“Mühacir müxalifəti və beşinci kolon bir medalın iki üzüdür” - Baş nazirin müavini

Xəbər / 02.09.2019 17:33
Müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələrin siyasi tarixindən göstərilən səbəblərdən müxalifət qüvvələrinin ifrat siyasi radikalizmə yuvarlanmasına, inqilabçı hərəkatlara, radikal dini dəstələrə və hərəkatlara, anarxist, hətta terrorçu təşkilatlara çevrilməsinə dair kifayət qədər misallar gətirmək mümkündür.

"Bunu ölkədə demokratiyanın azlığı ilə əsaslandırmağa çalışanlar öz iddialarında qətiyyən səmimi deyillər. Müxalifətin ictimai dəstəyinin azlığının demokratiyanın azlığı kimi cəmiyyətə təqdim edilməsi cəhdləri yeni deyil və çoxdandır ki, nəinki vərdiş halına çevrilib, həm də siyasi taktika dərəcəsinə qaldırılıb.

Müxalifətin mahiyyətinin və siyasi davranış (yaxud mübarizə) üsullarının radikal şəkildə dəyişməsinin geniş yayılmış formalarından biri mühacir müxalifətçilikdir. Ölkədaxili siyasi proseslərə kənar müdaxilələrin sınaqdan keçmiş vasitəsi rolunda çıxış etməsi onun ən başlıca təhlükəsidir. Mahiyyət etibarilə mühacir müxalifət və məlum beşinci kolon hadisələri bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır, hətta həmin maraqların həyata keçirilməsində vasitəçilik xidməti göstərir.XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa ölkələrində Osmanlı imperiyasına qarşı məkrli planların hazırlandığı bir zamanda orada sığınacaq tapan türk müxalifətinin imperiyanın sonrakı acı taleyində günahları az olmamışdır. Mühacir müxalifətin xüsusi xidmət orqanları tərəfindən idarə olunmasına dair ölkələrin tarixindən də artıq təsdiqini tapmış faktlar göstərmək mümkündür və bu faktlar hamıya məlumdur.

Təəssüfləndirici haldır ki, Azərbaycan müxalifətinin müəyyən kəsimini mühacir müxalifət təmsil edir. Onun Azərbaycan əhalisinin maraqlarını ifadə etmək imkanlarının (və istəyinin) olmaması bir yana, asanlıqla, bəlkə də həvəslə xarici dairələrin təsiri altına düşmək təhlükəsi kifayət qədər yüksəkdir. Əvvəla mühacir müxalifətin sığınacaq tapdığı ölkənin xüsusi xidmət orqanlarının təsirindən özünü qorumaq şansı ümumiyyətlə yoxdur və bu səbəbdən sonuncunun nəzarəti altında fəaliyyət göstərməyə məhkumdur. Digər tərəfdən isə o, istənilən maraqlı tərəflər üçün tam açıq, müdafiəsiz hədəfdir, necə deyərlər göydəndüşmə fürsətdir. Bu baxımdan, onun digər ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşmək təhlükəsi də mövcuddur. Habelə, mühacir müxalifətin könüllü olaraq xarici xüsusi xidmət orqanlarının təkliflərindən faydalanmaq istəyi də istisna deyil".

Əli Əhmədov qeyd edib ki, Azərbaycanın mühacir müxalifətinin siyasi ritorikası və fəaliyyət metodları onun maraqlı xarici qüvvələrin təsiri altına düşməsi ehtimalının kifayət qədər yüksək olmasından xəbər verir.

"Azərbaycanın mühacir müxalifətinin müxtəlif ölkələrdə bu rolu icra etmiş qrupların klassik sxeminə tam uyğun şəkildə formalaşıb fəaliyyət göstərməsi tarixi paralellərlə isbat olunur. Müxalifətin milli maraqların əleyhinə çıxmağa hazır olan uğursuz nümayəndələrinin siyasi mühacir qismində xarici ölkələrə toplanması və onlardan Azərbaycanın əleyhinə müxtəlif formalarda istifadə edilməsinə dair məlum faktlar deyilənin ən sadə sübutudur.

Mühacir müxalifətin əsas təhlükəsi və buradan da irəli gələn arzuolunmazlığı onun hakimiyyətə deyil, dövlətə qarşı alətə çevrilməsindədir. Onun əli ilə aparılan total yalan və böhtan kampaniyasının, ən uğursuz müqayisələrin, ölkə əhalisinin itaətsizliyə, hətta qeyri-qanuni hərəkətlərə səslənməsinin başlıca hədəfi Azərbaycan dövləti, onun sabitliyi və əminamanlığıdır, Azərbaycanın nüfuzu, iqtisadi və geopolitik maraqlarıdır.Onların hərəkətlərinin və fəaliyyətinin kökündə bütövlükdə milli maraqlar, cəmiyyətin hər hansı kəsiminin mənafeyi deyil, mühacir müxalifəti maliyyələşdirən və bu səbəbdən də yönlətmək, istiqamətləndirmək hüququ qazanan xarici dairələrin maraqları dayanır. Nə qədər pərdələməyə, "vətənə xidmət” donu geyindirməyə çalışsalar da, bu cür əməllərə yalnız bir ad vermək olar: Vətənə xəyanət. Azərbaycan cəmiyyətində bunu hamı yaxşı anlayır və ona görə də mühacir müxalifətin anti-Azərbaycan, anti-milli fəaliyyətinin insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur".



SON XƏBƏRLƏR

2020-06-04

19:44 Ombudsmanın Cəlilabad Regional Mərkəzi “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirib

19:37 “Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

19:33 Prezident İlham Əliyev Necdet Ünüvarı “Dostluq” ordeni ilə təltif etdi

19:19 DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

18:28 Şura #evdəyəm kampaniyasına başladı!

18:10 TƏBİB sədri: Ölkədə müxtəlif səbəblərdən hər gün 150-170 nəfər vəfat edir

17:45 Hande Harmancı: Peyvənd hazır olmayana qədər koronavirus davam edəcək

17:07 Azərbaycanda koronavirusa daha 262 nəfər yoluxub, 72 nəfər sağalıb, 2 nəfər ölüb

16:30 Parlament sədrindən vətəndaşlara çağırış: Bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın

14:55 Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb - Sərəncam

14:24 Sərt karantin rejimində tətbiq ediləcək məhdudiyyətlərin SİYAHISI

14:11 Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunacaq

14:04 Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)

12:43 Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib

12:40 DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar

12:35 Türkiyədən Afrikaya tibbi yardım

12:32 Əli Əhmədov: Heydər Əliyev unudulmur və unudulmayacaq

12:11 Banklar 100-ə yaxın şəxsə kiçik biznes qurmaq üçün aktivlər təqdim edib (FOTO)

11:33 ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib

2020-06-03

20:20 Könüllülərin növbəti əlaqələndirmə görüşü baş tutub

20:18 Sabah Baş Nazir məhdudlaşdırmalarla bağlı detalları açıqlayacaq

20:16 DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb

19:47 Ramin Bayramlı: Qaydalara əməl edilsə, məhdudlaşdırmalara getməyə bilərik

19:08 İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər

19:07 Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

18:43 Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın

17:51 Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

17:43 Prezident İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib

16:40 Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub

15:32 Vüqar Bayramov: Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər

14:15 “Azərxalça” ASC-nin Tərtər filialı açılıb (FOTO) (YENİLƏNİB)

13:36 Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub (VİDEO)

13:19 Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verilib (FOTO) (YENİLƏNİB)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:00 Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb

Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb