzarətində saxlanıldığı vurğulanıb. O, həmçinin milli prevetiv mexanizm qismində miqrantların saxlanma yerlərinə baş çəkildiyini, onların problemlərinin və ehtiyaclarının öyrənilərək dərhal araşdırıldığını bildirib.

Ombudsman həmçinin bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində yeni strategiyaların hazırlandığını, bu prosesə qeyri-hökumət təşkilatlarının çəlb olunduğunu, son dövrdə miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində Dövlət Miqrasiya Xidməti tərəfindən yeni yanaşmalar tətbiq edilməklə görülən işləri xüsusi vurğulayaraq, müsbət nəticələrin əldə edildiyini, o cümlədən bu Xidmətlə yaradılmış sıx əməkdaşlıq sayəsində miqrantların hüquqlarının daha səmərəli həyata keçirilməsinə nail olunduğunu diqqətə çatdırıb.

Öz növbəsində cənab Vladimir Giorgiyev təmsil etdiyi təşkilatın Azərbaycanda məcburi köçkün və miqrantların hüquqlarının təmini sahəsində həyata keçirdikləri layihələr barəsində danışarkən, BMqT-in regionlarda bu kateqoriyadan olan insanların kompakt yaşadığı yerlərdə təmiz su təminatının bərpa edilməsi istiqamətində tədbirlər görüldüyünü, o cümlədən hüquq məsləhətxanalarının dəstəklənməsinə dair layihə çərçivəsində bir sıra mühüm işlər görüldüyünü, xüsusilə repatriasiya olunmuş şəxslərə dəstək göstərildiyini, onlara pulsuz hüquqi yardımın edildiyini vurğulayıb.

Qonaq habelə nəinki əhalinin bu kateqoriyadan olan şəxslərinin, habelə ümumilikdə bütün insanların insan alveri barəsində maarifləndirilməsi məqsədilə metro stansiyalarında müvafiq maarifləndirici posterlərin asıldığını da diqqətə çatdırıb.

Görüşdə Müvəkkil BMqT ilə gələcəkdə Ombudsman təsisatı, BMqT və vətəndaş vəmiyyətindən ibarət üçtərəfli əməkdaşlıq çərçivəsində xüsusilə bəzi məsələlərə diqqət yetirilməsini vacib hesab edərək, təsisatın əməkdaşları, dövlət qurumları, vətəndaş cəmiyyəti üzvləri və yerli icmalar da cəlb edilməklə bu istiqamətdə paytaxt və regionlarda, həmçinin sərhəd-buraxılış məntəqələrində birgə hüquqi maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini, birgə araşdırmaların aparılmasını, ölkədə və dünyada miqrasiya üzrə baş verən yeniliklərin əhaliyə və onlarla işləyən qurumların nümayəndələrinə çatdırılması məqsədilə birgə hüquqi nəşrlərin, plakatların işlənib hazırlanmasını, qanunsuz miqrantların saxlanma yerlərində saxlanılan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün paytaxt və regionlarda sosial tədbirlərin təşkil edilməsi, regional sığınacaqların yaradılmasını təklif edib. O, habelə bu şəxslərin mövcud fərdi problemlərinin müəyyənləşdirilməsinin, sənədsiz miqrantlar üçün pulsuz hüquqi məsləhətlərin verilməsinin, həmin şəxslərin hüquqi vəziyyətini tənzimləyən milli qanunvericiliyin və beynəlxalq sənədlərin, o cümlədən mədəniyyətimizin, dilimizin, dinimizin təbliğinə dair ixtisaslaşmış modulların hazırlanmasının vacibliyini qeyd edib.

V. Georgiyev Müvəkkilə faydalı fikir mübadiləsinə və tövsiyələrə görə minnətdarlığını bildirərək, Ombudsmanın qaldırdığı məsələlər üzrə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alınacağını söyləyib.


SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb